ƏDƏBİyyatşÜnasliqda narratologiYA



Yüklə 29,59 Kb.
səhifə3/6
tarix10.01.2022
ölçüsü29,59 Kb.
#82764
1   2   3   4   5   6
ƏDƏBİYYATŞÜNASLIQDA NARRATOLOGİYA

İmplisit müəllifin real müəllifə qarşı qoyulması onun üzə çıxarılması məsələsinin başqa bir tərəfini təşkil edir. Çetman belə hesab edir ki, implisit müəlifin müəyyən etdiyi təhkiyə normaları dəyər və mənəviyyat səciyyəsinə malik ola bilməzlər. Deməli sənətkar öz baxışları üçün məsuliyyət daşıya bilməz. Biz Danteni “İlahi komdiya”da katolik ideyalarını ifadə etdiyinə yaxud Konradı “Gizli agent”də mürtəce mövqe nümayiş etdirdiyinə görə günahlandıra bilmərik. Çünki struktur prinsip olan “implisit müəllif”i bizim mənən, siyasi cəhətdən yaxud şəxsən məftun olduğumuz müəyyən tarixi sima ilə eyniləşdirilməsi nəzəri konsepsiyamızı ciddi şəkildə sarsıtmaq deməkdir” (1978).

Real müəlliflə implisit müəllif arasında kəskin hədd qoymaq cəhdində şəxssizləşdirmə nəzəriyyəsinin təsiri özünü büruzə verir. Bu müəllifin şəxsiyyətini onun əsərindən təcrid edir, onun öz əsərinə təsirini “neytrallaşdırır”. İmplisit müəllif anlayışının meydana gəlməsi sənətkar niyyəti ilə onun gerçəkləşməsi arasındakı fərqin nəzəri baxımdan dərk olunmasına əsaslanır. Narratologiyada bu problem hər şeydən əvvəl J. Pulenin “şüurun tənqidi” konsepsiyasında kəskin şəkildə öz əksini tapmışdır. Bu tədqiqatçının əsərlərində yaradıcı və qavrayıcı şüurların “obyektivləşdirilməsi” məsələsinə xüsusi əhəmiyyət verilirdi. İş o yerə gəlib çıxırdı ki, əsərin daxilində empirik “Mən”dən fərqli olan yazıçının hipotetik “Mən”inin yaranması fikri irəli sürülürdü.




Yüklə 29,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə