Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

- 126 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ölkə daxilində olduğu kimi, Talibanın Əfqanıstanda sülhü və 
əmin-amanlığı təmin edəcəyini düşünürdülər. ABŞ, artıq qeyd 
olunduğu kimi, Taliban hakimiyyətini öz maraqlarına uyğun 
bir hadisə kimi dəyərləndirirdi. Uzun müddət ABŞ rəsmilərinin 
Əfqansıtan üzrə məsləhətçisi olmuş Zəlməy Xəlilzad 1996-cı 
ildə “Nyu-York tayms” qəzetində dərc etdirdiyi məqalədə bil-
dirmişdi ki, Taliban Qərbin deyil, modernizmin əleyhinə olan 
qüvvədir, buna görə də heç bir terrorçuluq təcrübəsi olmayan 
və İran deyil, Səudiyyə Ərəbistanı ruhaniləri üslubunda öz ölkə-
sini idarə etmək istəyən bu qruplaşmanı dəstəkləmək ABŞ-ın 
mənafeyinə cavab verərdi [127, 63].
Talibanın Əfqanıstanda hökmranlığı ələ almasından ən ciddi 
narahatlıq keçirən İran İslam Respublikası olmuşdur. Taliblərin 
qatı anti-şiə mövqeyi nəzərə alındıqda, bu, anlaşılandır. Təsadüfi 
deyil ki, 1996-cı ilin mayında Rəbbani hökuməti ilə Hikmətyar 
arasında yuxarıda haqqında danışılan razılaşmanın əldə olun-
masında İranın diplomatik səyləri mühüm rol oynamışdı və bu, 
Talibanın Kabulda hökumət qurmasına imkan verməmək üçün 
İranın son cəhdi idi. Bu cəhd nəticəsiz qalsa belə, İran sona qədər 
Rəbbani hökumətini Əfqanıstanın qanuni hakimiyyəti kimi tanı-
mış və onunla diplomatik münasibətlər saxlamışdır. 
1998-ci ilin avqustunda Taliban Məzari-Şərifi ələ keçirərkən, 
İranın oradakı konsulluğunun 9 əməkdaşını qətlə yetirdi və gər-
ginlik son həddə çatdı. İran hökuməti islam inqilabının keşik-
çiləri korpusunun 70.000 nəfərlik heyətini Əfqanıstanla həm-
sərhəd əraziyə yeridərək geniş hərbi təlimlər keçirdi [18, 274]. 
Həmin dövrdə İranın ali dini rəhbəri ayətullah Xameneyi Ta-
libanı “siyasətdən və islamdan xəbəri olmayan cahil dəstə” ad-
landırmışdı. Taliban lideri Molla Ömər isə bildirmişdi ki, “İran 
şiələri nə müsəlmanlar, nə də kafirlər tərəfindən müsəlman kimi 
qəbul olunmur” [127, 64].
Rusiya Federasiyası Talibanın hakimiyyətə gəlişini narahat-


- 127 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lıqla qarşılamış və bunu özünün Orta Asiyadakı nüfuzuna təh-
lükə kimi dəyərləndirmişdir. Bu üzdən davamlı olaraq, Şimal 
Alyansına dəstək göstərmişdir. Xüsusən 2000-ci ilin yanvarında 
Taliban hökumətinin Çeçenistan (İçkeriya) Respublikasının 
müstəqilliyini tanıması və Zəlimxan Yandarbiyevin Əfqanısta-
na səfəri nəticəsində Kabulda çeçen səfirliyinin açılması Rusi-
yanın mövqeyini daha da kəskinləşdirdi. 
Rusiyanın Orta Asiya ölkələrini Taliban təhlükəsi qarşısın-
da səfərbər etmək cəhdi o qədər də uğurlu olmamışdır. Türk-
mənistan bununla bağlı Rusiya və qonşu Orta Asiya dövlətlə-
rinin 1996-cı ilin oktyabrında Qazaxıstanın paytaxtında keçi-
rilən sammitində iştirak etməmiş və Talibanla birbaşa əlaqələr 
qurmuşdur. Özbəkistan rəhbərliyi ölkəsindəki islamçı hərəkat 
liderlərinin (Tahir Yuldaşev və Cümə Nəməngani) Talibanla 
əlaqələrindən narahatlıq keçirsə də, bu hərəkatla təmaslardan 
da çəkinməmişdir. 1999-cu ilin əvvəllərində Özbəkistanın xari-
ci işlər naziri Qəndəhara – Molla Ömərin yanına getmiş və ona 
prezident İslam Kərimovun məktubunu çatdırmışdı. Özbəkis-
tanın İslamabaddakı səfiri bir neçə dəfə Talibanın Pakistandakı 
təmsilçisi ilə görüşmüş və regionda sabitlik naminə əməkdaşlı-
ğa hazır olduqlarını bildirmişdi [127, 240-241].
Qeyd edək ki, məhz Özbəkistan lideri İ.Kərimovun təşəb-
büsü ilə BMT-nin himayəsi altında Əfqanıstanda sülhə dair 
6+2 qrupu yaradılmışdı. Əfqanıstanda vəziyyətin dinc yolla ni-
zama salınması məqsədi daşıyan bu formatın əsası 1997-ci ilin 
avqustunda İ.Kərimovun BMT Baş katibinin Əfqanıstan üzrə 
xüsusi nümayəndəsi Lahdar Brahimi ilə görüşündə qoyulmuş-
du. Qrupa Əfqanıstanın 6 qonşusu (Çin, İran, Pakistan, Taci-
kistan, Türkmənistan və Özbəkistan), eləcə də ABŞ və Rusiya 
daxil idi. 1999-cu il iyulun 19-da Özbəkistan paytaxtında 6+2 
qrupunun yığıncağı keçirildi və “Daşkənd Bəyannaməsi” adla-
nan sənəd qəbul olundu. Bu görüşdə ilk dəfə olaraq, Taliban 


- 128 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
nümayəndələri Şimal Alyansının təmsilçiləri ilə bir masa arxa-
sında oturdu, lakin müzakirələr zamanı Taliban Şimal Alyansı-
nın legitimliyini rədd etdi və görüş elə bir ciddi nəticə vermədi 
[124, 494-495].
1998-ci ilin ortalarından etibarən beynəlxalq aləmdə Taliban 
rejiminə münasibət dəyişərək, kəskinləşməyə başladı, ona qarşı 
təzyiqlər artdı, son nəticədə BMT-nin tətbiq etdiyi sanksiyalar 
sayəsində onsuz da təcrid vəziyyətində olan Taliban hökuməti-
nin izolyasiyası daha da gücləndi. Bu isə ilk növbədə iki mühüm 
səbəblə bağlı idi: 1) Əfqanıstanın dünyada narkotiklərin əsas 
istehsalçısı və ixracatçısına çevrilməsi; 2) ölkənin beynəlxalq 
terror şəbəkəsinin mərkəzi rolunu oynaması. Qərb müəlliflərin-
dən birinin yazdığı kimi, “narkotik pulları ilə bəslənən və əl-Qa-
idə ilə çiyin-çiyinə verən Taliban Əfqanıstanı dünyanın ilk tam 
formalaşmış narkoterror dövlətinə çevirdi” [19, 80].
Əlbəttə, Talibana beynəlxalq münasibətin sərtləşməsində 
üçüncü səbəb kimi ölkədə qadınların (və bütövlükdə insan 
haqlarının) vəziyyətini də qeyd etmək olar. Beynəlxalq qurum-
lar, feminist təşkilatlar bununla bağlı etirazlarını getdikcə artı-
rırdılar və Madlen Olbraytın dövlət katibliyi dövründə (1997-
2001) ABŞ hökuməti də həmin məsələyə daha çox diqqət ayır-
mağa başlamışdı.
Taliban hərəkatı meydana çıxdığı ilk dövrlərdə narkotik 
maddələrin istehsalı və istifadəsinə qarşı olduğunu bildirsə də
hətta bəzi xaşxaş əkinlərini nümayişkaranə şəkildə məhv etsə 
də, hakimiyyətini möhkəmlətdikdən sonra ölkədə sözün həqiqi 
mənasında narkoiqtisadiyyatın formalaşmasına şərait yaratdı. 
Narkotiklərin kütləvi istehsalı və müxtəlif marşrutlarla bütün 
dünyaya (ilk növbədə Rusiya və Avropaya) daşınması Talibanın 
əsas gəlir mənbələrindən birinə çevrildi. 1999-cu ildə tiryək is-
tehsalı rekord həddə – 4565 tona çatdı, bu da əvvəlki ildəkindən 
(2100 ton) 2 dəfədən çox artıq idi [56, 149]. 2000-ci ildə qlo-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə