Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə89/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   85   86   87   88   89   90   91   92   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

261 



 

yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun 

qulu və elçisidir. Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan 

razıyam!»  -  deyərsə,  (keçmiş)  günahları  bağışlanar”.  Müəzzinin  şəhadət 

kəlməsini söylədiyini eşitdikdə

719


.  

 



 

 



 

Aişə    rəvayət  edir  ki,  Allah  Elçisi    muəzzinin  şəhadətini  eşitdikdə 

buyurdu: “

Məndə, Məndə

720



.  

 

 



 



 

 

Abdullah  İbn  Amr  İbn  As    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 



”Müəzzinin  azan  verdiyini  eşitdiyiniz  zaman  siz  də  onun  dediklərini  təkrar 

edin  və  sonra  da  mənə  salavat  gətirin.  Kim  mənə  bir  dəfə  salavat  gətirərsə, 

Allah  ona  10  dəfə  salavat  (rəhmət)  yetirər.  Sonra  Allahdan  mənim  üçün 

Vəsiləni 

(vasitəçilik  haqqını)  diləyin.  Həqiqətən  bu,  Cənnətdə  yalnız  Allahın 

quluna  məxsus  olan  bir  məqamdır.  Allahdan  istəyirəm  ki,  o  qul  mən  olum. 

Kim mənim üçün 



Vəsiləni 

diləyərsə, şəfaətimə nail olar»

721

.  


 



  

 

Cabir İbn Abdullah   rəvayət edir ki, Peyğəmbər   buyurdu: ”Müəzzinin 



azan verdiyini eşitdiyiniz zaman (Azandan sonra): “

Allahummə Rabbə Həzihid 

Dəvətit  Təmmə,  Vəs  Səlatil  Qaimə,  Əti  Muhəmmədənil  Vəsilətə  Vəl  Fədilətə, 

Vəb'ashu  MəqaMən  Məhmudənilləzi  Vəadtəhu  -

  Bu  tam  dəvətin  və  qılınacaq 

namazın  Rəbbi  olan  Allahım!  Muhəmmədə  vasitəçilik  haqqı  və  fəzilət  ver. 

Onu  vəd  etdiyin  təriflənən  məqama  çatdır!  -  desə,  Qiyamət  günü  mənim 

şəfaətimə nail olar”

722


.  

 



                                                

719


 Muslim  386,  579,  877,  Əbu  Davud  525,  İbn  Məcə  721,  Tirmizi  210,  Nəsəi  679,  İbn  Hibban  1693,  Əhməd 

1565, İbn Xuzeymə 1/220.  

720

 Əbu Davud 526, əl-Albani “Səməra Mustətab” 184.  



721

 Buxari 614, Muslim 384, 577, 875, əl-Albani “Səhih Kəlimə” 55, “Səməra Mustətab” 183.  

722

 Buxari  589,  614,  4442,  4719,  Müxtəsər  Buxari  326,  İbn  Hibban  1689,  Əbu  Davud  529,  Tirmizi  211,  Nəsəi 



680.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

262 



 

.

 



 

İbn  Məsud    Mərfu  olaraq  rəvayət  edir  ki:  Elə  bir  müsəlman  yoxdur  ki, 

Azanı  eşitdiyi  zaman  Müəzzin  Təkbir  etdikdən  sonra,  təkbir  gətirə,  şəhadəti 

eşitdikdən  sonra, şəhadəti gətirərsə: 



Allahummə Əti  Muhəmmədən  Əlvəsilətə 

Vəl Fadilətə Vəcəal Fil İlliyin Dəracətəhu Və Fil Mustəfinə Məhəbbətəhu Və Fil 

Muqarribiə Zikrahu – 

Allahı! Muhəmmədə Vəsiləni və fəzilətini ver və (Onun) 

dərəcəsini  İlliyuna  qaldır,  Seçilənlər  içərisində  (insanların)  sevgisini  ona  ver, 

yaxınlar  içərisində  onu  xatırlananlardan  et!  -  deyərsə,  Qiyamət  günü  ona 

şəfaətim vacib olar“

723


.  

 



 

 

Şeyx əl-Albani  deyir ki: Bəzən: “



Dəracətul Rafiatu –

 kəliməsini işlədirlər. 

Lakin bu kəlimənin əsli yoxdur”

724


.  

 

 ا ذِإ   نا طْيَّشلا



 ءا دِّنلا  عِم س

(

ةماقلإا و ناذلأا

 )

رفي

 

ŞEYTAN AZAN VƏ İQAMƏNİ EŞİTDİKDƏ QAÇAR 

 



)

(



 

Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  demişdir: “Namaz üçün azan 

veriləndə  şeytan  bərkdən  yel  buraxaraq  qaçır  ki,  bu  çağırışı  eşitməsin  (Başqa 

rəvayətdə:  Şeytan  namaz  üçün  (Azanı)  eşitdiyi  zaman  Ravha  adlanan  yerə 

qədər  gedər),  azan  qurtardıqda  isə geri  qayıdır. İqamə  veriləndə  yenə  dönüb 

qaçır, iqamə bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında 

dayanıb ona: “Filan şeyi və filan şeyi yadına sal”– deyərək (namazı qurtarana 

qədər)  onun  yadına  düşmədiyi  şeyləri  ona  təlqin  edir.  Axırda  o  adam  neçə 

(rükət) qıldığını (yadına sala) bilmir”

725


.  

 

ةماقلإاو ناذلأا نيب ءاعدلا 



AZAN VƏ İQAMƏ ARASINDA EDİLƏN DUA 

                                                

723

 əl-Albani “Səməra Mustətab” 192.  



724

 əl-Albani “Səməra Mustətab” 191.  

725

 Buxari 608, Müslim 880, 884.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

263 



 

 

 



Abdullah  İbn  Amr

 

  rəvayət  edir  ki,  bir  kişi:  “Ya  Rəsulullah!  Müəzzinlər 



fəzilətdə  bizi  ötdülər?”  dedi.  Peyğəmbər    buyurdu:  “Onların  söylədiklərini 

sən də söylə, (azanı) bitirdikdən sonra istə, istədiyin verilər”

726



 



 

.

Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Allahın  Elçisi    buyurdu:  “Azan  və 



İqamə  arasında  edilən  dua  rədd  edilməz”.  Ona:  “Ey  Allahın  Rəsulu!  Hansı 

duanı  edək?”  dedilər.  Peyğəmbər:  “Allahdan  dünya  və  axirətdə  Afiyət 

(salamatlıq) diləyin”

727


.  

 



.

 



Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Allahın  Elçisi    buyurdu:  “Azan  və 

İqamə arasında edilən dua rədd edilməz”

728

.  


 

.



 

 

Peyğəmbər    buyurdu:  “Azan  və  İqamə  adarsıda  edilən  dua  cavab 



veriləndir, Dua edin!”

729


.  

 



 

 



 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    demişdir: “Namaza  azan  verildikdə 

səma qapıları açılır və dua qəbul olunur”

730


.  

 

 



                                                

726


 Əbu Davud 524, 526, əl-Albani “Həsən Səhih”.  

727


 Tirmizi 3594, əl-Albani “Munkər”.  

728


 Tirmizi 212, 3595, Əbu Davud 521, əl-Albani “Səhih”.  

729


 əl-Albani “Səhih Məvərid” 255.  

730


 Əbu Yəla 4072, əl-Albani “Sahihul Cəmius Sağir” 803, “Silsilətul Əhədisis Sahiha” 1413.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə