Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

- 165 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Əfqanıstana qoşun yeritdiyinə görə kəskin tənqid olunmadı. Pa-
kistan, ABŞ, İngiltərə, digər ölkələr böyük hay-küy salmışdı, qon-
şu İran isə, demək olar, reaksiya vermirdi. İmam sözünün üstündə 
durdu.
Üç ay ərzində sovet qoşunları onun məsləhət bildiyi kimi, “öz 
işini görə və çıxıb gedə” bilmədi və bunu görən Xomeyni Sovet 
İttifaqını kəskin tənqid etməyə başladı...
“Vostoçnıy arxiv” jurnalı, № 1, 2013-cü il
Əfqanıstan Demokratik Respublikası
İnqilab Şurasının bəyanatı
Əfqanıstanda baş verən hadisələr beynəlxalq ictimaiyyətin 
böyük diqqət və marağına səbəb olmuşdur. Bu da tamamilə qa-
nunauyğun və təbiidir. Bizim ölkəmiz inqilabın yeni mərhələsinə 
daxil olmuşdur və onun fərqləndirici xüsusiyyəti xalqın görün-
məmiş birliyindən, bizim partiyamızın vəhdətinin möhkəmlən-
məsindən ibarətdir. 
Bizim hökumətin xahişi ilə Sovet İttifaqının Əfqanıstana 
göstərdiyi dostluq və qardaşlıq yardımı suveren əfqan xalqının 
xarici düşmənlərinin təcavüzkar fitnələri qarşısında etibarlı və 
möhkəm sədd çəkmək imkanı yaratmışdır. İndi bizim xalqımız 
dinc şəraitdə işləmək, Aprel inqilabının nailiyyətlərini həvəs və 
inamla möhkəmləndirib inkişaf etdirmək imkanı qazanmışdır.
Biz məmnunluqla qeyd edirik ki, Əfqanıstanda baş verən ha-
disələr dünya mətbuatının səhifələrində geniş şəkildə işıqlandırı-
lır. Əksər mətbuat orqanları ƏDR-dəki vəziyyət barədə obyektiv 
və xeyirxah məlumatlar yayırlar. Bununla yanaşı ABŞ-da, digər 
Qərb ölkələrində və Çində ƏDR-ə qarşı bədxah böhtançılıq 
kampaniyası davam edir.


- 166 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Bu böhtan kampaniyasını gücləndirmək üçün ABŞ, İngiltərə 
və bir sıra digər Qərb dövlətlərindən Əfqanıstana şübhəli 
«müxbirlər» göndərilmiş, daha doğrusu, yeridilmişdir. Həmin 
cənablar bir-birindən cəfəng uydurmalar və iftiralar toxumaq-
la məşğuldurlar. Onların məqsədi bizim ölkəmizdə gərginliyi 
artırmaqdan, əfqanların normal həyatını pozmaqdan ibarətdir. 
Bu işdə Amerikanın «Nyu-York tayms», «Vaşinqton post», 
«Krisçen sayens monitor» kimi qəzetlərinin müxbirləri, eləcə 
də ABŞ teleradio kompaniyalarının nümayəndələri xüsusi can-
fəşanlıq göstərirlər.
Biz yuxarıda qeyd olunan jurnalistlərin hərəkətlərinə suveren 
ƏDR dövlətinin daxili işlərinə kobud müdaxilədən başqa ad verə 
bilmərik. Buna görə də ƏDR İnqilab Şurası Amerika jurnalistlə-
rini ölkədən çıxarmaq barədə qərar qəbul etmişdir.
«Baxtər» Agentliyi, 17 yanvar 1980-ci il
Nur Məhəmməd Tərəkinin xanımı Nur Bibi Tərəkinin 
ABŞ prezidenti Cimmi Karterə məktubu
Amerika Birləşmiş Ştatlarının prezidenti Zati-aliləri cənab 
Ceyms E.Karterə
Cənab Prezident!
Bildiyiniz kimi, 1978-ci ilin aprelində mənim əziz Əfqanıs-
tanımda xalq inqilabı baş vermişdir. Sizə, şübhəsiz, o da mə-
lumdur ki, bu inqilab Əfqanıstan Xalq Demokratik Partiyasının 
başçılığı ilə milli silahlı qüvvələr tərəfindən həyata keçirilmişdir, 
həmin partiyanın rəhbəri isə yarandığı andan mənim mərhum 
ərim Nur Məhəmməd Tərəki olmuşdur. Aprel inqilabı xalqımı-
zın mütləq əksəriyyətinin mənafeləri naminə baş vermişdir, ona 


- 167 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
görə təsadüfi deyil ki, o mənim əziz həmvətənlərim tərəfindən 
hərarət və ruh yüksəkliyi ilə qarşılanmışdır.
Sonrakı dövrdə, 1979-cu ilin sentyabr ayına qədər mənim 
ərim dövlətin qanuni başçısı – İnqilab Şurasının sədri olmaqla, 
yeni, çiçəklənən Əfqanıstanın qurulması uğrunda yorulmadan 
çalışmışdır. Lakin ötən ilin sentyabrında ən məkrli metodlar-
dan istifadə etməkdən çəkinməyən qəsdçi və xəyanətkar Əmin 
satqıncasına ölkədə hakimiyyəti qəsb etmişdir. O, mənim ərimi 
təkrar edirəm, Əfqanıstan Demokratik Respublikasının qanuni 
başçısını – qətlə yetirmiş, bizim ailəmizi, o cümlədən də məni, 
özünün dəhşətli zindanına salmışdır.
Cənab Prezident!
 Sizin cinayətkar və qatil Əmini müdafiə etməyə çalışmağınız 
məndə və bütün namuslu əfqanlarda qəzəb və etiraz doğurur. 
Siz özünüzə onu Əfqanıstanın «qanuni prezidenti» adlandır-
mağı rəva görürsünüz. Sizin sözləriniz mənim mərhum ərimin – 
Əmin və onun cəlladları tərəfindən xaincəsinə öldürülmüş Nur 
Məhəmməd Tərəkinin xatirəsini təhqir edir, onları günahsız yerə 
Əminin işgəncə verdiyi minlərlə vətənpərvər, öz vətəninin azad-
lığı uğrunda mübarizə aparan əfqanın xatirəsinə hörmətsizlikdən 
başqa cür qiymətləndirmək mümkün deyil.
Mən bədbəxtlikdən hətta qadınlara və uşaqlara da rəhm 
eləməyən bu qaniçən bandanın cinayətkar əməllərinin şahidi 
olmuşam. Mən özüm və mənim yaxınlarım Əminin və əmin-
çilərin cinayətlərinin qurbanı olmuşuq. Və indi onlar öz cəza-
sına çatanda, mənim mərhum ərimin yaratdığı partiya, onun 
şanlı oğul və qızları, bütün əfqan vətənpərvərləri bizim əziz 
vətənimiz Əfqanıstanı cinayətkarlardan təmizləyəndə, Siz bəd 
əməllərinə görə xalqın lənətlədiyi kəsləri öz himayənizə alırsı-
nız.
Siz, cənab prezident, onlar mənim ərimi, azad əfqan xalqının 
qanuni prezidentini, bütün həyatını öz həmvətənlərinin xoşbəxt-


- 168 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
liyinə və parlaq gələcəyinə həsr etmiş insanı xaincəsinə öldürən-
də niyə susurdunuz?
Siz, cənab prezident, qatil və xain Əmin həqiqi əfqan vətənpər-
vərlərini, qocaları, qadınları və uşaqları həbsxanalara atanda, iş-
gəncə verəndə və qətlə yetirəndə niyə indiki narahatlığınızı bil-
dirmirdiniz?
Mən xoşbəxtəm və fəxr edirəm ki, bizim övladlarımız, mənim 
rəhmətlik ərim Nur Məhəmməd Tərəkinin şagirdləri və davamçı-
ları yenidən azadlıq məşəlini yandırmış, bizim doğma evimizdə 
ədaləti bərpa etmişlər. Onlar həmişə öz məzlum xalqının xoş-
bəxtliyi uğrunda mübarizə aparmışlar və xalq da onları müdafiə 
etmişdir. Xalq onlara inanır və öz vətəninin, inqilabın müdafiəsi 
naminə sonadək onların arxasınca gedəcəkdir.
Biz əfqanlar azadlığı, sülhü və müstəqilliyi öz həyatımızdan da 
artıq sevirik və onlardan ötrü öz qanımızı axıtmağa hazırıq. Biz 
öz evimizdə qayda-qanun yaradırıq və tələb edirik ki, heç kəs bizə 
seçdiyimiz yolla getməyə mane olmasın. Biz Sizin ölkənizə pislik 
arzulamırıq və etmirik. Əksinə, Sizin hökumətiniz bizim xalqımıza 
qarşı çıxan bütün qara qüvvələrə gizli və açıq şəkildə dəstək verir.
 Mən əminəm ki, ərim Nur Məhəmməd Tərəkinin öz həyatı-
nı yolunda qurban verdiyi iş qalib gələcək və məğrur əfqan xalqı 
xoşbəxtliyə və inkişafa nail olacaq.
18 yanvar 1980-ci il.
SSRİ Elmlər Akademiyası Dünya Sosialist Sisteminin 
İqtisadiyyatı İnstitutunun Sov.İKP MK-ya və SSRİ Dövlət 
Təhlükəsizliyi Komitəsinə göndərdiyi analitik arayışdan
Sovet qoşunlarının Əfqanıstana yeridilməsi müxalifətin hö-
kumətə qarşı silahlı mübarizəsinin zəifləməsi ilə nəticələnmədi. 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə