Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

- 153 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
N.M.Tərəki: Çox azdır – cəmi 1000-2000 nəfər.
A.N.Kosıgin: Sizin fikrinizcə, Heratda baş verən hadisələrin 
perspektivi necədir?
N.M.Tərəki: Biz hesab edirik ki, bu gün axşam, ya da sabah 
səhər Herat itiriləcək və tam şəkildə düşmənin əlinə keçəcək.
A.N.Kosıgin: Sonra nə ola bilər?
N.M.Tərəki: Biz əminik ki, düşmən yeni hərbi hissələr yara-
dıb hücuma keçəcək.
A.N.Kosıgin: Sizin onları məğlub etməyə qüvvələriniz yox-
durmu?
N.M.Tərəki: Kaş ki, olaydı…
A.N.Kosıgin: Bununla bağlı təklifləriniz nədir?
N.M.Tərəki: Biz xahiş edirik ki, siz canlı qüvvə və silahla 
praktik və texniki yardım edəsiniz.
A.N.Kosıgin: Bu çox mürəkkəb məsələdir.
N.M.Tərəki: Əks təqdirdə qiyamçılar Qəndəhara, oradan da 
Kabula doğru irəliləyəcəklər. Onlar Herat diviziyasının bayrağı 
altında İranın yarısını Əfqanıstana gətirəcəklər. Pakistana qaçmış 
əfqanlar geri qayıdacaq. İran və Pakistan bizə qarşı vahid plan 
əsasında fəaliyyət göstərirlər. Buna görə də əgər siz indi Herata 
əməlli-başlı zərbə endirsəniz, inqilabı xilas etmək mümkün olar.
A.N.Kosıgin: Bütün dünya dərhal bundan xəbər tutar. Qi-
yamçıların ratsiyaları var, onlar dərhal xəbər verəcəklər.
N.M.Tərəki: Mən xahiş edirəm, kömək edəsiniz.
A.N.Kosıgin: Biz bununla əlaqədar məsləhətləşməliyik.
N.M.Tərəki: Siz məsləhətləşənə qədər Herat əldən gedəcək 
və həm SSRİ, həm də Əfqanıstan üçün daha böyük çətinliklər ya-
ranacaq.
A.N.Kosıgin: İndi bəlkə siz mənə deyəsiniz, Pakistanla və ay-
rıca olaraq İranla bağlı sizin proqnozlarınız necədir? Sizin İranın 
mütərəqqi insanları ilə əlaqəniz yoxdurmu? Siz onlara deyə bilər-
siniz ki, indi sizin başlıca düşməniniz ABŞ-dır. İranlılar ABŞ-a 


- 154 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
qarşı çox qəzəblidir və təbliğati planda bundan yəqin ki, istifadə 
etmək olar.
N.M.Tərəki: Biz bu gün İran hökuməti əleyhinə bəyanat ver-
dik və onu radio ilə səsləndirdik, bildirdik ki, İran Herat bölgəsin-
də bizim daxili işlərimizə qarışır.
A.N.Kosıgin: Bəs Pakistana qarşı hansısa bəyanat verməyi 
lazım bilmirsinizmi?
N.M.Tərəki: Sabah, ya birisi gün biz Pakistanla bağlı da bu 
cür bəyanat verəcəyik.
A.N.Kosıgin: Siz öz ordunuza güvənirsinizmi? Onun etibar-
lılığı nə dərəcədədir? Siz Herata zərbə endirmək üçün qoşun top-
laya bilərsinizmi?
N.M.Tərəki: Biz hesab edirik ki, ordumuz etibarlıdır. Lakin 
biz Herata göndərmək üçün qoşunları başqa şəhərlərdən çıxara 
bilmərik, çünki bu, başqa şəhərlərdə bizim mövqeyimizi zəiflə-
dər.
A.N.Kosıgin: Biz sizə ən qısa zamanda əlavə təyyarələr və si-
lah versək, siz yeni hərbi hissələr yarada bilərsinizmi?
N.M.Tərəki: Bu, çox vaxt aparar və Herat əldən çıxar.
A.N.Kosıgin: Siz hesab edirsiniz ki, Herat əldən çıxsa, Pakis-
tan da öz sərhədindən eyni hərəkətlərə yol verə bilər?
N.M.Tərəki: Bunun ehtimalı çox böyükdür. Bundan sonra 
pakistanlıların ruhiyyəsi yüksələcək. Amerikalılar onlara müva-
fiq yardım göstərirlər. Herat əldən çıxsa, onlar mülki geyimdə 
əsgərlər göndərib şəhərləri tutmağa başlayacaqlar, iranlılar da fəal 
şəkildə müdaxilə edəcəklər. Heratda əldə olunacaq uğur – müba-
rizə ilə bağlı bütün məsələlərin açarıdır.
A.N.Kosıgin: Siz bizim tərəfdən hansı xarici siyasi addımla-
rın atılmasını, bəyanatların verilməsini istərdiniz? Bununla bağlı 
təbliğati planda hər hansı mülahizələriniz varmı?
N.M.Tərəki: Təbliğati və praktik yardımları birləşdirmək la-
zımdır. Mən təklif edirəm ki, siz öz tanklarınıza və təyyarələrinizə 


- 155 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
əfqan işarələrini vurasınız, onda heç kim heç nə bilməyəcək. Si-
zin qoşunlar həm Kuşka, həm də Kabul tərəfdən gedə bilərlər.
A.N.Kosıgin: Kabula hələ gəlib çıxmaq lazımdır.
N.M.Tərəki: Kuşkadan Herata çox yaxındır. Kabula isə qo-
şunları təyyarələrlə çatdırmaq olar. Fikrimizcə, əgər siz qoşunları 
Kabula göndərsəniz və onlar Kabuldan Herata getsələr, heç kim 
heç nə bilməyəcək. Fikirləşəcəklər ki, bu hökumət qoşunlarıdır.
A.N.Kosıgin: Mən sizi məyus etmək istəmirəm, lakin bunu 
gizlətmək mümkün olmayacaq. İki saatdan sonra bunu bütün 
dünya biləcək. Hamı bağırmağa başlayacaq ki, Sovet İttifaqının 
Əfqanıstana müdaxiləsi başlayıb. Deyin görüm, Tərəki, əgər biz 
təyyarələrlə Kabula tanklar da daxil olmaqla silah göndərsək, siz 
tankçılar tapa biləcəksiniz, ya yox?
N.M.Tərəki: Çox az sayda.
A.N.Kosıgin: Neçə nəfər?
N.M.Tərəki: Dəqiq məlumatım yoxdur.
A.N.Kosıgin: Bəs təyyarələrlə ən qısa zamanda sizə tanklar, 
zəruri sursat, minomyotlar göndərsək, siz bu silahlardan istifadə 
etməyi bacaran mütəxəssislər tapacaqsınızmı?
N.M.Tərəki: Mən bu suala cavab verə bilməyəcəyəm. Bu sua-
la sovet müşavirləri cavab verə bilərlər.
A.N.Kosıgin: Deməli, belə başa düşmək olar ki, Əfqanıstan-
da yaxşı hazırlıq görmüş hərbi kadrlar yoxdur, ya da çox azdır. 
Sovet İttifaqında yüzlərlə əfqan zabiti hazırlıq keçib. Bəs onlar 
hardadır?
N.M.Tərəki: Onların əksəriyyəti irticaçı müsəlmanlardır, ix-
vançılardır, yaxud özlərinin dediyi kimi, «Müsəlman qardaşla-
rı»dır. Onlara etibar etmək olmaz, biz onlara inanmırıq.
A.N.Kosıgin: Kabulda hazırda nə qədər əhali var?
N.M.Tərəki: Təqribən bir milyon nəfər.
A.N.Kosıgin: Əgər biz tezliklə hava yolu ilə silah göndərsək, 
siz daha 50 min əsgər toplaya bilməzsiniz? Nə qədər adam yığa 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə