Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

- 135 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ların sayı 1097-yə çatmışdı [136]. Talibanın Əfqanıstanda ha-
kimiyyətə yiyələnməsi ərəfəsində –  1995-ci ildə isə Pakistanda 
200 mindən çox tələbənin təhsil aldığı 2500 mədrəsə fəaliyyət 
göstərirdi [86, 59]. Deobəndilərin Pakistan cəmiyyətində azlıq 
təşkil etməsinə rəğmən, ölkədəki mədrəsələrin 64 %-i onlara 
məxsus idi [7].
Qeyd edək ki, deobəndilik XX əsrin əvvəllərində Əfqanıs-
tanda da kifayət qədər yayılmışdı və o dövrün bir çox ruhaniləri 
Deobənd “Darül-ülumu”nda təhsil almışdı. Lakin ölkədə gedən 
modernləşmə prosesləri onların mövqeyini xeyli zəiflətmiş və 
təhsilin nisbi inkişafı daha çox “İxvan” təliminin yayılmasına 
şərait yaratmışdı. Belə ki, daha çox oxumuş təbəqəyə və elitaya 
üz tutan “ixvançılardan” fərqli olaraq, deobəndilər  öz təbliğat-
larında kasıb və savadsız kütlələrə istinad edirdilər [109, 18]. 
Bu da  sonuncuların dünyagörüşünün məhdudluğunu, hədsiz 
mühafizəkarlığını və siyasi ekstremizmini şərtləndirən səbəb-
lərdən biridir. Həmin cəhət Talibanda da müşahidə olunur: 
“Onların əksəriyyətinin biliyi bir neçə dini kitab çərçivəsindən 
kənara çıxmır və dünyagörüşü Əfqanıstanın bir-iki vilayəti ilə 
məhdudlaşır” [138, 49]. Təsadüfi deyil ki, əfqan tədqiqatçısı 
M.İ.Əndişmənd Talibanın düşüncə tərzini “bədəvi və qəbiləvi 
təfəkkür” kimi xarakterizə edir [127, 65]. Pakistanlı müəllif də 
analoji fikri vurğulayaraq qeyd edir ki, “Deobənddən çıxmış ru-
hani sələflərindən fərqli olaraq, indiki taliblər islam, Əfqanıstan 
tarixi, hətta Quran və şəriət haqqında az biliyə malikdirlər, buna 
görə də onlar çox məhdud düşüncəli və qəddar insanlardır” [86, 
57]. İran alimi M.Əhmədiməneş isə yuxarıda dediklərimizi 
ümumiləşdirən bir tərzdə yazır: “Əslində Talibanizmi puştu qə-
biləçiliyi, deobəndi dini ənənəsi və eləcə də vəhhabiliyin sintezi 
hesab etmək olar” [126].
Talibanın radikal vəhhabiliklə, o cümlədən, Üsamə bin La-
denlə əməkdaşlığında cihad diskursu mühüm rol oynamışdır. 


- 136 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Məlumdur ki, Bin Laden hələ 1996-cı ildə Amerikaya qarşı ci-
had elan etmiş, 1998-ci ilin fevralında bununla bağlı fətvasını 
(daha bir neçə nəfərin qoşulması ilə) təkrarlamışdı. Lakin ABŞ 
hökuməti bu bəyanatları elə də ciddiyə almamışdı. Yalnız 1998-
ci ilin avqust ayının 7-də əl-Qaidənin Keniya və Tanzaniyada-
kı səfirliklərini partlaması (partlayışlar nəticəsində 220 nəfər 
ölmüş, 4200-ə yaxın insan yaralanmışdı) ABŞ-ı hərəkətə  keç-
məyə vadar etdi [15, 43].
Afrikadakı terror aktlarına cavab olaraq, ABŞ Bin Ladenin 
Əfqanıstandakı Tora-Bora dağlarında yerləşən bazasına və təlim 
düşərgələrinə 75 “Tomohavk” qanadlı raketi ilə zərbələr endirdi, 
lakin Bin Ladeni məhv etmək mümkün olmadı. Bundan sonra 
Taliban hökuməti Bin Ladenin təhvil verilməsi ilə bağlı çoxsaylı 
tələblərlə üz-üzə qaldı, lakin sonadək bu tələbi yerinə yetirmə-
di. Elə həmin il Səudiyyə Ərəbistanı kəşfiyyatının rəhbəri Türki 
əl-Feysəl Qəndəhara gəlib bu mövzuda Molla Ömərlə danışıqlar 
apardı, lakin bir nəticə hasil olmadı. 1999-cu ildə BMT əl-Qaidə 
liderinin təhvil verilməsini tələb edən qətnamə qəbul etdi. ABŞ 
da hər fürsətdə bu tələbi təkrarlayırdı, lakin Taliban bu tələblər-
dən müxtəlif bəhanələrlə yayınmaqda davam edirdi.
Əlbəttə, Talibanın Bin Ladeni verməmək üçün “öz səbəblə-
ri” vardı. Birincisi, o müsəlman idi. İkincisi, o, əfqanlarla birgə 
“Şurəviyə” (SSRİ-yə) qarşı vuruşmuşdu. Üçüncüsü, puştu qo-
naqpərvərliyi (“Puştunvali” adlanan kodeks) buna imkan ver-
mirdi. Dördüncüsü, o, Talibanın rəqiblərinə (Şimal alyansına) 
qarşı mübarizədə iştirak etmişdi. Nəhayət, beşincisi, ABŞ Bin 
Ladenə qarşı ittihamlarını Talibanı qane edəcək sənədlərlə sü-
but etməmişdi.
Son nəticədə Taliban Bin Ladeni islam məhkəməsi qarşısın-
da durmaq üçün başqa bir müsəlman ölkəsinə verməyə hazır 
olduğunu bildirdi, lakin bu təklif amerikalılar tərəfindən rədd 
edildi [18, 283]. Qəribədir ki, Talibana beynəlxalq təzyiqlərin 


- 137 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
hədsiz gücləndiyi, o cümlədən, BMT TŞ tərəfindən ona qarşı 
silah satışını qadağan edən embarqo tətbiq olunduğu (2000-
ci ilin dekabrında) bir şəraitdə Taliban qüvvələri 2001-ci ilin 
yazında Şimal alyansının nəzarətində olan sonuncu iri yaşayış 
məntəqəsini – Təxar vilayətinin mərkəzi Taleqan şəhərini ələ 
keçirdi və bu, Əfqanıstanda vətəndaş müharibəsi dövründə ilk 
dəfə olaraq, qonşu Tacikistana qaçqınların axışmasına səbəb 
oldu [56, 148].
Həmin ilin aprelində Əhməd şah Məsud Avropa Parlamenti 
sədrinin dəvəti ilə Avropaya hərbi-siyasi və diplomatik baxım-
dan olduqca uğurlu sayıla biləcək bir səfər etdi. Həmin səfər 
zamanı o, ABŞ-a qarşı irimiqyaslı terror hücumu hazırlandığı 
barədə müəyyən kəşfiyyat məlumatlarına malik olduğunu da 
bildirmişdi. 2001-ci il sentyabrın 9-da – Nyu-Yorkdakı Dünya 
Ticarət Mərkəzinə dəhşətli hücumdan iki gün əvvəl Əhməd şah 
Məsud özünü jurnalist kimi təqdim edən terrorçu-intiharçı-
lar tərəfindən sui-qəsdə məruz qaldı və aldığı yaralardan öldü. 
“Onun ölümü Əfqanıstanda sonrakı hərbi-siyasi mübarizə baxı-
mından ciddi nəticələrə səbəb oldu” [70, 461].
Artıq həmin ərəfədə tezliklə ABŞ-ın Əfqanıstana hücum 
edəcəyi barədə xəbərlər dolaşırdı. 2001-ci il iyulun 29-da ABŞ 
dövlət katibliyinin nümayəndəsi sonuncu dəfə Talibanın Pakis-
tandakı səfiri ilə görüşüb Bin Ladenin təhvil verilməsini tələb 
etdi, lakin görüş nəticəsiz başa çatdı. Az sonra BBC radiosu Pa-
kistan rəsmilərindən birinə istinadla 2001-ci ilin sonuna qədər, 
böyük ehtimalla oktyabrın ortaları üçün, Talibanın ABŞ tərə-
findən devriləcəyi və Zahir şahın hakimiyyətə gələcəyi barədə 
məlumat yaydı [124, 497].
2001-ci ilin 11 sentyabr terror aktından və onun əl-Qaidə 
tərəfindən həyata keçirildiyi bəyan edildikdən sonra Talibanı 
rəsmən tanımış üç ölkə də onunla diplomatik əlaqələrini kəsdi.
Sentyabrın 25-də Taliban Kabuldakı ABŞ səfirliyinin bina-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə