Əhalinin radiasiya təhlükəsizliyi haqqında


ə 8. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix01.05.2022
ölçüsü398,74 Kb.
#86370
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
423 iq (1)

ə 8. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət 

proqramları  

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri həyata keçirmək üçün 

dövlət proqramları, o cümlədən ərazi (regional) proqramlar hazırlanır.  

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramların yerinə 

yetirilməsi tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə 

nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. 



Madd

ə 9. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət 

normalaşdırılması  

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət normalaşdırılması sanitariya-

gigiyena norma, qayda və normativlərinin, radiasiya təhlükəsizliyi qaydalarının, dövlət 

standartlarının, əməyin mühafizəsi, tikinti norma və qaydalarının radiasiya təhlükəsizliyi 

haqqında sərəncamverici, təlimat və başqa sənədlərin qəbul edilməsi ilə həyata keçirilir.  

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində sanitariya norma və qaydaları, 

gigiyena normativləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 

qaydada 


müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. 

İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azərbaycan Respublikası hüdudlarında 

şüalanmanın aşağıdakı əsas gigiyena normativləri müəyyənləşdirilir: 




 

əhali üçün orta illik yol verilən doza 0,001 zivertə bərabərdir və ya insanın bütün 



həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş 

il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır;  

 

radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və 



ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə 

bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 

zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən 

doza 0,05 zivertə çata bilər. 

Bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii radiasiya 

fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə 

vətəndaşların (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər 

mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri 

insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol 

verilə bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər. 

Radiasiya qəzası şəraitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və 

qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilə bilər. 

Əhali şüalanmaya məruz qaldıqda bu maddədə müəyyənləşdirilmiş şüalanmanın əsas 

gigiyena normativləri (dozanın yol verilə bilən həddi) ölkənin müxtəlif əraziləri üçün 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən konkret sanitariya-gigiyena və ekoloji 

şəraitin, əhalinin sağlamlıq vəziyyətini, ətraf mühitin başqa amillərinin insana təsir 

səviyyəsini nəzərə almaqla azaldıla bilər. 

Radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə iş vaxtı radioaktiv 

şüalanmadan mühafizə üzrə texniki təhlükəsizlik haqqında təlimat qanunvericilikdə 

müəyyən olunmuş qaydada 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. 

Radiasiya təhlükəsizliyi məsələləri üzrə dövlət standartları, tikinti norma və qaydaları, 

əməyin mühafizəsi qaydaları, sərəncam, təlimat metodiki və digər sənədlər səlahiyyətli 

dövlət orqanları tərəfindən təsdiq edilir.  




Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə