Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə186/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   182   183   184   185   186   187   188   189   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

547 



 

Muitin cəzasını ver!”– dedi.”O, yeddincisinin də adını çəkdi, lakin (ravi) bunu 

yadda  saxlaya  bilmədi.(İbn  Məsud)  dedi:  “Canım  Əlində  olan  Allaha  and 

olsun ki, Allahın Elçisinin  adlarını çəkdiyi kəsləri Bədr quyularından birində 

yerə sərilmiş gördüm”

1638


.  

 

.



 

Aişə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər kim zülm edənə bəd 

dua edərsə mütləq yardım görər”

1639


.  

 

 



Rifaa Zuraqi  rəvayət edir ki, Uhud döyüşündə müşriklər geri çəkilərkən 

Peyğəmbər    buyurdu:  “Səf-səf  düzlənin  ki,  Rəbbimə  təriflər  deyim”. 

(Səhabələr)  onun  arxasında  səflərə  düzüldülər.  Peyğəmbər:  “Allahım!  Bütün 

həmdlər  Sənə  məxsusdur.  Allahım!  Sənin  (Öz  nemətlərindən)  artırdığını 

azaldan, uzaqlaşdırdığını yaxınlaşdıran, yaxınlaşdırdığını uzaqlaşdıran, mane 

olduğunu  verən  verdiyinə  də  mane  olan  (bir  kimsə)  yoxdur.  Allahım!  Bizə 

verdiyin  bərəkətlərini,  rəhmətini,  lütfünü  və  ruzini  artır.  Allahım!  Səndən 

dəyişməyən  və  yox  olmayan  tükənməz  nemətlər  diləyirəm.  Allahım!  Səndən 

çətin  gündə  nemət  və  döyüş  günündə  əmniyyət  diləyirəm.  Allahım!  Bizə 

verdiyin  şeylərin  pisliyindən  və  vermədiyin  şeylərin  şərindən  (bunlara  görə 

bəlaya düşməkdən) Sənə sığınıram. Allahım! Bizə imanı sevdir və qəlbimizdə 

onu  gözəlləşdir.  Bizdə  küfrə,  günaha  və  asiliyə  qarşı  nifrət  oyat.  Bizi  doğru 

yolda  gedənlərdən  et.  Allahım!  Bizim  canımızı  müsəlman  olaraq  al,  bizi 

müsəlman  olaraq  dirilt  və  bizi  rüsvay  etmədən,  fitnəyə  salmadan 

əməlisalehlərə  qovuşdur.  Allahım!  (İnsanları)  Sənin  yolundan  döndərən  və 

Sənin elçilərini yalançı sayan kafirləri öldür. Onları cəzalandır və onlara əzab 

ver. Allahım! Özlərinə Kitab verilmiş kafirləri öldür. Ey haqq İlah!”

1640


.  

                                                

1638

 Buxari 240, Müslim 1794.  



1639

 Tirmizi 3552, əl-Albani “Zəif”.  

1640

 Buxari “Ədəbul Mufrad” 699, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

548 



 

 نعللا زاوج

مومعلا هجو ىلع

  

ÜMUMİ LƏNƏT ETMƏK OLAR 

 

 



1)  Riba  Yeyən,  Verən,  Yazan  Və  İki  Şahid:  İbn  Məsud    rəvayət  edir  ki, 

Peyğəmbər  buyurdu: «Allah riba yeyənə, verənə də lənət etsin. Dəllala və iki 

şahidə də»

1641


.  

 

.“



 

2) Valideynləri Lənətləyənə: Əli  rəvayət edir ki, Peyğəmbər  mənə dörd 

şeyi buyurdu: «Allah lənət etsin valideyinlərini lənətləyənə»

1642

.  


 

 

3) Allahdan Qeyrisinə Qurban Kəsənə: Amir İbn Vəsilə  deyir ki: «Bir dəfə 

mən Əli b. Əbu Talibin  yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: 

«Peyğəmbər    sənə  sirr  olaraq  heç  nə  deməyib?».  Əli    qəzəblənərək  dedi: 

«Peyğəmbər   gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən 

başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli: «Peyğəmbər 

 buyurdu: «Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin»

1643


.  

 

 



 

                                                

1641

 Müslim 1597, 1598, Bəğavi «Şərhu Sunnə» 8/54.  



1642

 Müslim 1978, İmam Nəvəvi «Şərh Səhih Muslim» 13/150. 

1643

 Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150. 




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

549 



 

4)  Yenilik  Edənə  (Bidətçiyə)  Sığınacaq  Verənə:  Əli    rəvayət  edir  ki, 

Peyğəmbər   mənə  dörd şeyi  buyurdu:  «Allah lənət  etsin yenilik  edib  dinini 

dəyişənə (bidətçiyə, cinayətkara) sığınacaq verənə»

1644


.  

 

 



 

5) Yerin Əlamətlərini Dəyişənə (Torpaq Sərhədlərini): Əli  rəvayət edir ki, 

Peyğəmbər    mənə  dörd  şeyi  buyurdu:  «Allah  lənət  etsin  ərazilərin 

sərhədlərini dəyişdirən kimsəyə»

1645


.  

 

.



 

 

6)  Bir-Birinə  Bənzəmək  İstəyən  Kişi  Və  Qadınlara:  İbn  Abbas    rəvayət 

edir  ki,  Peyğəmbər   lənət  edib  kişiyə  bənzər  qadınlara  və  qadınlara  bənzər 

kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)»

1646

.  


 

)

(



)

(

 



7) Muhallil Və Muhalləhul Ləhu: Peyğəmbər   buyurdu: «Allah lənət edib 

ərindən ayrılmış qadının öz ərinə qayıtmasını halal görənə və həmçinin də bu 

işi gördürənə»

1647


.  

 

.



 

 

8)  Canlı  Olan  Bir  Şeyi  Hədəf  Edənlərə:  İbn  Ömər    rəvayət  edir  ki, 

Peyğəmbər  buyurdu: «Allah lənət edib canlı olan bir şeyi hədəfə alanı»

1648


.  

 

 ةيؤر دنع لاعفي ام



لا

ةَّي  ح

 

İLAN GÖRDÜKDƏ NƏ ETMƏLİ 

 

                                                



1644

 Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150. 

1645

 Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.  



1646

 Buxari 5886.  

1647

 İmam Əhməd 1/450, 451, Əbu Davud 2076, Tirmizi 1119, İbn Məcə 1935, əl-Albani «Səhihul Cəmi» 5101.  



1648

 Müxtəsər Səhih Müslim 1248, Buxari 5515, Müslim 1958.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə