Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

- 117 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Planlar isə kifayət qədər ciddi idi: 1990-cı ildə ingilisdilli “Ka-
bul-tayms“ qəzetində Əfqanıstan hökumətinin əlinə keçmiş (çox 
ehtimal ki,  Hindistan kəşfiyyatı vasitəsilə) məxfi sənəd nəşr olun-
muşdu. ISI tərəfindən Pakistan səfirliklərindəki hərbi attaşelərə 
ünvanlanmış həmin sənəddə ölkənin Əfqanıstanla bağlı siyasəti-
nin hədəfləri şərh edilirdi. Həmin hədəflərdən biri kimi Əfqanıs-
tanın siyasi-iqtisadi strukturlarına nüfuz etməklə, ölkə əhalisinin 
rəyini yönləndirməklə, Əfqanıstan-Pakistan konfederasiyasının 
qurulmasına nail olmaq göstərilirdi [138, 21-26]. Bununla da Pa-
kistan özünün yüz ildən bəri davam edən əsas başağrısını – “Puş-
tunistan problemini” birdəfəlik həll etməyi düşünürdü.  Nəzərə 
alsaq ki, iki ölkə arasında şərti sərhədi müəyyənləşdirən “Dürand 
xətti” barədə saziş 1893-cü ildə yüz illiyinə imzalanmışdı, onda 
Pakistanın bu məsələ ilə əlaqədar narahatlıq və tələskənliyini 
anlamaq olar. Bu üzdən eyni vəzifə Taliban üzərinə də transfer 
olundu və hərəkatdan gözlənilən birinci hədəf kimi müəyyənləş-
di. Pakistan özünün yetişdirdiyi siyasi baxımdan savadsız, nəinki 
dünyadakı proseslərdən geniş anlayışı olmayan, hətta Əfqanıstan 
cəmiyyətini yetərincə tanımayan fanatiklər ordusu ilə bir tərəf-
dən puştuların əzilmiş qürurunu bərpa etmək, digər tərəfdən Ka-
bulda sözəbaxan rejim formalaşdırıb ölkə üzərində şəriksiz təsirə 
malik olmaq istəyirdi. Taliban vasitəsilə reallaşdırılması düşü-
nülən ikinci hədəf isə iqtisadi səciyyəli olmaqla bərabər, həm də 
geosiyasi mahiyyət daşıyırdı. İqtisadi planlar iki istiqamətə malik 
idi: bir tərəfdən Orta Asiya  bazarlarına Pakistan mallarının çıxı-
şını təmin etmək, ikinci tərəfdən isə oradakı enerji resurslarının 
(qaz və neft) Pakistana daşınmasına nail olmaq. 
Bu məsələlərin Talibanla birbaşa əlaqələrini göstərmək baxı-
mından hərəkatın meydana çıxdığı dövrdəki hadisələrin xrono-
logiyasına diqqət yetirmək kifayətdir. 1994-cü il sentyabr ayının 
21-də Pakistan daxili işlər naziri Babərin rəhbərliyi ilə 30 maşın-
dan ibarət test xarakterli yük karvanı Orta Asiyaya yola salınır, 


- 118 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lakin mücahidlər karvanın yolunu kəsirlər. Taliban adlı dəstə 
mücahidlərlə döyüşə girib yolu açır. Oktyabrın 18-də ikinci ti-
carət karvanı Qəndəhar-Herat-Türkmənistan marşrutu ilə yola 
çıxır. Yenə eyni şey təkrarlanır və Taliban yolu açmaqla bərabər 
Qəndəharı da ələ keçirir. Bu arada Nəsirulla Babər bir neçə ölkə-
nin səfirlərindən (Çin, Yaponiya, İtaliya, İspaniya, ABŞ, Cənubi 
Koreya), eləcə də kommunikasiya mütəxəssislərindən ibarət bir 
heyətlə qeyd olunan marşrutla yola çıxır, magistral yolun yenidən 
qurulması, dəmir yolunun və rabitə xətlərinin çəkilməsi planları-
nı müzakirə edir. Oktyabrın 28-də Aşqabadda səfərdə olan baş 
nazir B.Bhutto Türkmənistan prezidenti S.Niyazovla yanaşı, He-
rat valisi İsmayıl xanla və general Rəşid Dustumla görüşür, on-
larla nəqliyyat və enerji layihələrinin təhlükəsizliyinə təminatla 
bağlı müzakirələr aparır [124, 482-483].
Belə bir sinxronluq Talibanın missiyası barədə aydın nəticəyə 
imkan verir: nəzərdə tutulan iri regional layihələri həyata keçir-
mək üçün ölkədə sabitlik və təhlükəsizliyi təmin edəcək qüvvəyə 
ehtiyac var idi. Talibanın güclənməsi və ölkə ərazisində mövqelə-
rini genişləndirməsinə paralel olaraq, qeyd olunan layihələrlə də 
bağlı işlər davam etmişdir. “1995-ci ildə Amerikanın UNOCAL 
neft şirkəti Səudiyyə Ərəbistanının Delta-Oil kompaniyası ilə bir-
likdə Əfqanıstandan keçməklə Türkmənistandan Pakistana qaz 
və neft kəmərinin çəkilişi ilə bağlı müzakirələrə başladı… 1997-
ci ildə (artıq Talibanın Kabulda möhkəmləndiyi dövrdə - M.M.) 
UNOCAL şirkəti CentGas adlı konsorsium yaratdı, Türkmənis-
tan və Pakistanla saziş imzaladı” [18, 277].
Qeyd edək ki, ABŞ hökuməti Talibanı rəsmən tanımasa da, 
UNOCAL ilə Taliban arasında yaxşı münasibətlər yaranmışdı: 
1997-ci ilin noyabr ayında şirkət Taliban nümayəndə heyəti-
ni ABŞ-a dəvət etdi və bir ay sonra Omaha universitetində 137 
əfqan texnik üçün təlim mərkəzi açdı [124, 487].
Bununla belə, Talibanın ölkə ərazisini öz nəzarətinə alması, 


- 119 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bir çox tədqiqatlarda iddia olunduğu kimi, asan və ildırım sürətli 
olmamışdır. Bu fikir yalnız Talibanın meydana çıxmasından son-
rakı ilk 3-4 aya aid edilə bilər. Belə ki, 1995-ci ilin mart ayında Ta-
liban qüvvələri Kabula ilk hücumda Əhməd şah Məsud tərəfin-
dən ağır məğlubiyyətə uğradılmış və uzun müddət paytaxta yaxın 
düşə bilməmişdilər. Herat istiqamətində ilk döyüş də İsmayıl xa-
nın qələbəsi ilə nəticələnmişdi; yalnız Pakistandan əlavə qüvvələr 
gəldikdən və həmin vaxt Talibanla əməkdaşlıq edən Dustumun 
təyyarələrinin bombardmanlarından sonra Taliban Heratı ala bil-
di (1995-ci il sentyabrın 5-də); İsmayıl xan İrana qaçdı, lakin bir 
müddət sonra ölkəyə qayıdıb müqaviməti davam etdirdi. Taliba-
nın ən biabırçı məğlubiyyəti isə Məzari-Şərifdə baş verdi. Doğ-
rudur, burada gözlənilməzlik elementi vardı, lakin hər halda bu 
hadisə Taliban xofuna son qoymuş, onların özləri arasında cid-
di narahatlıq doğurmuşdu. Təsadüfi deyil ki, daim Qəndəharda 
olan Taliban lideri məhz bu acı məğlubiyyətdən sonra ilk dəfə 
Kabula gəlmişdi. Məsələ isə, qısa şəkildə desək, belə olmuşdu: 
1997-ci il mayın 18-də Dustumun rəhbərlik etdiyi Milli İslami 
Hərəkatda siyasi işlər üzrə müavini general Əbdülməlik onu qar-
daşının öldürülməsində  şübhəli bilərək qiyam qaldırmış, Məza-
ri-Şərifi nəzarətə götürmüş və Taliban tərəfə keçdiyini bildirmiş-
di. Dustum bir neçə tərəfdarı ilə Özbəkistana qaçmışdı. Mayın 
24-də Taliban qüvvələri şəhərə daxil olmuşdular. Lakin iki gün 
sonra Əbdülməlik mövqeyini dəyişmiş (görünür, Məsudun təsiri 
ilə) və şəhərdəki Taliban əsgərlərini qırmağa başlamışdı. Taliban 
hökumətinin xarici işlər naziri və bir neçə yüksək rütbəli şəxs əsir 
götürülsə də, sonradan qaça bilmişdilər. Bütövlükdə Taliban hə-
min hadisədə 1500 nəfərdən çox itki vermişdi. Az sonra Dustum 
ölkəyə qayıtmış və Əbdülməliklə barışmışdı. 
Taliblər bir də 1998-ci ilin avqustunda Məzari-Şərifi tuta bil-
mişdilər. Dustum bu dəfə Türkiyəyə qaçmışdı. Bundan sonra 
şimal ərazilərinin xeyli hissəsini (Bəğlan, Kunduz və Səməngan 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə