Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

- 156 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bilərsiniz?
N.M.Tərəki: Biz müəyyən qədər adam toplaya bilərik, ilk 
növbədə gənclərin sırasından, lakin onlara təlim keçmək üçün 
xeyli vaxt lazımdır.
A.N.Kosıgin: Tələbələri cəlb edə bilməzsiniz?
N.M.Tərəki:  Tələbələri və liseylərin 11-12-ci sinif şagirdləri-
ni cəlb etmək olar.
A.N.Kosıgin: Bəs fəhlə sinfindən cəlb etmək olmaz?
N.M.Tərəki: Əfqanıstanda fəhlələrin sayı çox azdır.
A.N.Kosıgin: Bəs yoxsul kəndlilər?
N.M.Tərəki: Yalnız liseylərin yuxarı sinif şagirdlərindən, 
tələbələrdən və bir az da fəhlələrdən toplamaq olar. Lakin onlara 
təlim keçmək uzun məsələdir. Amma lazım olan vaxtda biz istə-
nilən tədbirə əl atacağıq. 
A.N.Kosıgin: Biz qərar qəbul etmişik ki, təcili olaraq sizə hər-
bi vasitələr göndərək, təyyarələri, vertolyotları təmir edək – bü-
tün bunlar pulsuz olacaq. Həm də qərara almışıq ki, sizə 100 min 
ton taxıl göndərək, qazın qiymətini kubmetr üçün 21 dollardan 
37,82 dollara qaldıraq.
N.M.Tərəki: Bu yaxşıdır, amma gəlin Heratdan danışaq.
A.N.Kosıgin: Danışaq. İndi siz Kabulda, təkcə Kabulda yox, 
digər yerlərdə də etibar edə biləcəyiniz qabaqcıl adamlardan bir 
neçə diviziya yarada bilməzsiniz? Biz də müvafiq silahları verər-
dik.
N.M.Tərəki: Zabit kadrları yoxdur. İran hərbçiləri mülki 
geyimdə Əfqanıstana göndərir. Pakistan da öz adamlarını və za-
bitləri əfqan libasında yollayır. Nə üçün Sovet İttifaqı özbəkləri, 
tacikləri, türkmənləri mülki geyimdə göndərə bilməz? Heç kim 
onları tanımayacaq.
A.N.Kosıgin: Siz Heratla bağlı daha nə deyə bilərsiniz?
N.M.Tərəki: Biz istəyirik ki, siz tankları idarə etmək üçün 
tacikləri, özbəkləri, türkmənləri bura göndərəsiniz, çünki həmin 


- 157 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
xalqlar Əfqanıstanda da yaşayırlar. Qoy əfqan paltarı geyib əfqan 
nişanları taxsınlar, onda heç kim onları tanımayacaq. Bu, fikri-
mizcə, asan bir işdir. İran və Pakistanın təcrübəsi göstərir ki, bu işi 
asanlıqla həyata keçirmək olar. Onlar nümunə göstərirlər.
A.N.Kosıgin: Əlbəttə, siz məsələni sadələşdirirsiniz. Bu, 
mürəkkəb siyasi, beynəlxalq məsələdir. Lakin buna baxmayaraq, 
biz bir daha məsləhətləşib sizə cavab verəcəyik. Mənə elə gəlir 
ki, siz yeni hərbi hissələr yaratmağa cəhd etməlisiniz. Axı təkcə 
kənardan gələn adamların qüvvəsinə bel bağlamaq olmaz. İran 
inqilabının nümunəsində siz xalqın amerikalıları, özünü İranın 
müdafiəçiləri kimi qələmə verən bütün digərlərini necə qovdu-
ğunu gördünüz. Gəlin belə şərtləşək: biz məsləhətləşib sizə cavab 
verəcəyik. Siz isə öz növbənizdə, hərbçilərinizlə, bizim müşavir-
lərlə məsləhətləşin. Əfqanıstanda hər halda həyatını riskə ataraq 
sizi dəstəkləyən, sizin uğrunuzda mübarizə aparacaq qüvvələr 
var. İndi bu qüvvələri silahlandırmaq lazımdır.
N.M.Tərəki: Bizə təyyarə ilə piyadaların döyüş maşınları 
göndərin.
A.N.Kosıgin: Bu maşınları idarə edən adamlarınız varmı?
N.M.Tərəki: 30-35 maşın üçün sürücülərimiz var.
A.N.Kosıgin: Onlar etibarlı adamlardır? Maşını da götürüb 
düşmən tərəfə keçməyəcəklər ki? Axı bizim sürücülər dili bilmir-
lər.
N.M.Tərəki: Siz elə sürücülər göndərin ki, bizim dili bilsinlər 
– tacikləri, özbəkləri.
A.N.Kosıgin: Mən sizdən belə cavab gözləyirdim. Biz sizin-
lə yoldaşıq və birgə mübarizə aparırıq, ona görə bir-birimizdən 
utanmaq lazım deyil. Hər şeyi də buna tabe etmək lazımdır. Biz 
bir daha sizə zəng edib fikirlərimizi deyəcəyik.
N.M.Tərəki: Bizim ehtiramımızı və ən yaxşı arzularımızı yol-
daş Brejnevə, Siyasi Büro üzvlərinə çatdırın.
A.N.Kosıgin: Sağ olun. Bütün yoldaşlarınıza salam yetirin. 


- 158 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Sizə isə məsələlərin həllində qətiyyət, inam və salamatlıq arzula-
yıram. Xudahafiz.
Danışıq Kabuldakı mütərcim – baş hərbi müşavir
general-leytenant L.Qorelovun referenti vasitəsilə
aparılmışdır. Yazdı B.Batsakov. 18 mart 1979-cu il
SSRİ-nin İrandakı fövqəladə və səlahiyyətli 
səfiri Vladimir Vinoqradovun xatirələrindən
Tehran. 27 dekabr 1979-cu il
Budur, Yeni il yaxınlaşır. Hər şey az-çox yoluna düşüb. Bir az 
dincəlmək olar. Dekabrın 26-da Çexoslovakiya, Almaniya Demok-
ratik Respublikası, Bolqarıstan, Macarıstan, Polşa və Rumıniya 
səfirlərini əməkdaşları ilə birgə qonaq çağırdıq. Bütün həyəcanlı 
ayları əlbir işləmişdik, informasiya mübadiləsi aparmış, hadisələri 
birgə təhlil etmiş, həftədə bir neçə dəfə yığışmış, bir-birimizə mad-
di baxımdan yardım etmiş, hücum təhlükəsi olanda uşaqları və qa-
dınları bir-birimizin yanında gizlətmişdik. Bir sözlə, yoldaş idik.
Səfirliyin zalı böyük idi, qonaqlar və özümüzünkülər çox idi, 
“beynəlmiləl” konsert, oyunlar, rəqslər. Və təbii ki, yaxşı stol – 
Yeni ili kim süfrə arxasında qarşılamır? Sərbəstlik, şənlik, sevinc 
– sanki çiynimizdən yük götürülmüşdü. İki ildən çox idi ki, belə 
istirahət etməmişdik...
Zala açılan qapıların birində yoldaşlarımızdan biri göründü və 
əli ilə mənə işarə verdi. Səfirlərdən üzr istəyib qapıya yaxınlaşdım.
-  Sizə  təcili tapşırıq var.
Müşavir Yevgeni Dmitriyeviç Ostrovenkonu çağırdım: “Get-
dik yuxarı”...
Əlimdəki kağızı stolun üstünə atdım, əhvalım dəyişdi. Bu 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə