104
rə nisbətən daha geniş tədqiqat işlərinin aparılması,
ümumən, xalqımızın milli hislərinin oyanması kimi
amilləri misal göstərə bilərik.
Yuxarıda göstərdiyimiz bütün mənfi və müsbət
halları qarşılaşdırsaq görərik ki, bir vəzn kimi xalq
içində əruza böyük hörmət və məhəbbət vardır. Bir
elm kimi isə xalqın lap hörmət və məhəbbəti olsa da,
onu öyrənməkdə acizdirlər. Əvvəla, bu elmin ən düz-
gün, dəqiq örnək yeri olan prof. Ə.Cəfərin “Əruzun
nəzəri əsasları və Azərbaycan əruzu” kitabı çox kiçik
tirajla çap olunduğundan axtaranlar onu tapmaqda
acizdirlər. İkincisi, bu kitab o dərəcədə elmidir ki, hər
maraqlanan onu qavraya bilmir. Deməli, həmin kita-
bın müddəaları əsasında çoxlarının başa düşə biləcəyi
elmi-kütləvi bir dildə əruz elmi və əruz vəzni mövzu-
sunda bir kitab yazılmalıdır ki, heç olmasa filoloqları-
mız onu öyrənib tədris edə bilsinlər.
Keçən əsrin sonlarında respublikamızda T.Quli-
yev kimi gənc əruzşünas-alimin yetişməsi fərəhli hal-
dır, lakin T.Quliyev və sayı çox az olan əruza meyilli
bir neçə alimlə həmin sahədə olan kadr qıtlığını ara-
dan götürmək çox çətindir. Bu isə ona gətirib çıxara
bilər ki, mərhum Ə.Cəfərin əruz elmi sahəsində etdik-
lərinin üstündən qələm çəkib 30-40 ildən sonra Ərə-
bistan, İran və ya Türkiyədən bu elmi öyrənmək üçün
ölkəmizə mütəxəssislər dəvət etməli olacağıq. Bunun
nəticəsində milli əruz elmi və milli əruz vəzni istilah-
ları xalqımız üçün yenidən əlçatmaz bir əfsanəyə çev-
riləcəkdir.
Ə. Cəfərin əruz elmində etdiyi islahatlar (reform-
lar) onun anlaşılmasında və milli bir vəzn kimi qəbul
105
edilməsində çəkdiyi zəhmət nə qədər böyükdürsə, bi-
zim onun fəaliyyətini tədqiq və təbliğ etməkdə hünə-
rimiz bir o qədər kiçikdir.
Sumqayıt şəhər 21 saylı məktəbin müəllimi
Zülfəli Zülfəliyev
Bakı şəhər Yasamal rayon 20 saylı məktəbin müəllimi
Şəmil Sadiq
106
Milli şeir vəznlərimiz
Milli şeirimizin neçə vəzni vardır və bunlar hansı-
lardır – problemini həll etməkdən ötrü, öncə qarşıya
çıxan bir neçə suala cavab vermək lazım gəlir:
1. Şeir nədir?
2. Vəzn nədir?
3. Hansı vəznlər ədəbiyyatımızda işlənmişdir?
Şeir sözünün lüğəti mənaları çoxdur – dərketmə,
bilik, anlama, duyma, hissetmə və s. Terminoloji mə-
nada isə dərin və incə mənalı, xəyallar və təsəvvürlər
daşıyan, vəznli, qafiyəli söz və yaxud ifadədir.
Hər hansı bir şey haqqında daha dəqiq məlumat
əldə etməkdən ötrü onu tərkib hissələrinə ayırırlar və
hər birini ayrı-ayrılıqda tədqiq edib həmin o anlayış
haqqında dəqiq elmi nəticəyə gəlirlər.
Şərq poetikasının tələblərinə görə şeirin 5 tərkib
hissəsi vardır: məani, bəyan, bədii, vəzn və qafiyə.
Bunlardan üçü bəlağət elminə aiddir. Məani – dərin
incə fikir və mənaları, bəyan – şeirə uyğun gələn xü-
susi bir dili, yəni bədii üslubu, bədii – bədii təsvir və
ifadə vasitələrini, vəzn – misraların ahəng və ölçüsü-
nə görə bərabərliyini, qafiyə – misra sonluqlarının fo-
netik uyğunluğunu özündə birləşdirir.
Vəznin şeirin beş tərkib hissəsi içərisində ən əsas
xüsusiyyət olduğunu həm Şərq, həm də Qərb alimləri
dönə-dönə təsdiq etmişlər. İbn Sinaya görə, şeir insa-
nı fikrə, xəyala daldıran, sözlərdən, fikirlərdən yara-
dılmış vəznli bir sənət əsəridir. Nəsrəddin Tusinin
fikrincə, şeir xəyalla yaradılmış bərabər vəznli və qa-
fiyəli kəlamdır. XV əsrin məşhur Azərbaycan əruzçu-
107
su Vahid Təbrizi şeiri vəznli, qafiyəli və xəyal olunan
kəlam adlandırmışdır. Akademik İ.Kraçkovski bədii,
bəyan və məanini şeir üçün əsas xüsusiyyət sayma-
mış, üstünlüyü vəznə verərək yazmışdır: ”Bu üç el-
min şeirə heç dəxli yoxdur. Şeirin ən yayılmış tərifi
demək olar ancaq vəzn üzərində qurulmuşdur”. Gör-
kəmli İran alimi P.N. Xonlərinin şeir haqqında son qə-
rarı belədir: “Həqiqət budur ki, əgər dünyanın hər
hansı bir dilində şeir varsa, vəznlidir”.
Doğrudan da dərin, incə məna və bədiiyyata nəsr-
də də rast olunur. Hətta nəsrin səc adlanan forması
da mövcuddur. Lakin vəzn ancaq nəzmə – şeirə aid
olan xüsusiyyətdir. Bu baxımdan, vəzni, ahəngi, ölçü-
nü şeirin əsas xüsusiyyəti hesab etməliyik.
Deməli, seir – incə, dərin mənaya, özünəməxsus
deyim üslubuna, bədii ifadə və təsvir vasitələri ilə ifa-
də olunan obrazlılığa, ahəngdar vəzn və gözəl, səlis
qafiyə sisteminə malik olan bədii söz sənətidir.
Dünya şeir praktikasında 6 vəzn məlumdur.
1. Antik vəzn – e.ə. VIII əsrdə Yunanıstanda yara-
dılmış, III əsrdən etibarən Roma ədəbiyyatında işlə-
dilmiş şeir vəzni sistemidir. Uzun və qısa hecalara
əsaslanan müxtəlif stopalarla, modellərlə yaradılır
(xorey, yamb, amfibraxiy, anapest, daktil və s.) Bir
növ əruz təfilələrinə bənzəyən bu stopalar antik vəz-
nin əsasını təşkil edir. Eramızın XVIII əsrindən etiba-
rən M.Lomonosov tərəfindən rus şeirinə gətirilmiş və
rus poeziyasının yaranıb inkişaf etməsində mühüm
rol oynamışdır.
2. Tonik vəzn – “Tonos” sözünün mənası yunanca
“vurğu” deməkdir. Vurğulu hecaların müəyyən qay-
Dostları ilə paylaş: |