Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə77/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   73   74   75   76   77   78   79   80   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

226 



 

İleyk, Uminu Bikitəbikə Və Birusulikə -

 Allahım, Sənə ümid edərək və Səndən 

qorxaraq  üzümü  Sənə  təslim  etdim,  işimi  Sənə  həvalə  etdim,  kürəyimi  Sənə 

etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız 

Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Rəsula 

iman gətirdim!” desin, həmən gecə ölərsə Cənnətə daxil olar”

617

.  


 



 

 

Yatağa  Girdikdə:  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Kim  yatağına  sığındığı  zaman:  “

Lə  İləhə  İlləllahu  Vəhdahu  Lə  Şərikə  Ləhu, 

Ləhul Mulku Və Ləhul Həmdu Və Huvə Alə Kulli Şeyin Qadir, Və Lə Həulə Və 

Lə  Quvvətə  İllə  Billəhil  Aliyyil  Azim,  Subhanallah,  Vəlhəmdulilləh,  Və  Lə 

İlahə  İllallahu,  Vallahu  Əkbər  -

  Allahdan  başqa  ibadətə  layiq  haqq  məbud 

yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər 

şeyə  Qadirdir.  Qüdrət  və  güc  yalnız  Allahdadır!  Allah  pak  və  müqəddəsdir. 

Həmd  Allahadır.  Allahdan  başqa  məbud  yoxdur.  Allah  ən  Böyükdür  –  desə, 

günahları və ya xətaları dənizi köpükləri qədər olsa belə bağışlanar”

618


.  

 



 

 



Yatağa  Girdikdə:  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim 

yatağına  girdiyi  (sığındığı)  zaman:  “



Əlhəmdulilləhil  Ləzi  Kəfəni  Və  Əvəni, 

Əlhəmdulilləhil  Ləzi  Ətımniy  Və Səqani,  Əlhəmdulilləhil  Ləzi  Mənnə  Aleyyə 

(Və) Fə Əfdalə, Allahummə İnni Əsəlukə Bi İzzətikə Tunəcciyəniy Minən Nər -

 

Mənə kifayət olan və mənə sığınacaq verən Allaha həmd olsun, məni yedirdən 



və  içizdiən  Allaha  həmd  olsun!  Mənə  lütfündən  və  fəzilətindən  bəxş  edən 

Allaha  həmd  olsun!  Allahım  Səndən  sənin  izzətinlə  istəyirəm  ki,  məni 

Cəhənnəm  odundan  qoruyasan  –  desə,  Allahı  bütün  xəlq  olunmuşların 

həmdləri ilə həmd etmişdir”

619

.  


 



)

(

                                                

617

 Tirmizi 3395, əl-Albani “Zəif”.  



618

 əl-Albani “Səhih Tərğib” 607.  

619

 Muslim 4/2085, Həkim 2001, Beyhəqi “Şuabul İman” 4382, əl-Albani «Səhih Tərğib» 609.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

227 



 

 

 



Yatağa  girdikdə:  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Yatağına  girdikə  de:  “



Əlhəmdulilləhil  Ləzi  Kəfəni  Və  Əvəni,  (Ətımniy)  Və 

Səqani,  Əlhəmdulilləhil  Ləzi  Aleyyə  Fə  Əfdalə,  Əlhəmdulilləhil  Ləzi  Əatani 

Fə-əczələ,  Əlhəmdulilləhi  Alə  Kulli  Həli,  Allahummə  Rabbə  Kulli  Şeyin  Və 

Məlikə Kulli Şeyin Və İləhə Kulli Şeyin Ləkə Kulli Şeyin Əuzu Bikə Minən Nər 

Həmd  mənə  kifayət  edən,  mənə  sığınacaq  verən,  məni  yedirdən,  içirdən, 

mənə  ehsan  edən  və  mənə  çox  verən  Allaha  məxsusdur.  Bütün  halda  həmd 

Allaha  məxsusdur.  Hər  şeyin  Rəbbi,  hər  şeyin  məliki,  hər  şeyin  İlahı  olan 

Allahım! Hər şey sənə aiddir. Cəhənnəmdən Sənə sığınıram”

620


.  

 



 

Yatağa  Girdikdə:  Əbu  Əzhər  Ənməri    rəvayət  edir  ki,  Peyğəmbər   

buyurdu:  “Gecə  vaxtı  yatağına  girdikdə  de:  “

Bismilləhi  Vədatu  Cənbi, 

Allahumməğfirli Zunubi, Vəxsə Şeytani, Və Fukkə Rıhəni, Və Səqqil Mizəni, Və 

Cəalni  Fi  Nədiyyil  Əalə  -

  Allahın  adı  ilə  böürümü  (yanımı)  yatağa  qoydum. 

Allahım  məninm günahımı  bağışla  və  mənim  şeytanımı  alçalt  (zəlil  et),  məni 

borcdan qutar, tərəzimi ağırlaşdır və məni uca olan toplum içərisində et!”

621


.  

 

 





 



Yatağa  Girdikdə:  Əli    rəvayət  edir  ki,  Fatimə    kirkirənin  (onun 

əllərində,  un  üyüdməkdən  əlləri  qabarmışdı)  iz  buraxdığından  şikayət  etdi. 

(Bir  müddətdən  sonra)  Peyğəmbərə    (bir  neçə)  əsir  gətirdilər.  Fatimə  (bu 

əsirlərdən  birini  özünə  köməkçi  götürmək  məqsədilə)  Peyğəmbərin    yanına 

getdi,  lakin  onu  (evdə)  tapa  bilmədi,  Aişəni    görüb  (nə  istədiyini)  ona 

                                                

620

 Əbu Davud 5058, İbn Hibban 5538, əl-Albani “Səhih Məvərid” 2357. 



621

 Əbu Davud 5054, əl-Albani “Hidayətul Rıvat” 2340, “Səhihul Cəmi” 4649.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

228 



 

bildirdi. Peyğəmbər    (evə) gəldikdə  Aişə   ona Fatimənin  gəldiyini  xəbər 

verdi. Bundan sonra Peyğəmbər  bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza 

uzanmışdıq. Mən (onu görəndə) ayağa qalxmaq istədim, lakin o: “Qalxmayın!” 

-  dedi  və  (gəlib)  aramızda oturdu.  Mən hətta onun  soyuq  ayaqlarının  sinəmə 

toxunduğunu  hiss  etdim.  O  buyurdu:  “Məndən  istədiyinizdən  (xidmətçidən) 

daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza uzandığınız zaman otuz dörd dəfə 



Allahu Əkbər

”, otuz üç dəfə “

Sübhənəllah

” və otuz üç dəfə “



Əlhəmdulillah

” 

deyin.  Bu  sizin  üçün  xidmətçidən  daha  xeyirli  olar  (Başqa  rəvayətdə:  “Əli   



belə rəvayət edir: “Peyğəmbərdən  eşitdikdən bəri onu tərk etmədim. Ondan 

soruşuldu ki: “Hətta Siffeyn gecəsi də (tərk etmədin)?” O belə buyurdu: “Hətta 

Siffeyn gecəsi də (tərk etmədim)”

622


.  

 

 



Yatağa  Girdikdə:  Əli    rəvayət  edir  ki,  Peyğəmbər    yatağına  girdikdə 

buyurdu:  “



Allahummə  İnni  Əuzu  Bivəchikəl  Kərimi  Və  Kəlimətikət  Təmməti 

Min  Şərri  Mə  Əntə  Əxizun  Binəsiyətihi,  Allahummə  Əntə  Təkşiful  Məğramə 

Vəl Mə-səmə, Allahummə Lə Yuhzəmu Cundukə Və Lə Yuxləfu Və Adukə Və Lə 

Yənfəu Zəl Cəddi Minkəl Cədd Subhənəkə Və Buhəmdikə  -

 Allahım! Alnından 

yaxaladığın hər bir şeyin şərrindən Kərəm sahibi olan Allahın Vəchinə və tam 

kəlimələrinə sığınıram. Allahım! Borcdan və günahdan xilas et! Allahım! Sənin 

qoşunun məğlub olmaz, Sənin vədində haqqdır! Heç bir hörmət sahibinə Sənin 

yanında  hörməti  fayda  verməz.  Sən  pak  və  nöqsansızsan,  bütün  həmdlər 

Sənədir”

623


.  

 





)

(

)

(



)

(

 



Yatağa Girdikdə: Aişə   rəvayət edir ki, Peyğəmbər   hər gecə yatağına 

girdikdə  ovuclarını  birləşdirər  sonra  içinə  üfürər  və: 



İxlas  -  Fələq  -  Nəs

 

surələrini oxuyardı. Sonra isə baş və üz tərəfdən başlayaraq bədəninin (yaxın) 



                                                

622


 Buxari  3113,  3705,  Muslim  2727,  7093,  Tirmizi  3408,  3409,  Əbu  Davud  5062,  əl-Albani  “Səhihdə”  3596, 

“Səhih Kəlimə” 29.  

623

 Əbu Davud 5050, 5052, əl-Albani “Zəif”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə