Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

- 176 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
də əksər sahələrdə səmərəli addımlar atmışdır… İslam quruluşu 
bərqərar olduqdan sonra Əfqanıstan sovet işğalı və o ölkənin əlal-
tılarının fəaliyyəti nəticəsində düşdüyü siyasi və iqtisadi təcrid-
dən çıxmış, regional və qlobal siyasətdə fəal iştirakçı kimi özünü 
göstərməyə başlamışdır.
Əfqanıstan İslam Dövləti İqtisadi Əməkdaşlıq Təşkilatının 
(EKO) üzvü olmuşdur. Əfqanıstan nümayəndə heyətləri BMT-
nin, İslam Konfransı Təşkilatının, Qoşulmama Hərəkatının iclas-
larında iştirak etmişdir və Əfqanıstan İslam Dövlətinin mövqeyini 
bəyan etməklə ölkəmizin müxtəlif dünya dövlətləri ilə əlaqələrinin 
daha da genişlənməsi və dərinləşməsinə nail olmuşdur.
28 aprel 1993-cü il
ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik 
məsələləri üzrə müşaviri Zbiqnev Bzejinski ilə müsahibə
- Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Robert Qeyts öz 
xatirələrində yazır ki, Amerikanın xüsusi xidmətləri Əfqanıstana so-
vet müdaxiləsindən 6 ay qabaq mücahidlərə kömək etməyə başlamış-
dı. Həmin vaxt siz prezident Karterin milli təhlükəsizlik məsələləri 
üzrə müşaviri idiniz. Deməli, sizin də  bu işdə rolunuz olub. Doğru-
durmu?
- Bəli. Rəsmi versiyaya əsasən, Mərkəzi Kəşfiyyat İdarəsi 24 
dekabr 1979-cu ildə Sovet ordusu Əfqanıstanı işğal etdikdən 
sonra – 1980-ci ildən mücahidlərə kömək etməyə başlamışdır. 
Amma həqiqətdə bu, indiyə qədər gizlədilsə də, tamamilə başqa 
cür olmuşdur; əslində 3 iyul 1979-cu ildə prezident Karter Ka-
buldakı sovetpərəst rejimin müxaliflərinə gizli yardım barədə 
ilk direktiv imzalamışdır. Və həmin gün mən prezidentə məktub 


- 177 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
yazdım və orada ona izah etdim ki, mənim fikrimcə, bu yardım 
SSRİ-ni hərbi müdaxiləyə təhrik edəcəkdir.
- Bu riskə baxmayaraq, siz həmin gizli əməliyyatın tərəfdarı idi-
niz. Bəlkə siz özünüz SSRİ-nin müharibəyə girməsini istəyirdiniz və 
onu təhrik etməyə çalışırdınız?
- Lap elə də deyil. Biz rusları müdaxiləyə vadar etmədik, lakin 
bilərəkdən onların bunu etməsi ehtimalını artırdıq.
- SSRİ öz təcavüzünə ABŞ-ın Əfqanıstana gizli müdaxiləsinə 
qarşı mübarizə aparmaqla bəraət qazandıranda, insanlar ona inan-
madı. Halbuki burada həqiqət payı vardı. Siz bu gün nəyə görəsə peş-
man deyilsiniz ki?
- Nəyə görə peşman olum? Həmən gizli əməliyyat əla ideya 
idi. O, rusların əfqan tələsinə düşməsinə gətirib çıxardı. Siz də 
istəyirsiniz ki, mən buna peşman olum? Sovet ordusu rəsmən 
sərhədi keçdiyi gün mən prezident Karterə yazmışdım: bizim 
indi SSRİ-yə öz Vyetnam müharibəsini yaşatmaq imkanımız var. 
Doğrudan da, təqribən 10 il Moskva hökumət üçün dözülməz 
olan müharibə apardı və bu münaqişə Sovet imperiyasının ruh 
düşkünlüyünə, son nəticədə dağılmasına gətirib çıxardı.
- Və siz heç islam fundamentalizmini dəstəklədiyinizə, gələcək ter-
rorçulara silah və məsləhət verdiyinizə görə də peşman deyilsiniz?
- Dünya tarixi üçün daha mühüm olan nədir? Taliban, yoxsa 
Sovet imperiyasının dağılması? Hansısa hərəkətə gəlmiş müsəl-
manlar, yoxsa Mərkəzi Avropanın azadlığı və Soyuq müharibənin 
sona yetməsi?
- Hansısa hərəkətə gəlmiş müsəlmanlar?! Axı dəfələrlə deyilmiş-
dir ki, islam fundamentalizmi bu gün dünya üçün təhlükə təşkil edir.
- Boş sözdür! Deyirlər ki, Qərb islama münasibətdə qlobal 
siyasətə malikdir. Bu, səfehlikdir. Qlobal islam adlanan bir şey 
yoxdur. İslama rasional şəkildə, demaqogiyasız və ya emosiyasız 
yanaşın. Bu, dünyada 1,5 milyard insanın tapındığı aparıcı din-


- 178 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
dir. Lakin Səudiyyə Ərəbistanının fundamentalizmi, Mərakeşin 
mötədilliyi, Pakistanın militarizmi, Misirin qərbpərəstliyi və ya 
Mərkəzi Asiyanın sekulyarizmi arasında hansı ümumi cəhət var? 
Xristian ölkələrini birləşdirən şeydən artıq heç nə!
“Nuvel Observator” jurnalı (Fransa), 
15-21 yanvar, 1998-ci il
Taliban lideri Molla Məhəmməd Ömərin 
Qəndəharda çıxan ərəbdilli «Əl-imarət əl-İslamiyyə»
 jurnalına müsahibəsindən
- BMT və dünyanın müxtəlif ölkələri deyirlər ki, Talibanın nə-
zarətində olan ərazilərdə narkotik maddələr istehsal olunur. Buna 
sizin cavabınız nədir?
- İslam Əmirliyi narkotik vasitələrin istehsalı, istifadəsi və ixra-
cının əleyhinədir və bununla bağlı mühüm addımlar da atmışdır. 
Məsələn, 13.01.1420-ci ildə (29.04.1999) verilmiş 2 saylı fərman 
və 04.05.1420-ci ildə (16.08.1999) verilmiş digər fərman həşiş 
əkilməsinin qadağan olunması və onun əkinlərinin məhv edilmə-
si barədədir. Ötən il xaşxaş əkilən sahələrin ərazisi əvvəlcə üç dəfə 
azaldıldı, sonra da 26.04.1421-ci il (29.07.2000) tarixli 19 saylı 
fərmana görə, bütün Əfqanıstan ərazisində xaşxaş əkilməsi qəti 
şəkildə qadağan olundu.
Amma narkotik maddələr qlobal bir problemdir və onun həl-
li üçün bütün dünyanın səyləri birləşdirilməlidir. Bununla bağlı 
BMT və dünya ölkələri gərək xaşxaş əkməkdən əl çəkən əfqan 
kəndlilərinə maliyyə yardımı etsinlər, lakin nə BMT, nə də dünya 
ölkələri bu işə maraq göstərmirlər. Sonda biz məcbur olub bu-
nun bütün çətinliklərini və nəticələrini öz çiynimizə götürdük və 
xaşxaş əkilməsini qadağan etdik.


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə