Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə46/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

- 142 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
atası” (“babaye-millət”) titulu verilməsi barədə qərar qəbul etdi 
[111, 104].
Prezident postuna yiyələndikdən sonra Kərzəy hökumət-
də puştu ünsürünün genişlənməsi xəttini tutdu, bu da sonralar 
ənənəvi etnosiyasi ziddiyyətlərin dirçəlməsinə şərait yaratdı. Di-
gər tərəfdən, Əfqanıstan ordusunun hələ yenidən formalaşmadı-
ğı şəraitdə keçmiş bölgə komandanları (İsmayıl xan, Rəşid Dus-
tum) yetərincə güclü idi, bu da müəyyən problemlər yaradırdı. 
Yalnız 2002-ci ilin dekabrında Kərzəy ölkədəki hərbi dəstələrin 
buraxılması və silahların yığılması barədə fərman verdi. Elə hə-
min vaxt (dekabrın 22-də) Kabulda Əfqanıstanın qonşusu olan 
6 ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Görüşdə qəbul 
olunan bəyannamədə həmin ölkələr Əfqanıstanın daxili işlərinə 
qarışmamaq, onun suverenliyinə və ərazi bütövlüyünə hörmət 
etmək kimi öhdəlik götürürdülər. Bu görüşdə Rusiya, Hindistan, 
Səudiyyə Ərəbistanı, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşki-
latının  nümayəndələri də müşahidəçi qismində iştirak edirdilər 
[70, 469].
İlk baxışda hər şey normal gedirdi: Əfqanıstana ABŞ mü-
daxiləsindən sonrakı bir il ərzində ayrı-ayrı terror aktlarını nəzərə 
almasaq (hətta 2002-ci ilin sentyabrında Qəndəharda prezident 
Kərzəyə də sui-qəsd olmuş, lakin o, salamat qurtarmışdı), doğru-
dan da, ölkədə nisbi sakitlik hökm sürürdü. Lakin 2003-cü ilin 
yazından etibarən ölkədə Talibanın yenidən fəallaşması müşahi-
də olundu. Bu işdə, şübhəsiz, ABŞ-ın İraqda hərbi əməliyyatlara 
başlamasının (20 mart 2003-cü il) da  təsiri vardı. 2002-ci ilin 
sonlarında Pakistana keçib Əfqanıstanla sərhədə yaxın Kvettə 
şəhərində (Pakistanın Bəluçistan əyalətinin mərkəzi) möhkəm-
lənən Taliban lideri Molla Ömər qüvvələrini toplamağa və bərpa 
etməyə başladı. Bu işdə ona Pakistanın “Cəmiyyəti-üləmayi-is-
lam” təşkilatı da yardım edirdi. Həmin dövrdə  verdiyi bir mü-
sahibədə Molla Ömər ABŞ-ı Əfqanıstanda “cəhənnəm və tam 


- 143 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
məğlubiyyət gözlədiyini” bəyan etmişdi [56, 161].
Qeyd edək ki, həmin dövrdə Pakistan ərazisində cihadçıların 
daha iki mərkəzi formalaşırdı: “Tayfalar zonası”ndakı (əsasən 
Vəziristan bölgəsində) Həqqani şəbəkəsi və Pişavərdəki müxtə-
lif qruplar, ilk növbədə, Hikmətyarın İslam Partiyası. Bu müttə-
fiqləri ilə birgə Taliban ABŞ-a və beynəlxalq qüvvələrə qarşı bir 
neçə mərhələdən ibarət mübarizəyə başladı. 2003-cü ilin yayında 
Molla Ömər on nəfərin daxil olduğu yeni rəhbərlik şurası yarat-
dı. Həmin ərəfədə Taliban qüvvələri Zabul vilayətində (ölkənin 
cənubunda) yerli idarəçilik orqanının binasını ələ keçirib onun 
üzərinə  öz bayraqlarını sancdılar. Eyni zamanda Uruzqan və Hil-
mənd vilayətlərində də Talibanın hücumları baş verdi. 2003-cü 
ilin iyulunda isə Taliban qüvvələri ölkənin şimalında – Türkmə-
nistanla həmsərhəd Faryab vilayətində peyda oldular və Dustu-
mun qüvvələri ilə döyüşə girdilər. Bu, artıq Talibanın “dirçəlişi” 
ilə bağlı ciddi siqnal idi. 
2006-cı ildən isə Taliban öz hərbi-terrorçu fəaliyyətinin təqri-
bən üç il davam edən intensiv mərhələsinə qədəm qoydu. Bu in-
tensivliyi təsəvvür etmək üçün aşağıdakı rəqəmlərə nəzər salmaq 
kifayətdir: 2004-cü ildə Taliban ayda orta hesabla 130 hücum 
həyata keçirmişdisə və bu zaman beynəlxalq qüvvələrin itkisi 60 
nəfər olmuşdusa, 2007-ci ildə bu rəqəmlər müvafiq olaraq, 548 
və 232-yə yüksəlmişdi. 2007-ci ilin fevralında NATO-nun baş 
katibi yaxın 2 il ərzində Əfqanıstandakı Taliban qüvvələrinin sı-
radan çıxarılacağını söyləmişdi [71, 34], lakin bu, 10 il keçəndən 
sonra da baş verməmişdir.
Belə bir şəraitdə ABŞ başda olmaqla beynəlxalq qüvvələr mü-
vafiq addımlar atmalı oldular. 2003-cü ilin oktyabrında BMT 
TŞ beynəlxalq qüvvələrin təkcə Kabulda deyil (o vaxta qədər 
ISAF-ın fəaliyyəti yalnız paytaxtla məhdudlaşırdı), əyalətlərdə 
də hərbi əməliyyatlar keçirməsinə və təhlükəsizliyi təmin etmə-
sinə icazə verən qətnamə qəbul etdi. 2007-ci ildən isə beynəlxalq 


- 144 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
qüvvələrin komandanlığı ABŞ-a həvalə olundu (2003-cü ildən 
NATO-nun ixtiyarında idi). Beləcə, ABŞ da SSRİ kimi, Əfqanıs-
tanda uzun və yorucu hərbi münaqişəyə cəlb olundu. ABŞ pre-
zidenti Barak Obamanın dediyi kimi, bu, ABŞ tarixində ən uzun 
müharibəyə çevrildi. 
2009-cu ilin mart ayında Barak Obama ABŞ-ın Əfqanıstanla 
bağlı yeni strategiyasını  elan etdi. Həmin strategiya, Əfqanıstana 
əlavə 30 minlik qüvvənin göndərilməsini, Əfqanıstan ordusunun 
gücləndirilməsini və Pakistanla daha  yaxın əməkdaşlığı nəzərdə 
tuturdu. ABŞ prezidenti həmçinin 18 aydan sonra qoşunların 
Əfqanıstandan çıxarılmağa başlayacağını da  bəyan etmişdi.  Bu, 
bir növ SSRİ-nin Əfqanıstandan qoşunlarını çıxarma ərəfəsin-
də yeritdiyi taktikanı xatırladırdı və nəticə də analoji (uğursuz) 
oldu. Təsadüfi deyil ki, keçid dövrü başa çatandan sonra – 2004 
və 2009-cu illərdə ümumi seçkilərdə Əfqanıstan prezidenti se-
çilmiş Hamid Kərzəy ABŞ-ın Əfqanıstandakı siyasətini dəfələrlə 
tənqid etmiş, hətta onun məqsədinin Əfqanıstanda sülh yarat-
maq olmadığını bildirmişdir (qeyd edək ki, ABŞ-ın Əfqanıstan-
da sülh yaratmaqdan daha çox, öz geostrateji maraqlarını təmin 
etməyə çalışdığı barədə fikir digərləri tərəfindən də səsləndiril-
mişdir). Beynəlxalq qüvvələri dinc əhali arasındakı itkilərə görə 
də davamlı tənqid edən Kərzəy son nəticədə ABŞ-la “Müdafiə və 
təhlükəsizlik sahəsində əməkdaşlığa dair” sazişi imzalamaqdan 
imtina etmişdir. Qoşunlar çıxarıldıqdan sonra ABŞ-ın Əfqanıs-
tanda 9 hərbi bazasının mövcudluğunu nəzərdə tutan həmin 
saziş yalnız 2014-cü ilin sentyabrında artıq yeni prezident Əşrəf 
Qəni Əhmədzəy tərəfindən imzalanmışdır [68, 44].
Hər halda bütün bu müddət ərzində Talibanı nəinki məhv 
etmək mümkün olmamışdır, üstəlik 2007-ci ilin sonlarında Pa-
kistanın özündə də ayrıca Taliban hərəkatı (“Təhrike-Taliba-
ne-Pakistan”) formalaşmışdır. Eyni zamanda istər Əfqanıstan hö-
kuməti, istərsə də ABŞ-ın Talibanla apardığı çoxillik danışıqlar da 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə