78
Qövsi Təbrizi qəzəllərinin vəzni haqqında
Əlican Qövsi daha çox istedadlı bir qəzəl şairi ki-
mi məşhurdur. Daha dəqiq desək, Qövsi ədəbiyyat
tarixində XVII əsrin müxtəlif mövzularda məharətlə
yazılmış oynaq, mənalı, ürəyəyatımlı qəzəllər müəllifi
kimi tanınmışdır. Onun yaradıcılığında ictimai motiv-
li, məhəbbət, təbiət gözəlliklərinə həsr edilmiş qəzəl-
lərlə yanaşı, Əlişir Nəvai, Vahid Təbrizi, Sahir və ən
çox Məhəmməd Füzuli kimi böyük şairlərə yazdığı
nəzirələri də vardır.
Qövsi əsərlərinin mühüm hissəsini əruz vəznində
yazmışdır. Lakin o, bu vəznin ən oynaq, Azərbaycan
dilinin xüsusiyyətlərinə uyğun musiqili bəhrlərini se-
çərək, əsərlərini bu bəhrlərdə yazmağa çalışmışdır.
Təəssüflər olsun ki, Qövsi Təbrizinin tədqiqatçıların-
dan heç biri şairin əsərlərinin vəzni haqqında müfəs-
səl məlumat verməmişdir. Ona görə də biz bu məsə-
ləyə bir az məsuliyyətli yanaşaraq, əruz vəzninin
Qövsi yaradıcılığında rast gəldiyimiz bəhrləri barə-
sində bir qədər məlumat vermək istərdik.
Qövsi Təbrizi şeirlərini yazarkən bəhrlərin əksə-
riyyətindən çox ustalıqla istifadə etmişdir. Lakin şai-
rin ən çox işlətdiyi bəhrlər həzəc, rəməl və müzare
bəhrləridir. Bu bəhrlərdən bir neçə misalı gözdən ke-
çirək:
Birinci növ-dördbölümlü bütöv həzəc:
MəfA' İlün məfA' İlün məfA' İlün məfA' İlün
Nə sərkeş şölədir bu vəh, bu nə qəddü, nə qamət-
dir,
79
Qiyamətlər qiyamından qiyam etmiş qiyamətdir?!
Səkkizinci növ-dördbölümlü sınıq açıq naqis hə-
zəc, yaxud müstəzad həzəci:
Məf 'Ulü məfa' İlü məfA' İlü fə' Ulün
Bülbül mənim əfğanıma qatlanmadı uçdu,
Yarım gecə qönçə yuxudan durdu və köçdü.
İndi isə Qövsinin rəməl bəhrinin müxtəlif növlə-
rində yazdığı şeirlərinə misal olaraq aşağıdakı nümu-
nələri göstərmək istərdik. Rəməl bəhrinin Qövsi yara-
dıcılığında ən çox ikinci növ-dördbölümlü bütöv na-
qis növünə rast gəlinir ki, onun da ölçüsü aşağıdakı
kimidir:
fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilün
Canə etdim dərdi-zil zəbtindən, ey dildar eşit!
Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!..
Qövsi yaradıcılığında rəməl bəhrinin daha bir nö-
vünə rast gəlinir ki, bu da altıncı növ-dördbölümlü
qısa incə rəməldir. Bu növün ölçüsü aşağıdakı kimi-
dir:
fə'ilAtün fə' ilAtün fə'ilAtün fə'ilün
Kimi can etdi, kimi könlünü dildarə fəda,
Bilmənəm mən ki, yoxumdur, nə edim yarə fə-
da?
Qövsi Təbrizi müzare bəhrində də qəzəllər yaz-
mışdır. O, bu bəhrin, xüsusilə, birinci və üçüncü növ-
80
lərindən istifadə etmişdir ki, bunlara misal olaraq aşa-
ğıdakı misralarla başlanan qəzəlləri göstərmək olar:
Birinci növ-dördbölümlü sınıq açıq naqis müzare:
məf'Ulü fA'ilAtü məfA'İlü fA'ilAn
Gər nalə çəkməsin dili-bimar, neyləsin?
Aşiq gözüm gər ağlamasın zar, neyləsin?
Üçüncü növ-dördbölümlü sınıq bütöv müzare, ya-
xud ikinci müzare:
məf 'Ulü fA'ilAtün məf'Ulü fA'ilAtün
Könlümdəki muradım,
Ey yar sən bilirsən.
Daha sonra, Qövsinin müctəs bəhrinin ikinci növ-
fəal müctəsdə (məfA'ilün fə'ilAtün məfA'ilün fə'ilün)
yazdığı və aşağıdakı misralarla başlayan şeirini misal
göstərmək olar:
Əgərki kəmxüsənü binəvayam, ey bülbül!
Kənar tutma ki, mən aşinayam, ey bülbül!
Şairin rəzəc bəhrində yazılmış şeirinə misal olaraq
üçüncü növ-dördbölümlü qısa rəzəc növündəki aşa-
ğıdakı qəzəli misal göstərmək olar:
müftə'ilün məfA'ilün müftə'ilün məfA'ilün
Ərşdən ötdü eyləməz yarə əsər fəğanimiz,
Bir yerə yetsə yaxşıdır naleyi-natəvanimiz.
81
Qövsinin münsərih bəhrində bizə yalnız bir qəzəli
gəlib çatmışdır ki, o da birinci növ-dördbölümlü fəal
münsərih növündə yazılmışdır.
müftə'ilün fA'ilün müftə'ilün fA'ilün
Qəmzeyi-xunxarinə cürəti-nəzzarə yox,
Neyləyim ah etməyim, dərdü çox çarə yox.
Qövsi Təbrizinin şeirlərinin vəznini araşdırarkən,
biz çox maraqlı bir şeirə rast gəldik. “Sənindir” rədifli
bu şeir formaca gəraylıya oxşayır. Lakin şeirə diqqətlə
fikir verilsə, onun istər vəznində, istərsə də qafiyə qu-
ruluşunda klassik ədəbiyyata xas xüsusiyyətlər özü-
nü göstərir. Prof. H.Araslı isə bu şeiri gəraylı kimi
təhlil etmişdir.
Şeirin bir neçə bəndinə diqqət yetirək:
Eylə kim, dərman sənindir,
Dərdi bidərman sənindir.
Hər nə etsəm, padişahım,
Eylə kim fərman sənindir.
Nəşeyi-didarinəm mən,
Ey güli-tər, xarinəm mən,
Bir əmanətdarinəm mən,
Dil sənindir, can sənindir.
Yuxarıda qeyd etdiyimiz kimi prof. Həmid Araslı
bu şeiri xalq şeirinin gəraylı formasında təqdim et-
mişdir.
82
Bu şeir aaba, bbba, qqqa quruluşunda yazılmış və
doqquz bənddən ibarət bir şeirdir. Halbuki, gəraylı
hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan
ibarət olan, üç-beş bəndlik şeirə deyilir. Gəraylının
qafiyə quruluşu isə belədir: abcb, dddb, cccb.
Şeirin vəzninə isə fikir versək onu dördüncü növ
ikibölümlü bütöv rəməl (fA'ilAtün fA'ilAtün) növün-
də olduğunu görərik. Göründüyü kimi, şair burada
daxili qafiyələri məharətlə işlətməklə yanaşı, həm də
şeirin məzmununu, mənasını da itirməmiş, məzmun
və forma vəhdəti prinsipini əsas tutmuşdur. Bütün
bunlardan belə nəticəyə gəlmək olar ki, şeir Məhəm-
məd Füzulinin:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmaz-
mı? –
– qəzəli formasında daxili qafiyələrlə yazılmış və sırf
əruz vəznində olan mükəmməl bir qəzəldir.
“Filoloji araşdırmalar” məqalələr toplusu. XI
kitab. Bakı Şirvannəşr, 2000
Dostları ilə paylaş: |