Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

- 179 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
- İslam əmirliyinə qarşı istifadə olunan məsələlərdən biri də qadın 
hüquqları mövzusudur. Bununla bağlı nə deyə bilərsiniz?
- İslam əmirliyi qadınların şəriətdə nəzərdə tutulmuş hüquqla-
rının təmin olunması üçün davamlı səylər göstərir. Misal olaraq, 
08.05.1419-cu il (31.08.1998) tarixli 104 saylı fərmanı göstər-
mək olar ki, orada qadına ərinin vəfatından sonra öz taleyi barə-
də qərar qəbul etmək hüququ verilir və ərinin ailəsinin onu öz 
istəyinə rəğmən ərinin qohumlarından biri ilə nikaha daxil etmək 
haqqının olmadığı bildirilir. Bu fərmanın Əfqanıstan  tarixində 
bənzəri yoxdur.
Qadının təhsil və təlimi ilə bağlı onu deməliyəm ki, biz heç 
vaxt qadınlara təhsil almağı qadağan etməmişik. Amma istəyirik 
ki, qadının təhsili şəriət qaydalarına uyğun olsun, hicab məsələ-
sinə, tədris mühitinin islami olmasına riayət edilsin.
- Bəziləri İslam Əmirliyini dində radikal olmaqda ittiham edirlər. 
Bu ittiham barəsində fikriniz nədir?
- Bu ittihamın məntiqi əsası yoxdur. Düşmənlər açıq şəkildə 
bizdən tələb edə bilməzlər ki, islam quruluşundan əl çəkin. Ona 
görə bizi radikallıqda ittiham edirlər ki, bu bəhanə ilə bizim daxi-
li işlərimizə müdaxilə etsinlər. İslam radikalizmin əleyhinədir, 
amma şəriət hökmlərini özlərinin pis niyyətlərinə uyğun təfsir 
etməyə çalışanların da əleyhinədir.
- BMT Əfqanıstan İslam Əmirliyinə təzyiq göstərir ki, Üsamə bin 
Ladeni mühakimə olunmaq üçün təhvil versin, əks təqdirdə bunun 
ağır nəticələri ilə üzləşməli olacaq. Bu barədə nə deyə bilərsiniz?
- BMT-nin hədələri bizi şeyx Üsamə bin Ladeni Əfqanıstan-
dan çıxarmağa məcbur edə bilməyəcək və biz islam prinsiplərin-
dən kənara çıxmayacağıq. Şeyx Üsamə bin Laden müsəlman və 
mühacirdir, əfqanların qonağıdır. Onun ölkədən çıxarılması və 
təslim edilməsi islama və əfqan xalqının ənənələrinə ziddir.
Şeyx Üsamə bin Laden heç vaxt Əfqanıstan ərazisindən heç 


- 180 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bir ölkəyə qarşı istifadə etməmişdir. Biz ondan bu cür tələb etmi-
şik, o da bizi əmin edib. O hətta elə bir iş görmək istəmir ki, bizim 
başqa  ölkələrlə  münasibətimizə  ziyan  vursun.     
Amma həqiqət budur ki, ABŞ və BMT Üsamə bin Laden 
məsələsi adı altında İslam Əmirliyinə zərbə vurmaq istəyirlər, 
halbuki onlar Üsamə bin Ladenlə bağlı iddialarını təsdiq edən 
heç bir sübutu bizə təqdim etməmişlər.
- Deyilənə görə, siz Pakistan prezidenti Pərviz Müşərrəfə söyləmi-
siniz ki, əgər Əfqanıstana səfər etməkdə məqsədi Üsamə məsələsi ilə 
bağlı müzakirə aparmaqdırsa, Əfqanıstana gəlməsin. Bu söz doğru-
durmu?
- Bu söz tamamilə əsassızdır. Pakistanlılar həmişə bu məqamı 
vurğulayıblar ki, Şeyx Üsamə məsələsi Əfqanıstanla ABŞ-a aiddir 
və Pakistan heç vaxt bizdən tələb etməyib ki, Şeyx Üsaməni təs-
lim edək. Bu məsələ yalnız Əfqanıstanla Amerika arasında olan 
problemdir.
- Əgər BMT Əfqanıstana qarşı daha çox məhdudiyyətlər tətbiq 
etsə, gələcəyi necə görürsünüz?
- Ruslar Əfqanıstana təcavüz edəndə ölkənin iqtisadi infrast-
rukturunu dağıtdılar, bizim əkin sahələrimiz məhv oldu, lakin 
əfqan xalqı bütün bu çətinliklərə sinə gərdi. Şübhəsiz, bu dözüm-
lü xalq yenə də səbr edəcək. Əfqanıstan neçə ildir quraqlıqla üzlə-
şib, lakin BMT bizə kömək etmək əvəzinə, əlavə məhdudiyyətlər  
tətbiq edir, bu da təbii ki, bizim əhalinin çətinliklərini artıracaq-
dır. Hər halda biz bu çətinliklərə görə məxluqdan şikayət etmirik, 
çünki inanırıq ki, mütləq ixtiyar Allahın əlindədir ki, Onun mər-
həməti ilə bütün çətinliklər həllini tapacaq.
- Əfqanıstanda müharibə probleminin həllinə sizin baxışınız ne-
cədir?
- Mən açıq şəkildə deyirəm ki, bu problem müxaliflərin tam 
məğlubiyyəti ilə aradan qalxacaq.  Mən bu sözü nikbinlik xatirinə 


- 181 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
demirəm. Bu gün ölkə ərazisinin 95 faizi İslam Əmirliyinin nə-
zarəti altındadır və onda islam şəriəti, qayda-qanun və təhlükə-
sizlik hökm sürür. Mən vurğulamaq istəyirəm ki, İslam Əmirliyi 
qalib gələcək. İnşallah, ümidvaram ki, bu məsələ müharibəsiz 
həll olunacaq. Bu qələbənin bir əlaməti müxalif komandirlərin 
bir çoxunun İslam Əmirliyi qüvvələrinə qoşulmasıdır, başqaları 
da bu yolu tutacaqlar…
Avqust, 2000-ci il
Əhməd şah Məsudun Avropa səfərindən 
sonra Düşənbədə etdiyi çıxışdan
Bildiyiniz kimi, bir həftə öncə Avropa Parlamentinin dəvəti ilə 
mən nümayəndə heyətinin rəhbəri kimi Avropaya səfər etdim… 
Səfərin cəmi iki gün davam edəcəyi nəzərdə tutulmuşdu və onun 
gedişində iki görüş keçirilməli idi: fransızlarla çox qısa görüş və 
Avropa Parlamentində daha geniş görüş. Amma iş elə  gətirdi  ki, 
səfər bir həftəyə qədər uzandı…
Qeyd etməliyəm ki, bütün görüşlərdə biz bir sıra mühüm 
məsələləri müzakirə etdik və bu barədə sizə qısa məlumat verə-
cəyəm. Mən dedim ki, Əfqanıstanda vətəndaş müharibəsi getmir, 
bu müharibənin köklərini Əfqanıstandan kənarda axtarmaq la-
zımdır. Bu gün bizə qarşı təkcə əfqanlar vuruşmur. Əfqan talib-
ləri və Molla Ömər problemin yalnız bir hissəsidir. Onların ya-
nında 4-5 min yaraqlısı olan Üsamə bin Laden var. Düşmənlə-
rimiz arasında bir neçə min nəfərlik Pakistan talibləri də vardır. 
Bu gün Əfqanıstanda ən azı 3 qruplaşma var ki, onlardan yalnız 
biri əfqanlardır, qalan ikisi əfqan deyil. Avropadakı çıxışlarımda 
dedim ki, bu qruplar islamı müxtəlif cür başa düşürlər. Biz he-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə