Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

- 159 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
nəyə lazımdır? Axı mənasızdır, məgər Moskvada heç kim Şərqi
onun xalqlarının adətlərini bilmir? Cəmi 60 il əvvəl ingilislərin 
Əfqanıstanda biabırçı məğlubiyyətindən xəbərləri yoxdur? Lakin 
tapşırıq tapşırıqdır. Onu yerinə yetirmək lazımdır.
Tapşırıq belə idi: 
təcili olaraq Xomeynini məlumatlandırmaq 
ki,  Əfqanıstan hökumətinin xahişi ilə sovet hökuməti dekabrın 
27-də bu ölkəyə xarici təcavüzü dəf etməkdə kömək göstərmək 
üçün “məhdud kontingent” göndərir. Belə bir ümid ifadə etmək 
ki, İran bu müvəqqəti və məcburi addımı anlayışla qarşılayacaq.
Saata baxdım: axşam saat on radələri idi. 27-sinə cəmi iki-
cə saat qalırdı. Xomeyni çoxdan bəyan etmişdi ki, daha xarici 
səfirləri qəbul etməyəcək, bunun üçün hökumət var; o, döv-
lət xadimi deyil, millətin ruhani rəhbəridir. Və yaşamaq üçün 
Quma – İranda ali rütbəli din xadimlərinin ənənəvi iqamətga-
hına getmişdi. Bu, Tehrandan 150 km məsafədə idi. Nə etməli? 
Tapşırığın icrası mümkünsüz görünür. Lakin bir şey aydındır: 
mütləq elə etmək lazımdır ki, Xomeyni üçün yəqin ki, xoş ol-
mayacaq bu xəbəri o, məndən eşitsin, bunu sabah xarici radi-
olardan biləcək müşavirlərindən yox! Əslində Xomeyninin ya-
nına getməyin mənası da elə budur, çünki bizim bu qeyri-adi 
addımın haqlı olduğuna onu inandırmaq, nə qədər çalışsam da, 
mümkün olmayacaq.
Yoldaşlara göstəriş verdim ki, dərhal Xomeyninin dəftərxanası 
ilə əlaqə yaradıb təcili görüş barədə təkidlə xahiş etsinlər, eyham 
vursunlar ki, məsələ adi deyil; eyni zamanda İran XİN-ə zəng vu-
rub dərhal Quma getməyə icazə almaqda kömək göstərməyi xa-
hiş etsinlər. Özüm səfirlərin yanına düşdüm.  Üzr istədim: təcili 
iş var, getməliyəm. Arvadımdan xahiş etdim ki, qonaqların başını 
qatsın, özüm isə kabinetə qayıtdım...
Təəssüf ki, bir nəticə yox idi: Xomeyninin dəftərxanasından 
demişdilər ki, səfir Xomeyninin dövlət işlərində iştirak etməmək 
barədə qərarını bilməmiş deyil; bəli, İmam sovet səfirini yaxşı ta-


- 160 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
nıyır, lakin artıq o yatıb... 
XİN-də yuxulu növbətçidən başqa kimsə yoxdur, o da deyib: 
“Səhəri gözləyin”. O vaxt xarici işlər naziri Qütbzadə idi (1983-
cü ildə Amerika casusu kimi güllələndi). Hələ o dövrdə biz onun 
davranışının qeyri-təbiiliyini duyurduq və instinktiv olaraq ona 
zəng etmək istəmirdik, axı onun məsələni İmama necə təqdim 
edəcəyi bəlli deyil. Bir də məlumatı başqa kiməsə vermək  tapşı-
rılmamışdı. Nə etməli?
Xahiş etdim ki, yenidən XİN-ə zəng etsinlər və nazirin müa-
vinlərindən biri olan  və bizə daim diqqətlə yanaşan Həqgunun 
ev telefonunu alsınlar. Telefonu verdilər, amma xidmətçi dedi ki,  
Həqgu evdə yoxdur, harada olduğunu deyə bilməz. Bir az təzyiq-
dən sonra (mənim əməkdaşlarım Jenya Ostrovenko və Nikolay 
Kozırev farsca çox yaxşı danışırdılar) xidmətçi nömrəni verdi, 
zəng edib Həqgunu xahiş etdilər. Onunla ingiliscə özüm danış-
dım və dedim ki, son dərəcə vacib, təcili məsələ var və məhz bu 
gün şəxsən Xomeyniyə çatdırmalıyam. Başa düşürəm ki, gecə ya-
rısına az qalıb, İmam da Qumdadır, lakin həyatda hər cür gözlə-
nilməz və fövqəladə şərait olur. Nə edək?
Həqgu bir qədər düşünüb dedi ki,  əlbəttə, Xomeyni ilə gö-
rüşü təşkil edə bilməz, çünki gecdir, amma Quma getmək üçün 
rəsmi icazə verə bilər. Bu artıq müəyyən nəticə idi. Mən Həqguya 
hədsiz təşəkkür edib başqa bir xahiş də etdim: bir neçə silahlı mü-
hafizəçi (pasdar) göndərsin, çünki gecədir, hər yan patrulla dolu-
dur, yol da uzaqdır. Dedim ki, biz iki maşında gedəcəyik. Nazir 
müavini xahişimi yerinə yetirəcəyinə söz verdi.
İyirmi dəqiqədən sonra avtomatla silahlanmış üç saqqallı gəl-
di. Biz yola çıxmağa hazır idik. Gecə saat üçə işləyirdi...
Qum məscidlərinin qızılı günbəzləri görünəndə artıq hava 
işıqlanırdı. Şəhərə xeyli qalmış yol içinə qum  doldurulmuş metal 
çəlləklərlə kəsilmişdi – ilk yoxlama postu idi. Budkadan əli avto-
matlı saqqallılar çıxıb təəccüblə qırmızı bayrağa baxırlar. “Bizim” 


- 161 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
saqqallılar öz sənədlərini təqdim edib izahat verirlər: sovet səfiri 
təcili işlə bağlı İmamın yanına gedir... Bir kilometrdən sonra eyni 
şey təkrarlanır. Beləcə 5, ya 6 kordondan keçirik. Biz Xomeyni-
nin şəhərin kənarındakı kiçik küçədə yerləşən balaca evinə ki-
fayət qədər yaxınlaşırıq. Ora yolu yaxşı tanıyırdıq: bir neçə dəfə 
olmuşduq. Burada bizi bütün gecəni tonqal ətrafında keçirən 
keşikçilər sıx dövrəyə aldılar. Burdan o yana heç cür buraxmaq 
istəmirdilər... Mən onların komandirindən xahiş etdim ki, Ostro-
venkonu İmamın dəftərxanasına – iqamətgahın qarşısındakı ba-
laca evə – buraxsın: o, orada hər şeyi dəftərxana rəisinə izah edər, 
bizsə burda gözləyərik. Komandir könülsüz razılaşdı. Jenya mü-
hafizəçilərlə getdi. Biz onu qırx dəqiqə gözlədik. Nəhayət, o, qayı-
dıb dedi ki, dəftərxana rəisi çox təəccübləndi və bildirdi ki, İmam 
qəbul etmir, lakin uzun danışıqdan sonra səfirin dəftərxanaya gəl-
məsinə razılıq verdi. Bizim yanımıza gələndə Jenya görmüşdü ki, 
dəftərxana rəisi uzun qara paltarının ətəyini əli ilə tutmuş halda 
başmaqlarını yerə döyə-döyə qaçaraq küçəni keçib Xomeyninin 
evinə gedir. 
Biz dəftərxanaya gəldik... Yarım saatdan sonra dəftərxana rəisi 
narazı halda gəlib çıxdı və dedi ki,  İmam bizi qəbul edəcək. Və 
çıxıb getdi. On dəqiqədən sonra qaçıb gəldi və əli ilə işarə etdi ki, 
tez olun.
Biz Xomeyninin evinə girdik... İki dəqiqədən sonra Xomeyni 
otağa daxil oldu. Biz yüngül təzimlə salamlaşdıq, o heç kimə  əl 
vermirdi... Əlbəttə, mən qəfil, onun icazəsi olmadan gəldiyimizə 
görə üzrxahlıqdan başladım... və İmama bizi belə səhər erkən 
qəbul etdiyinə görə təşəkkürümü bildirdim... Sonra mən Əfqa-
nıstan 1919-cu ildə müstəqillik əldə edəndən bəri bizim münasi-
bətlərimizin tarixi haqqında məlumat verdim... Hazırkı vəziyyətə 
çatanda mən Aprel inqilabının sırf əfqan  səciyyəsi daşıdığını izah 
etdim. İnqilabın əleyhdarları haqda danışdım, onların köhnə-
ni qaytarmaq üçün aramsız cəhdlərindən, ABŞ-ın onlara hərbi 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə