Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

- 129 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bal narkotik istehsalının 75 %-i Əfqanıstanın payına düşürdü, 
bu da küçə qiymətləri ilə təqribən 80 milyard dollar demək idi. 
Avropada satılan heroinin təxminən 90 %-i Əfqanıstan mənşəli 
idi [18, 278]. Gəlirləri daha da artırmaq, yəni yalnız xammal 
ixrac etməmək üçün ölkədə heroin istehsal edən laboratoriyalar 
qurulmuşdu. “1998-ci ilin yazına qədər təkcə Nəngərhar vilayə-
tinin Qənixeyl bölgəsində tiryəki heroinə çevirən 154 aparat 
quraşdırılmışdı. Taliban hər aparatın yanına bir silahlı şəxs qoy-
muşdu” [127, 289].
Taliban nümayəndələri riyakarcasına tiryəkin satışının de-
yil, istifadəsinin islamda haram olduğunu bildirir [105, 200], 
onu “müsəlmanların kafirlərə qarşı atom silahı” kimi dəyərlən-
dirirdilər [127, 289].
Taliban hökumətinin bu fəaliyyəti beynəlxalq aləmdə ciddi 
narahatlıq doğururdu və artıq 1998-ci ilin dekabrında BMT TŞ 
xüsusi qətnamə qəbul edərək ondan terrorçulara yardımı da-
yandırmağı, narkotiklərin əkilməsi və istehsalını qadağan etmə-
yi, qadınlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb etdi [111, 
93]. 1999-cu ilin payızında isə BMT TŞ tələblərin yerinə yeti-
rilmədiyini görüb Taliban rejiminə qarşı sanksiyalar tətbiq etdi. 
Sanksiyalara əsasən, Əfqanıstan hökumətinə məxsus “Ariana” 
aviaşirkətinin uçuşlarına qadağa qoyulur, Talibanın xarici bank-
lardakı hesabları dondurulurdu [70, 461]. Bundan əvvəl (1999-
cu ilin iyulunda) ABŞ prezidenti Bill Klinton Taliban əleyhinə  
iqtisadi sanksiyaları nəzərdə tutan qanun imzalamış, bir müd-
dət sonra isə Talibanın ABŞ-dakı nümayəndəliyi bağlanmışdı.
Beynəlxalq təzyiqlərə cavab olaraq, Taliban lideri Molla 
Ömər 2000-ci ilin iyul ayında narkotiklərin əkilməsi və isteh-
salını rəsmən qadağan edən fərman imzaladı. Eyni zamanda 
Taliban hökuməti narkotik bitkilərin əkildiyi sahələrin BMT 
ekspertlərinin nəzarəti altında məhv edilməsinə razılıq verdi. 
Nəticədə 2001-ci ildə Əfqanıstanda tiryək istehsalı 150-185 


- 130 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
tona qədər azaldı [56, 100]. Lakin bu, həm də Talibanın dü-
şünülmüş addımı idi. Bununla Taliban beynəlxalq müzakirələr-
də əlverişli mövqe əldə etmək, kəskin ərzaq qıtlığı şəraitində 
ölkəyə beynəlxalq ərzaq yardımına yol açmaq və ən başlıcası, 
digər əsas gəlir mənbəyinə – tranzit qaçaqmalçılığa dəyən ziya-
nı aradan qaldırmaq niyyəti güdürdü (M.Evansın yazdığı kimi, 
Taliban Pakistandakı güclü “nəqliyyat mafiyası” ilə sıx əlaqələrə 
malik idi [18, 275]).
Bununla yanaşı, Taliban hökuməti qadın hüquqları ilə bağlı 
“inanılmaz” bir addım atdı – 8 martın bayram edilməsinə icazə 
verdi. “Əfqanıstan İslam Əmirliyinin mətbuatında geniş reklam 
olunan və bunun təsiri altında xarici KİV-lərdə az qala Taliba-
nın qadınlarla bağlı siyasətində 180 dərəcə dönüş kimi təqdim 
olunan bu hadisə əslində hakimiyyətin təbliğat aksiyasından 
başqa bir şey deyildi” [56, 120]. Doğrudan da, həmin addımla 
eyni vaxtda – 2000-ci il martın 18-də Taliban hökuməti təkcə 
qadınların deyil, bütün əfqan xalqının haqqını pozan bir əmr 
verdi: şəriətə uyğun olmadığı üçün yeni ilin – Novruzun bay-
ram edilməsinə qadağa qoyuldu. Martın 21-də polis qüvvələri 
Kabulda və Məzari-Şərifdə xalqın minillərdən bəri qeyd etdi-
yi Novruzu bayram etmək istəyən əhaliyə amansız divan tutdu 
[111,  94-95].  
Talibanın beynəlxalq tələb və təzyiqlər müqabilində axıra 
qədər heç bir güzəştə getmədiyi məsələ ölkədə məskunlaşmış 
radikal islam qrupları, ilk növbədə, “əl-Qaidə” lideri Üsamə bin 
Laden problemi oldu və elə bu da son nəticədə ABŞ və müttə-
fiqlərinin Əfqanıstana hərbi müdaxiləsinə təkan verdi. Əlbəttə, 
Əfqanıstandakı cihadçı qruplar təkcə “əl-Qaidə”, yaxud ərəblər-
lə məhdudlaşmırdı. Hətta ərəblər arasında da müxtəlif dəstələr 
vardı və onların heç də hamısı Bin Ladenə tabe olmurdu. Bu 
baxımdan ABŞ müdaxiləsi ərəfəsində Molla Ömərin yanında 
keçirilmiş müşavirənin qərarı maraq doğurur və mövcud qrup-


- 131 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lar arasında ixtilaflara son qoymaq, onların fəaliyyətini tənzim-
ləmək cəhdi kimi diqqəti çəkir. “2001-ci ildə Taliban lideri Mol-
la Məhəmməd Ömər Əfqanıstanda fəaliyyət göstərən bütün 
xarici qüvvələri Qəndəharda iclasa çağırdı. Üç gün davam edən 
iclas nəticəsində aşağıdakı qərar qəbul olundu: 1) Əfqanıstan-
dakı bütün ərəb qruplarına Üsamə bin Laden rəhbərlik edəcək; 
2) Orta Asiya və Şərqi Türküstandan (Çin) olan qüvvələrə Qari 
Tahircan (Tahir Yuldaşev – M.M.) komandanlıq edəcək; 3) 
Pakistan, Kəşmir, Banqladeş və Birmadakı dəstələrə rəhbərlik 
Mövlana Məsud Əzhər tərəfindən həyata keçiriləcək; 4) Əfqa-
nıstandakı [digər] xarici cihadçıların komandanı Cüməbay 
Nəməngani olacaq” [138, 72].
Bu fakt onu göstərir ki, Əfqanıstan qlobal cihadçı şəbəkədə 
xüsusi mövqeyə malik idi. İslam dünyasının hər yerindən silahlı 
mübarizə və terror yolunu seçmiş təşkilatlar öz üzvlərini həm 
təlim keçmək, həm də döyüş təcrübəsi qazanmaq üçün Əfqa-
nıstana göndərirdilər. Bunların içərisində Üsamə bin Ladenin 
“əl-Qaidə” təşkilatı ifrat radikallığı və geniş maliyyə-texniki im-
kanları ilə önəmli yer tuturdu və elə o da Talibanın beynəlxalq 
birliklə, xüsusən Qərblə münasibətlərində əsas problemə çev-
rildi. 1996-cı ildə yenidən Əfqanıstana gələn Üsamə bin Laden 
çox keçmədən Taliban üzərində elə güclü təsir qazandı ki, Mol-
la Ömər bir çox məsələlərdə onun rəyini Pakistan və Səudiyyə-
nin təkliflərindən üstün tutmağa başladı. Bir çox mənbələr Bin 
Ladenin hətta Molla Ömərlə qohum olduğunu – öz qızını ona 
verdiyini göstərirlər [56, 137], hərçənd Taliban nümayəndələri 
bunu təsdiq etmirlər. Lakin istənilən halda bu əlaqə sonrakı qo-
humluqla deyil, ilk növbədə, ideoloji yaxınlıqla şərtlənmişdir. 
Və burada Talibanın xidmət etdiyi ideologiyadan qısa da olsa 
bəhs etmək lazımdır, çünki bu məsələ ilə bağlı mövcud ədəbiy-
yatda bir çox yanlışlıqlar da müşahidə olunur.
Məsələn, Taliban ideologiyası haqqında Qərbdə ilk yazı-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə