Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

- 138 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
sını yandırdı. Oktyabrın 2-də ABŞ prezidenti Corc Buş Taliba-
nın 11 sentyabr hadisələrinin təşkilatçılarını təhvil verməyəcə-
yi təqdirdə Əfqanıstanda hərbi əməliyyatlara başlayacaqlarını 
elan etdi. Beş gün sonra ABŞ-ın Əfqanıstana müdaxiləsinə start 
verildi. Paralel olaraq, Şimal alyansının qüvvələri hərəkətə keç-
di və noyabrın 9-da onlar Məzari-Şərif şəhərini tutdular. ABŞ-
ın güclü raket-bomba zərbələri (əməliyyat zamanı təqribən 7 
tonluq bombalardan istifadə olunurdu) qarşısında Taliban öz 
mövqelərini sürətlə itirməyə başladı. ABŞ-la yanaşı Britaniya-
nın da iştirak etdiyi və “Sarsılmaz azadlıq” (Enduring Freedom) 
adlanan əməliyyat nəticəsində Taliban təqribən iki ay ərzində 
ölkəyə nəzarəti itirdi və onun dağınıq dəstələri Pakistana üz tut-
du. Bir müddət sonra yenidən qayıtmaq üçün...


- 139 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Əfqan xalqı XXI əsrə xarici hərbi müdaxilə şəraitində başladı. 
ABŞ-ın güclü raket-bomba zərbələrinin ardınca ölkəyə hərbi qüv-
vələr yeridildi: 2001-ci il noyabr ayının 16-da Britaniya əsgərlərinin 
ilk dəstəsi Bəqram aerodromuna endi, noyabrın 25-də ABŞ əsgər-
ləri Qəndəhara, dekabrın 2-də isə Fransa qüvvələri Məzari-Şərifə  
daxil oldu. Dekabrın 20-də BMT TŞ Əfqanıstana Beynəlxalq Təh-
lükəsizliyə Yardım Qüvvələrinin (International Security Assistance 
Force – ISAF) yerləşdirilməsi haqqında 1386 saylı qətnamə qəbul 
etdi. Ertəsi gün NATO-nun rəhbərlik etdiyi həmin qüvvələrin ilk 
dəstəsi Kabula gəldi. 2002-ci il yanvarın 5-də ISAF-ın ölkəyə yer-
ləşdirilməsi ilə bağlı Əfqanıstan hökuməti ilə rəsmi müqavilə imza-
landı. Bundan bir gün əvvəl Gərdiz şəhəri yaxınlığında ilk Amerika 
əsgəri həlak olmuşdu [111, 100].
İlkin mərhələdə ISAF tərkibində 18 ölkənin 5000 nəfərə qə-
dər hərbi qüvvəsi təmsil olunmuşdu. Sonradan bu qüvvələr ar-
ta-arta getmiş və 2011-ci ildə 132 min nəfəri ötmüşdü ki, bunun 
da 90.000 nəfəri ABŞ-a məxsus idi. Bundan əlavə, ABŞ-ın 28.000 
nəfərdən çox ISAF-a daxil olmayan qüvvələri də vardı. Beləliklə, 
həmin dövrdə Əfqanıstanda xarici hərbi qüvvələrin ümumi sayı 
160 min nəfərdən artıq idi [13].
2001-ci ilin sonu – 2002-ci ilin əvvəllərində ABŞ və müttə-
fiqlərinin Əfqanıstanda keçirdiyi əməliyyatlar nəticəsində Ta-
(nəticə əvəzi)
Əfqanıstan XXI əsrdə


- 140 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
liban hökuməti devrildi, əl-Qaidənin ölkədəki bazaları məhv 
edildi. Lakin əl-Qaidə liderini ələ keçirmək, yaxud məhv etmək 
mümkün olmadı. Üsamə bin Laden düz on il sonra 2011-ci ilin 
mayında ABŞ xüsusi qüvvələrinin Pakistanda keçirdiyi əməliy-
yat nəticəsində öldürüldü. Eyni zamanda Taliban lideri də onun 
tutulması üçün 2001-ci ilin dekabrında ABŞ-ın təyin etdiyi 10 
milyon dollarlıq mükafata rəğmən, ələ keçmədi: bir müddət 
Əfqanıstan ərazisində gizlənən Molla Ömər daha sonra Pakistan 
ərazisində məskunlaşdı və yalnız 2015-ci ildə onun iki il əvvəl öl-
düyü rəsmən təsdiqləndi.
Əfqanıstana ABŞ-ın hərbi müdaxiləsi və beynəlxalq qüv-
vələrin yeridilməsinə paralel olaraq, ölkədə yeni hakimiyyətin 
formalaşması prosesi baş tutdu. 2001-ci il noyabr ayının 27-də 
Bonn şəhərində BMT-nin himayəsi altında müxtəlif siyasi qüv-
vələrin (Roma qrupu, Şimal alyansı, Pişavər qrupu, Kipr qrupu 
və s.) iştirakı ilə Əfqanıstanda yeni idarəçiliyin qurulması ilə 
bağlı müzakirələr başlandı. Təqribən on gün davam edən gərgin 
danışıqlardan sonra ölkədə müvəqqəti administrasiyanın yara-
dılması, daha sonra Loyə Cirgənin çağırılması və yeni Konsti-
tusiyanın qəbul edilərək, seçkilər keçirilməsi barədə razılaşma 
əldə olundu. Hamid Kərzəy müvəqqəti hökumətin rəhbəri se-
çildi. Yeni hökumətdəki 24 nazir portfelindən 14-ü Şimal Al-
yansının payına düşdü, bu da müəyyən narazılıqlara səbəb oldu 
[79, 27-32]. O cümlədən, Gülbəddin Hikmətyar yeni hökumə-
ti tanımadı və az sonra (2002-ci ilin sentyabrında) ABŞ-a qarşı 
cihad elan etdi. Buna cavab olaraq, 2003-cü ilin fevralında ABŞ 
(daha sonra da BMT) Hikmətyarı qlobal terroristlər siyahısına 
daxil etdi.
2001-ci il dekabrın 23-də Kabulda Kərzəy hökumətinin ilk 
iclası keçirildi (bundan bir gün əvvəl ABŞ yeni Əfqanıstan haki-
miyyətini rəsmən tanımışdı). Az sonra Kərzəy xüsusi sərəncamla 
ölümündən sonra Əhməd şah Məsuda “Əfqanıstanın Milli Qəh-


- 141 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rəmanı” adı verdi və onun Pəncşirdəki məzarını ziyarət etdi. Eyni 
zamanda o, Məsudun yaxın silahdaşı və müvəqqəti hökumətin 
müdafiə naziri Məhəmməd Fəhimə marşal rütbəsi verdi. Lakin 
sonrakı proseslər göstərdi ki, Kərzəyin Şimal alyansı ilə isti mü-
nasibətləri sırf taktiki xarakter daşıyırdı.
Paralel olaraq, yeni hakimiyyətə beynəlxalq dəstək də geniş-
lənməyə başladı. 2002-ci ilin yanvarında Britaniyanın baş naziri  
Toni Bler, BMT-nin Baş katibi Kofi Annan Kabula səfər etdilər. 
Həmin ayın 21-də Tokioda Əfqanıstanın bərpasına yardım üzrə 
donor ölkələrin ilk beynəlxalq konfransı keçirildi. 60-dan çox 
dövlətin və 20-dən çox beynəlxalq təşkilatın iştirak etdiyi həmin 
konfransda Əfqanıstana 4,5 milyard dollar yardım göstərilməsi 
barədə qərar qəbul edildi [70, 463]. Sonralar bu cür konfrans-
lar davamlı olaraq, digər şəhərlərdə (Paris, London, Berlin, Oslo 
və s.), eləcə də Əfqanıstanın özündə təşkil olundu. Bu görüşlərin 
sayəsində Əfqanıstana milyardlar axsa da, sonrakı proseslər onun 
o  qədər  də  səmərəli  istifadə  olunmadığını  üzə  çıxardı.            
2002-ci ilin may ayında “dondurulmuş” Transəfqan qaz kəmə-
ri məsələsi yenidən gündəmə gəldi: Türkmənistan, Əfqanıstan və 
Pakistan rəhbərlərinin İslamabadda keçirilən görüşündə layihə 
üzrə fəaliyyətə başlamaq barədə razılaşma əldə edildi. Az sonra 
Asiya İnkişaf Bankı layihənin aparıcı tərəfdaşına çevrildi. Sonra-
kı mərhələdə TAPI (Turkmenistan-Afghanistan-Pakistan-India) 
adlanan bu layihə Əfqanıstan uğrunda geosiyasi mübarizənin 
əsas amillərindən biri sayılmaqdadır.
Bonn razılaşmasına uyğun olaraq, 2002-ci ilin iyun ayında Ka-
bulda 1500-dən çox nümayəndənin iştirak etdiyi Loyə Cirgə öz 
işinə başladı. Hamid Kərzəy üç namizəd arasından keçid dövrü 
üçün ölkənin prezidenti seçildi. Həmin ilin aprel ayında ölkəyə 
qayıtmış Zahir şahın adı namizəd kimi hallansa da, o, prezident 
postuna iddia etmədi (bir  çox müəlliflərin fikrincə, ABŞ-ın təz-
yiqi ilə) və Kərzəyi dəstəklədi. Əvəzində Loyə Cirgə ona “millətin 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə