Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

- 132 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lardan birinin (daha sonra “Taliban: tarixi və ideologiyası” 
adlı kitabın) müəllifi Covanni Bensi Talibanın məfkurəsinə 
məşhur Pakistan ilahiyyatçı və filosofu Əbul-Əla Mövdudinin 
(1903-1979) ideyalarının təsirindən və onun əsasını qoyduğu 
“Cəmaəti-islami” təşkilatının bu hərəkatla əlaqəsindən geniş 
şəkildə bəhs edir [66]. Halbuki Taliban hakimiyyəti dövründə 
Əfqanıstanda Mövdudinin əsərləri rəsmən qadağan olunmuşdu 
[138, 36], “Cəmaəti-islami”nin isə daha çox Hikmətyarla əlaqə-
si vardı. Başqa bir müəllif Taliban ideologiyasının “simbioz” 
səciyyəsini düzgün olaraq qeyd etsə də, onun tərkibinin müəy-
yənləşməsində səhvə yol vermişdir: “Taliblər Əfqanıstanda is-
lam teokratiyası quraraq cəmiyyət həyatını sərt şəkildə islam-
laşmaya məruz qoydular. Siyasət, iqtisadiyyat, ictimai, məişət 
və mədəniyyət sahələri formaca Səudiyyə vəhhabilərinin, Pa-
kistan və İran islamçılarının ideya və dini-siyasi praktikasının, 
fundamentalistlərin
,  ilk  növbədə “Müsəlman  qardaşları”nın 
(seçdirmə bizimdir – M.M.)  nəzəri baxışlarının, eləcə də artıq 
əfqanların çoxunun unutduğu sırf əfqan ortodoksal normaları-
nın simbiozundan ibarət islam qaydalarına tabe edildi” [72, 17]. 
Burada İranın qeyd edilməsinin yersiz olduğunu bildirməklə 
yanaşı, onu vurğulamalıyıq ki, “Müsəlman qardaşları”nın dü-
şüncələri də Taliban tərəfindən rədd edilirdi və onların kitabları 
da ilk növbədə qadağan edilən kitablar siyahısına salınmışdı.
 Bu məsələni bir qədər dəqiqləşdirmək istəsək, deməliyik ki, 
“İxvan əl-müslimin” ideyaları Əfqanıstanda 1960-1970-ci illər-
də formalaşmış təməlçi təşkilatlara təsir göstərmişdi və sovet 
işğalına qarşı mübarizə aparan mücahid liderlərinin dünyagö-
rüşündə mühüm yer tuturdu, hətta həmin liderlərin bir qismi 
Misirdə təhsil almışdı. Taliban ideologiyası isə tamamilə fərqli 
istiqamətdən – XIX  əsrin 60-cı illərində Hindistanda yaran-
mış deobəndi cərəyanından qaynaqlanırdı. Bu cərəyan öz adını 
Hindistanın şimalındakı kiçik Deobənd şəhərindən götürmüş-


- 133 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
dür. 1866-cı ildə orada “Darül-ülum” adlı mədrəsənin əsası qo-
yulmuş, sonralar o, genişlənərək çoxsaylı mədrəsələr şəbəkəsi-
nin mərkəzinə çevrilmişdir. Hazırda “Darül-ülum” Misirdəki 
“əl-Əzhər” universiteti ilə bərabər sünni islamın ən böyük dini 
məktəbi sayılır.
Deobəndilik yarandığı zaman Britaniya müstəmləkəçiliyi 
əleyhinə yönəlmişdi, odur ki, onun mayasında anti-Qərb meyli 
var idi. Eyni zamanda puritan səciyyəli bu təlim Hindistandakı 
ənənəvi, xüsusən sufizmin güclü təsirinə məruz qalmış islama 
qarşı da barışmaz mövqedə idi, bu da onun həmin istiqaməti 
təmsil edən bərelvi cərəyanı ilə mübarizəsini şərtləndirmişdir. 
1919-cu ildə deobəndiliyin siyasi qolu olan “Cəmiyyəti-ülə-
mayi-hind” təşkilatı yaradılmış, 1927-ci ildə isə onun daxilin-
dən beynəlxalq səviyyədə fəaliyyət göstərən və bir növ “səyyar 
mədrəsə” rolunu oynayan [109, 18] “Cəmaəti-təbliğ” meydana 
çıxmışdı. 
Deobəndilik öz kökünü Hindistanın məşhur müsəlman 
alimi və mühəddisi Şah Vəliullah Dehləvinin (1703-1762) tə-
limindən götürmüşdür, o cümlədən, vahid islam əmirliyinin 
yaradılması ideyası da ondan əxz olunmuşdur. Maraqlıdır ki,  
Dehləvi vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvəhhabla 
(1703-1792) eyni vaxtda Mədinədə təhsil almışdı [126].
Qeyd edək ki, deobəndiliyi təmsil edən “Cəmiyyəti-üləma-
yi-hind” Hindistanın parçalanmasının və müstəqil müsəlman 
Pakistan dövlətinin yaranmasının əleyhinə idi və bunu Britani-
yanın maraqlarına uyğun bilirdi. Odur ki, 1945-ci ildə Pakis-
tanın yaradılmasını dəstəkləyən qruplaşma ondan ayrıldı və 
“Cəmiyyəti-üləmayi-islam“ adlı təşkilat yaratdı. Pakistan yara-
dıldıqdan sonra (1947-ci ildə) bu təşkilat ölkədə deobəndiliyin 
əsas təmsilçisinə çevrildi. Paralel olaraq, bərelviər də “Cəmiyyə-
ti-üləmayi-Pakistan” təşkilatını yaratdılar və deobəndi-barelvi 
mübarizəsi yeni şəraitdə də davam etdi. 


- 134 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Lakin yeni şəraitdə deobəndiliyin özü də müəyyən transfor-
masiyaya məruz qaldı və getdikcə deobəndiliyin “klassik” for-
masından fərqli çalarlar kəsb etdi. Belə ki, Pakistanın Şimal-qərb 
əyalətindən çıxan üləmaların təşkilata qoşulması və rəhbərlikdə 
mövqe qazanması onun tədricən puştu etnik ənənələri və mil-
liyyətçiliyinin təsirinə məruz qalmasına gətirib çıxardı. “Cəmiy-
yəti-üləmayi-islam” Pakistanın Əfqanıstanla sərhəddə yerləşən 
Şimal-qərb əyalətində (hazırkı Xəybər-Pəxtunxva əyaləti), “tay-
falar zonasında”, eləcə də Bəluçistan vilayətində güclü dayaqlar 
qazandı. Deobəndilik eyni zamanda başqa bir təsirə - sələfiliyin 
(vəhhabiliyin) təsirinə məruz qalmağa başladı. Əlbəttə, deo-
bəndiliklə vəhhabiliyi eyniləşdirmək düzgün olmaz, ən azı ona 
görə ki, onlardan birincisi sünniliyin hənəfi, ikincisi isə hənbəli 
məktəbinə mənsubdur; bununla belə fundamentalist nəzəriy-
yələr olaraq, onlar arasında müştərək xüsusiyyətlər lap əvvəldən 
vardı. 1970-1980-ci illərdə deobəndilərin Pakistanda qurduğu 
geniş mədrəsələr şəbəkəsinə Səudiyyə Ərəbistanının maliyyə 
dəstəyi və bu mədrəsələrdə ərəb müəllimlərin dərs deməsi vəh-
habi təsirinin daha da güclənməsinə səbəb oldu. İran tədqiqat-
çısının qeyd etdiyi kimi, “deobəndilər təfəkkür tərzi və düşün-
cələrinə görə vəhhabilərə çox yaxındır və onların Pakistanda 
vəhhabi təşkilatların fəaliyyət göstərməsində böyük rolu olmuş-
dur” [136]. Başqa sözlə, deobəndilərlə vəhhabilər  arasında fiqh 
məsələlərində fərqlilik olsa da, ideoloji-siyasi və sosial-mədəni 
sahədə onların sürətli yaxınlaşması baş verirdi. XX əsrin ikin-
ci yarısında Pakistan deobəndiləri arasından ciddi dini-ruhani 
fiqurun çıxmaması da buna şərait yaradırdı.
Deobəndilik xüsusən general Ziyaül-Həqqin prezidentli-
yi dövründə (1978-1988) Pakistanın ictimai-siyasi həyatında 
mövqelərini gücləndirmiş və mədrəsələr şəbəkəsini genişlən-
dirmişdir. Belə ki, Ziyaül-Həqqin hakimiyyətinin ilk iki ilində 
Pakistanda 512 deobəndi mədrəsəsi vardısa, 1984-cü ildə on-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə