Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

92
 
 
edildi.  Bu  bilgilərə  yiyələnəndən  sonra bəzi əsərlərin 
tədqiqatı  ilə  bağlı  fərqli  məqamlar  ortaya  çıxdı. Bun-
lardan biri də Əbdürrəhim bəy Talıbovun “Kitab yük-
lü  eşşək”  əsəridir.  Tədqiqatçı  Tahirə  Həsənzadənin 
araşdırmalarında  təqdim  etdiyi  dəlillər  maraqlıdır: 
“Kitab  yüklü  eşşək”  əsərinin  əsli  fransız  yazıçısı  Pol 
de Koka məxsusdur. Cənubi Azərbaycanda və İranda 
bu əsəri farscaya tərcümə və təbdil edən isə Marağalı 
Məhəmmədhəsən Xan Etimadüssəltənədir. 
Böyük  alim  Xeyrulla  Məmmədov  bu  barədə  özü-
nün  məşhur  “Cənablar,  börklərinizi  qaldırın,  əlahəz-
rət fakt gəlir” məqaləsini çap etdirmiş və qeyd etmiş-
dir: “Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin 
“Kitab yüklü eşşək” əsəri ilə məşhurlaşmağa ehtiyacı 
yox idi”. 
Paris  cəmiyyətinin  qüsurlarını  gərəkdiyində  açıq 
lövhələrlə təsvir edən, istər Fransa geniş dairələrinin, 
istərsə  də  Avropa  ictimaiyyətinin  sevimlisi  olan  Pol 
de  Kok  Məhəmmədhəsən  xanın  diqqətindən  yayın-
mamışdı. 
Tədqiqatçılardan  P.Ariyanpur,  Məhəmməd  Şahid 
Nurayi,  Mirhaşim  Mühəddis,  xan  Məlik  Sasani  də  
“Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran” əsərini 
Məhəmmədhəsən  xanın  əsərləri  siyahısında  vermiş-
lər.  Tahirə  Həsənzadəyə  görə,  İranın  görkəmli  alimi 
Səid  Nəfisi  bu  əsəri  Məhəmmədhəsən  xanın  fransız 
dilindən  tərcümə  və  ya  təbdil  etdiyini,  əsərin  qəhrə-
manlarına iranlı adlar qoyduğunu bildirir. İran alim-
ləri F.Adəmiyyət, Y.Ariyanpur, M.Bamdad Ə.Talıbov 
haqqında  tədqiqatlarında  “Əlhimar…”  –  “Kitab yük-


93
 
 
lü eşşək” əsərini Ə.Talıbovun əsərləri siyahısına daxil 
etməmişlər.”
1
 
Salidə  Şərəfovaya  görə  isə  bəzi  tədqiqatçılar  bu-
nun  adını  Apulleyin  “Qızıl  eşşək”  əsəri,  bəziləri  isə 
Kontes de Sequr adlı bir fransız yazıçısının əsəri kimi 
də qələmə verirlər. 
Fikrimizcə,  “Kitab  yüklü  eşşək”  əsərinin  bir  fran-
sız yazıçısına aid olduğu iddiasını qəbul etmək müm-
kün deyil. Çünki əsərin ön sözündə yazılan qeydlərdə 
də  müəllifin  özü  bu mövzuya  ondan  öncə çox mütə-
fəkkirlərin  toxunduğunu  deyir:  “Mən  bu  hekayətin 
ilk təşəbbüskarı və mündəricəsinin müəllifi deyiləm”.  
Bu  onu  göstərir  ki,  əsərin  müəllifi  mövzu  haqqında 
geniş bilgiyə sahibdir, elə buna görə də istər Avropa, 
istərsə də dünya ədəbiyyatında yazılmış təmsil və al-
leqorik əsərlərə işarə edir. Bu da yazıçının təvazökar-
lığından  xəbər  verir.  Əgər,  doğrudan  da,  məhz  bu 
əsər xarici bir əsərdən tərcümə edilsə idi, müəllif bu-
nu  yazmaqdan  zərrə  qədər  də  çəkinməzdi.  Ən  yaxşı 
halda  buna  təbdil  demək  olar  ki,  bu  da  təbdilin  sər-
hədlərini  aşaraq  müəllif  qələmi  ilə  ən  gözəl  şəkildə 
aşılanmışdır. 
Təbdil,  iqtibas  ədəbiyyatımızda  XIX  əsrdən  geniş 
istifadə  edilən  janrlardandır.  Bu  terminin  meydana 
çıxmasına qədər Nizaminin “Leyli və Məcnun”undan 
bəhrələnərək onlarla əsər yazılmışdır. Əgər bu əsərin 
hansısa Avropa mənşəli bir yazıçının əsərindən təbdil 
edildiyini, iqtibas edildiyini desək belə, bunun plagiat 
                                                           
1
A.Y.Abuşova. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Azərbaycan 
ədəbi-mədəni mühiti – problemlər, müqayisələr. Bakı Universitetinin 
xəbərləri. Humanitar elmlər seriyası № 3, 2012. 


94
 
 
kimi qəbul edilməsi mümkün deyil və bu cür qələmə 
vermək  istəyənlər  böyük  yanlışlıq  içindədirlər.  Əgər 
təbdil termini ilə, plagiat termininə eyni mənanı ver-
sək,  onda  ən  böyük  plagiatçı  Məhəmməd  Füzuli  ol-
malıdır. Çünki o da Nizami kimi “Leyli və Məcnun” 
poemasını  yazmışdır.  Lakin  Ədəbiyyat  nəzəriyyəsi 
“nəzirə”ni,  “təbdil”i,  “iqtibas”ı  qəbul  edibdir  və  bir 
zamanlar  şair  və  yazıçılar  bundan  istifadə  etdikləri 
üçün  fəxr  hissi  də  duymuşlar. Adı çəkilən  əsəri  oxu-
duqca,  Şərq  müdriklərindən  çəkilən  misallarla,  nü-
munələrlə  və  Şərq  fəlsəfəsini  əks etdirən əhvalatlarla 
tanış olduqca müəllifin əsərə nə qədər doğma yanaş-
dığını görürük. 
Sədi Şirazinin, Mövlanə Cəlaləddinin əsərdə istifa-
də edilən ibrətamiz fikirləri dediklərimizə sübutdur. 
Tədqiqatçı  Salidə  Şərifovanın  dili  ilə  desək,  bura-
da  M.Ə.Talıbovun nəsr  qələmi,  düşüncələri  duyulur, 
ürəyi döyünür. 
Əsər  fars  dilində  yazılsa  da,  Çoşşanın  məktubla-
rındakı  bəzi  dialoqlar  Azərbaycan  dilində  verilib. 
Əsəri tərcümə edən Mirəli Mənafi də bunu diqqətdən 
qaçırmayıb, bununla bağlı xüsusi qeyd verib: Bu dia-
loq  əsərin  orijinalında  da  Azərbaycancadır.  Bundan 
sonrakı  bəzi  dialoqlar,  xüsusilə,  ləhcə  xüsusiyyəti  ilə 
fərqlənən  dialoqlar  əsərin  orijinalında  olduğu  kimi 
(azərbaycanca)  saxlanılmışdır.  Həmin  dialoqlardan 
biri bu cürdür: 
“– Hay canım, hey babam hey, tap hey! Budur, eş-
şək  ləpiri  buradan  keçib.  Orada  yatağı  məlumdur. 


95
 
 
Hay axtar, tap hay, odur ha!  – deyə o, itləri məni ax-
tarmağa qızışdırırdı”.
1
 
Bu  dialoq qədim  Azərbaycan  torpağı  olan  Zənca-
nın Şərəfabad şəhərində eşşəyi axtarmağa çıxan Səfər-
qulunun dilindən verilib. 
Bütün  bunlar  əsərin  azərbaycanlı  müəllifə  aid  ol-
duğunun  sübutudur.  Bəli,  əsərdə  “Hamı  sərraf  Horş 
(Avropalı  bankir)  və  Rotşild  və  ya  yeni  top  ixtiraçısı 
Krup  (Almaniyada  metallurgiya  şirkəti)  deyildir  ki, 
yüz kürurdan artıq sərmayəsi olsun. Bu cür sərmayə-
darlıq  və  varlılıq  da  bizim  əsrimizin  hadisələrindən-
dir. Tarixçilərin dediklərinə görə, dörd yüz il bundan 
əvvəl inkişaf və mədəniyyət həddi-kəmala çatmamış-
dı. Bir nəfər də bu dərəcədə təkamül etməmişdi” kimi 
fikirlərə  də  rast  gələ  bilirik.
2
 Lakin  bu  cür  fikirlərin 
XIX əsr rus və türk ədəbiyyatı vasitəsilə Avropa ilə ta-
nış  olan  azərbaycanlı  mütəfəkkirlərin  əsərlərində  gö-
rülməsi təbii hal idi. Digər bir tərəfdən isə neft Bakısı 
dünyanın diqqətində idi. Avropalı iş adamlarının Od-
lar diyarına gəlişi özləri ilə mədəniyyətlərini də gətir-
mişdi. Həm bu cür misallara, həm də şərq fəlsəfi fikri 
ilə cilalanmış bir əsəri sadəcə Şərq və Qərb fəlsəfəsini 
dərindən bilən bir şəxs yaza bilərdi. Bu parametrlərin 
hamısı da Əbdürrəhim bəy Talıbovda var idi. 
Nəzərə  alsaq  ki,  Əbdürrəhim  bəy  Talıbov  ərəb, 
fars, rus, ingilis və fransız dillərini yaxşı bilib, deməli, 
azərbaycanlı  ədibin  bu  əsəri  yazması  və  ya  təbdil et-
                                                           
1
“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi. 
Bakı, Yazıçı, 1979. 
2
“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi. 
Bakı, Yazıçı, 1979.
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə