Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

- 148 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
xeyli dərəcədə zəifləməsini qeyd etmək lazımdır. Bu, bir tərəfdən 
ABŞ-ın (Qərbin) Əfqanıstanda öz geostrateji və geoiqtisadi hə-
dəflərinə yönəldiyinin daha artıq üzə çıxması ilə bağlıdırsa, digər 
tərəfdən, özünü “İraq-Şam İslam Dövləti” (İŞİD) adlandıran ter-
rorçu təşkilatın 2015-ci ilin əvvəllərindən Əfqanıstanda peyda ol-
ması ilə əlaqədardır. İŞİD amili Rusiya və İranın Talibanla əlaqəyə 
girməsinə səbəb olmuşdur [6]. ABŞ-ın tənqidlərinə baxmayaraq, 
Rusiya artıq Talibanla əlaqəsini gizlətmir və bu əməkdaşlıqla Su-
riyada İŞİD-ə qarşı mübarizəsinə sinxronluq verməyə çalışır. Ru-
siyanın fikrincə, qlobal cihad mövqeyində duran İŞİD-dən fərq-
li olaraq, Talibanın fəaliyyəti lokal xarakterlidir və Əfqanıstanla 
məhdudlaşır,  buna görə İŞİD-lə mübarizədə Talibana dəstək ver-
mək məqsədəuyğundur. Lakin bu, əslində çox təhlükəli oyundur 
və gözlənilməz nəticələrə gətirib çıxara bilər.
ABŞ-ın Əfqanıstanda strateji maraqlarına önəm verməsi prob-
lemin nizamlanmasına dair müzakirələrdən Rusiya və İranı kənar 
tutmaq cəhdində aydın şəkildə özünü göstərmişdir.  2016-cı ilin 
yanvarında ABŞ Əfqanıstanda sülhə dair Dördtərəfli Koordinasi-
ya Qrupu (ABŞ, Çin, Pakistan, Əfqanıstan) yaratdı. Buna cavab 
olaraq, Rusiya üçtərəfli (Rusiya, Çin, Pakistan) görüş keçirdi
İran da bu təşəbbüsü dəstəklədi. Nəticə olaraq, Rusiya rəhbərliyi 
İran və Hindistanı da bu prosesə qoşdu və 2017-ci ilin fevralında 
bu formatda ilk görüşü təşkil etdi.
Bütün bunlar Əfqanıstan ətrafında oyunun yeni mərhələsi-
nin başlanmasından xəbər verir və onun nə ilə sonuclanacağını 
söyləmək çətindir. Sonu görünməyən bu oyunun hələlik bir nə-
ticəsi ortadadır: azadlıqsevər, xarici qüvvələrin ağalığına boyun 
əyməyən əfqan xalqının bitib-tükənməyən fəlakəti. Bu mənada 
son bir neçə onillikdə Əfqanıstanda yaşananlar qlobal və regional 
güclərin cari və strateji maraqlarının toqquşma meydanına, onla-
rın haqq-hesab çürütmə səhnəsinə çevrilmiş bir ölkənin başına 
gələnlərin ibrətamiz hekayətidir. 


- 149 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ƏLAVƏLƏR


- 150 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Sovet İttifaqı Kommunist Partiyasının
Mərkəzi Komitəsi
Tam məxfi
Məhəmməd Davudun SSRİ-yə səfərinin nəticələri 
haqqında Əfqanıstanın mütərəqqi siyasi təşkilatları 
«Pərçəm» və «Xəlq»in rəhbərlərinə məlumat 
verilməsi barədə
Əfqanıstanın SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükə-
sizliyi Komitəsinin Kabuldakı rezidenti vasitəsilə Sov.İKP MK 
ilə qeyri-rəsmi əlaqə saxlayan mütərəqqi siyasi təşkilatlarının 
rəhbərləri Bəbrək Karməl («Pərçəm») və Nur Tərəki («Xəlq») 
1973-cü ilin iyulunda ölkədə respublika rejimi qurulduqdan az 
sonra Mərkəzi Komitədə, hökumətdə və orduda olan mütərəqqi 
əhval-ruhiyyəli elementlərdən istifadə edərək, öz qruplaşmaları-
nın mövqeyini və təsirini geriləndirmək uğrunda, ölkədə «kom-
munist partiyasını təmsil etmək» hüququ uğrunda prinsipsiz 
daxili mübarizəyə başladılar. Bununla yanaşı onlar Çin meylli və 
millətçi qruplaşmalar kimi, orduda və dövlət aparatında fəal si-
yasi işə rəvac verdilər ki, bu da dövlət rəhbəri və Əfqanıstan Res-
publikasının baş naziri Məhəmməd Davudda ciddi narahatlıq 
doğurmuşdur.
M.Davudun xüsusi narahatlığına təhlükəsizlik orqanlarının 
ona verdiyi belə bir informasiya səbəb olmuşdur ki, guya o, sosi-
al-iqtisadi dəyişiklikləri sürətləndirməsə və Əfqanıstanı qeyri-ka-
pitalist, sonra isə sosialist inkişaf yoluna yönəltməsə, sol qüvvələr 
onu hakimiyyətdən uzaqlaşdırmaq planları qururlar.
1974-cü ilin fevral-mart aylarında M.Davud mütərəqqi qüv-
vələri susdurmaq üçün bir sıra tədbirlər həyata keçirmiş, «Pər-
çəm» və «Xəlq»ə siyasi fəaliyyətlə məşğul olmağı qadağan et-
mişdir.


- 151 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1974-cü ilin yanvar ayında B.Karmələ və N.Tərəkiyə daxili çə-
kişmələrə son qoymağın, iki qruplaşmanı vahid partiyada birləş-
dirməyin zəruriliyi və onların birgə səylərinin ölkədə respublika 
rejiminin hərtərəfli müdafiəsinə yönəlməsinin vacibliyi barədə 
tövsiyə (8.1.74-cü il tarixli 103/31-2 s saylı məxfi teleqram) ve-
rilmişdir.
Hesab edirik ki, M.Davudun Sovet İttifaqına bu yaxınlarda et-
diyi səfərin nəticələri barədə onlara veriləcək məlumata bir daha 
bu tövsiyənin daxil edilməsi məqsədəuyğundur. Məlumatla Ka-
buldakı sovet səfirini tanış etmək lazımdır.
Sov.İKP MK-nın bununla bağlı qərarının layihəsi əlavə olunur.
Sov.İKP MK Beynəlxalq şöbəsinin
müdir 
müavini 
     
 
 R.Ulyanovski 
     
  21 iyun 1974-cü il
A.N.Kosıginin_N.M.Tərəki_ilə_telefon_danışığının_stenoqramı__Tam_məxfi_A.N.Kosıgin'>SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginin N.M.Tərəki 
ilə telefon danışığının stenoqramı
Tam məxfi
A.N.Kosıgin: Yoldaş Tərəkiyə deyin ki, mən ona Leonid İli-
çin və Siyasi Büronun bütün üzvlərinin çoxlu salamlarını çatdır-
maq istəyirəm.
N.M.Tərəki: Çox sağ olun.
A.N.Kosıgin: Yoldaş Tərəkinin səhhəti necədir, çox yorulmur ki?
N.M.Tərəki:  Yorulmuram. Bu gün İnqilab Şurasının iclası 
oldu.
A.N.Kosıgin: Çox yaxşı, mən çox şadam. Yoldaş Tərəkidən 


- 152 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
xahiş edin, mümkünsə, Əfqanıstandakı vəziyyəti səciyyələndir-
sin.
N.M.Tərəki: Vəziyyət yaxşı deyil, pisləşməkdədir. Son ay 
yarım ərzində İran tərəfdən mülki geyimdə 4 min nəfərə yaxın 
hərbçi göndərilib. Onlar Herat şəhərinə və hərbi hissələrə daxil 
olublar. Hazırda artilleriya polku və bizim təyyarələri atəşə tutan 
zenit divizionu da daxil olmaqla bütün 17-ci piyada diviziyası on-
ların əlindədir. Şəhərdə döyüşlər davam edir.
A.N.Kosıgin: Diviziyada nə qədər adam var?
N.M.Tərəki: 5 min nəfərə yaxın. Bütün sursat və anbarlar on-
ların əlinə keçib. Biz onlarla döyüşən yoldaşlarımıza Qəndəhar-
dan təyyarə ilə ərzaq və sursat çatdırırıq.
A.N.Kosıgin: Bəs sizin orda nə qədər adamınız qalıb?
N.M.Tərəki: 500 nəfər. Onlar diviziya komandiri başda ol-
maqla Herat aerodromunda yerləşiblər. Biz onlara kömək üçün 
Kabuldan təyyarə ilə operativ qrup göndərmişik. Həmin qrup bu 
gün səhərdən Herat aerodromunda mövqe tutub.
A.N.Kosıgin: Diviziyanın zabit heyəti də xəyanət edib, ya bir 
hissəsi diviziya komandiri ilə aerodromdadır?
N.M.Tərəki: Kiçik bir hissəsi bizim tərəfimizdədir, qalanları 
düşmən tərəfinə keçib.
A.N.Kosıgin: Heratda fəhlələr, tacirlər, qulluqçular arasında 
sizin dəstəyiniz varmı? Daha kimlər sizin tərəfinizdədir?
N.M.Tərəki: Əhali tərəfdən fəal dəstək yoxdur. Onlar demək 
olar, hamılıqla şiə şüarlarının təsiri altındadır. «Allahsızlara inan-
mayın, bizim arxamızca gəlin!» –  təbliğat bunun üzərində qu-
rulub.
A.N.Kosıgin: Heratda nə qədər əhali var?
N.M.Tərəki: 200-250 min nəfər. Onlar özlərini şəraitə uyğun 
aparırlar. Hara çəksələr, ora da gedirlər. Hazırda onlar düşmənin 
tərəfindədir.
A.N.Kosıgin: Orada fəhlələr çoxdurmu?


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə