Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

127
 
 
ürəyi  ağrıyıb,  bağışlayan  xalqdır.  O  ki  qala  özünün 
nankor övladının qanını tökə. Bunu bu xalqın ruhun-
dan qidalanan Cəlil və Cavidin yaratdığı obrazlar ay-
dın  şəkildə  sübut  edir.  “Kamança”  əsərindəki  qəhrə-
manın erməni  Baxşını  əsir  götürəndən sonra  bağışla-
ması,  Hüseyn  Cavidin  “Ana”  pyesindəki  Səlma  ana-
nın oğlunun qatili Muradı öz vicdanı ilə baş-başa bu-
raxması, hətta oğlunun dostlarından gizlətməsi ən ba-
riz nümunədir. 
Yenə yazını davam etdirmək həvəsim o qədər ol-
madı. Çünki bu hadisələr ədəbi məsələdən siyasi mə-
sələyə çevrildi. Kimlərsə bundan istifadə edib dostum 
Yusif  Əli  Əfşar  demiş  “bu  gün  bədii  ədəbiyyatdakı 
obrazları bütöv bir millətin adına çıxaraq, dahilər ya-
ratmış millətmizi kölgələyirlər...” 
Amma Günel Mövludun “Qarabağ qaçqını olaraq 
Əkrəm  Əlyislinin  romanı  mənim  hislərimi  təhqir  et-
mir”  ifadəsi  adamı  yaman  incidir.  Öz  aləmində  de-
mokratik  çıxışlar  edib  zəhləmizi  tökən  bu  xanım  hə-
min dəqiqə bu ölkəni böldü. Qarabağlı, naxçıvanlı de-
yə ayırdı. Amma bir azərbaycanlı kimi bu cür ifadələr 
mənim  heysiyyətimə  toxunur.  Necə  olur  ki,  bundan 
əvvəl  başqa  bir  çıxışında  qaçqın  düşdüyü  dövrdən, 
qaçqın  düşərgələrindən,  itirilmiş  doğma  kəndindən, 
uşaqlığından, sahib ola bilmədiyi sinif yoldaşlarından 
danışarkən  kövrəldiyini,  hətta  ağladığını  gizlədə  bil-
məyən  bu  xanım  “Daş  yuxular”  romanını  oxuyanda 
hislərini təhqir edəcək heç nə tapa bilmir.  


128
 
 
Heç  olmasa  əsərin  obrazlarının  uşaqlığından  da-
nışdığı  hissələri  oxuyub  “itirilmiş  uşaqlığı”  olmayan 
adam  kimi  özünü  təhqir  olunmuş  hiss  etmək  lazım 
idi. 
Bu  əsl  riyakarlıqdır.  Tolerantlıq  donu  geymiş  bic 
adamların riyakarlığı kimi. 
 
www.publika.az 


129
 
 
İsa Muğannanın “İlan dərəsi” kitabında tarixilik və 
mistika 
 
İsa Muğanna... Bu ad bütün Azərbaycan oxucusu-
na doğmadır. Ədəbiyyata gəldiyi gündən keşməkeşli 
bir  ömür  yolu  keçən  İsa  Muğanna  tutduğu  qələmə 
həmişə sadiq qalmış, çətinliklərə, təzyiqlərə baxmaya-
raq, inandığı yoldan dönməyən dahi bir şəxsiyyət ki-
mi özünü təsdiqləmişdir. Ədəbiyyatımızda, bəlkə də, 
dünya  ədəbiyyatında  onun  kimi  ikinci  bir  şəxsiyyət 
yoxdur ki, uzun illər öncə yazdığı əsərlərə dönə-dönə 
qayıtsın, məzmununda ciddi dəyişikliklər etsin. Bəlkə 
də,  kimlərsə  bunu  cəsarətsizlik  və  lüzumsuz  bir  hal 
kimi  qəbul  edir.  Amma,  məncə,  bu,  İsa  Muğannanın 
yazdıqlarına və düşündüklərinə sədaqətli olmasından 
və  səmimiliyindən  irəli  gəlir.  Çünki  qələminə  və  sö-
zünə şübhə belə olmayan bir sənətkar öz əsərini yeni-
dən işləyir, onu əlavələrlə zənginləşdirirsə, bu bir növ 
onun səmimi söz ustadı olduğundan xəbər verir. Pro-
fessor Nizami Cəfərovun təbirincə desək, “Mən sizin 
yazdığınız hər cümlənin heyranıyam, çünki sizin yaz-
dığınız  hər  bir  cümlə  Azərbaycan  dilinə  tarixi  nüfuz 
(və hörmət) gətirir. Sizin bədii intellektual təfəkkürü-
nüzün miqyası elədir ki, dünyada mövcud olmuş (və 
olan!)  istənilən  xalqın  yazıçısının  bədii  intellekti  ilə 
müqayisə  oluna,  həmin  müqayisədə  ən  qeyri-obyek-
tiv hakimin münsifliyi ilə qalib gələ bilər”.   
İsa  Muğannanın  “Yanar  ürək”  əsərini  yenidən  iş-
ləyib  “İdeal”,  “Doğma  və  yad  adamlar”  əsərini  “İsa-
həq, Musahəq” adlandırması, “Qəbiristan”ı, “GurÜn”   


130
 
 
və “Cəhənnəm”i yenidən əlavələrlə işləyib oxuculara 
təhvil verməsi səbir və əzm istəyir. Heç bir yazıçı bə-
dii  əsərinə  qarşı  bu  qədər  tələbkar  deyil.  Amma  İsa 
Muğanna  bunu  bu  ahıl  yaşlarında  da  edirdi.  Ömür-
gün yoldaşı Firuzə xanım belə Muğannanın bu tələb-
karlığına bəzən üsyan edirdi. Söhbətlərimizin birində 
ustad sənətkar dedi ki, “Gərək “Məşhər”i yenidən iş-
ləyim”. Bu zaman Firuzə xanım: “Ay İsa, bəsdir, sən 
Allah”  deyərək  etirazını  bildirdi.  İsa  müəllim  isə  öz 
mövqeyində  qaldı  və  imkan  tapan  kimi  işləyəcəyini 
desə də, ömür vəfa etmədi. 
İsa Muğannanın son  kitabı olan “İlan dərəsi”ndə 
dörd  yeni  əsəri  verilib: “Həyatımdan  səhifələr” oçer-
ki, “Qırx kisə qızıl”, “Söz yarası” və “İlan dərəsi və ya 
peyğəmbərin  taleyi”  povestləri.  Bu  əsərlər  ilk  dəfə 
Azərbaycan  jurnalında  çap  edilsə  də,  hələ  kitab  şək-
lində oxuculara təqdim edilməmişdir. Bu əsərlərin bi-
rinci nəşrini hazırlamaq ilk dəfə mənə nəsib oldu. Bu 
mənim  üçün  İsa  Muğanna  demiş  “fantastikasız  fan-
tastika”  kimidir.  Çünki  bir  vaxtlar  əsərlərini  oxuyub 
ideal  dünya  axtarışında  olan  bir  tələbənin  bu  ideal 
dünyanı  təqdim  edən  bir  dahinin  əsərlərini  çapa  ha-
zırlaması və  ön  söz  yazması  bir  möcüzə  kimidir.  Pa-
foslu səslənməsini istəmədiyim bir fikri bura yazmaq 
istərdim,  ön  söz  yazıb-yazmamağım  haqqında  çox 
düşünürdüm.  Sərhədsiz  bir  ideya  və  fikir  sahibinin 
əsərləri haqqında nəsə yazmağın məsuliyyəti məni sı-
xırdı. Amma Ustadım qəbul etdiyim Muğannanın şə-
rəfinə  və  əsərlərindən  təsirlənərək  yazdığım  “OdƏr-
lər” romanımın ön sözünə yazdığı rəydəki son cümlə 
məni  cürətləndirdi:  Çünki  bizim  ikimizin  taleyi  var  bu 


131
 
 
kitabda.  Tale  birliyi,  əbədi  yazıçılıq  birliyi,  gələcək  həyat 
birliyi  böyük,  nadir  xoşbəxtlikdir...
1
Elə  bu  cümlədən 
ürəklənib kitabın adını da təklif etdim: “İlan dərəsi”. 
Bir az  düşündü  və  “olar”  dedi.  Çünki  təklifi etdiyim 
zaman kitabın üz qabığının dizaynını da aparmışdım. 
“Ağ  gəlini  yaxşı  fikirləşmisiniz”,  –  dedi.  Zəif  görən 
gözləri  ilə  ƏsƏlmənin  təsvir  edildiyi  rəsmə  baxıb: 
“Bunu daha yaxşı oxşatmısınız”, – dedi. Bu, ikimizin 
də gülüşünə səbəb olmuşdu. 
Azərbaycan  ədəbiyyatında  çox  böyük  rezonans 
doğuran “İdeal” əsəri haqqında, demək olar ki, ölkə-
mizin ən böyük alimləri öz tənqidi fikirlərini yazmış-
dır. 
Akademik  İsa  Həbibbəyli  “İsa  Hüseynovdan  İsa 
Muğannaya:  Axırıncı  əlyazma  və  bütöv  dünya”  mə-
qaləsində qeyd edir ki, “İsa Hüseynovun yaradıcılığı 
Azərbaycan  bədii  nəsrinin  böyük  ustadı  Cəlil  Məm-
mədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasın-
da  körpü  funksiyasını  daşıyır.  İsa  Hüseynovun  əsər-
ləri Azərbaycan altmışıncılarının möhtəşəm bir prolo-
qudur.  Sanki,  İsa  Hüseynov  doğma  və  yad  adamlar 
haqqındakı  qənaətlərini,  yazıçı  təəssüratlarını  Azər-
baycan  altmışıncılarına  təhvil  verib,  özü  tamam  yeni 
bir  sahə  ilə,  “İdeal”  romanı  ilə  və  onun  davamı  olan 
yeni  dünyanı  təsvir  etməklə  məşğul  olmağa  keçmiş-
dir.  “İdeal”  yalnız  İsa  Hüseynovun  yaradıcılığında 
                                                           
1
Şəmil Sadiq. “Odərlər” romanı. İsa Muğanna. Ali roman. 
(Bakı, Hədəf Nəşrləri 2013.) 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə