Səhih Dua Və Zikirlər Kitabı
448
ةقيقعلا نع درو ام
ƏQİQ – BARƏDƏ NƏ GƏLİB
…
….
Amr İbn Şueyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbərdən
Əqiq barəsində soruşdum. Peyğəmbər: “Kimin övladı doğularsa heyvan
kəsmək istədiyi zaman kəssin. Oğlan uşağı üçün iki qoyun, qız uşağı üçün bir
qoyun kifayət edər”
1319
.
.
Səmura rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir oğlan üşağı
qurbanlıq kəsilənə qədər girov hesab olunur. (Dünyaya gəldiyinin) yeddinci
günü qurbanı kəsilir, saçı qırxılır, (kəsilmiş heyvanın) qanına boyanır. Qatadə
(kəsilmiş heyvanın) qanı ilə uşağın başı necə boyanır? Əqiq kəsildikdən sonra
ondan bir yun götürüb (heyvanın) kəsilmiş) şah damarının qarşısına tutursan.
Sonra da uşağın başı yuyularaq qırxılır”
1320
.
Səmura rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir oğlan üşağı
qurbanlıq kəsilənə qədər girov hesab olunur. (Dünyaya gəldiyinin) yeddinci
günü onun qurbanlığı kəsilməli, saçı qırxılmalı və adı qoyulmalıdır”
1321
.
)
(
Salman İbn Amir əd-Dabbi rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yeni
doğulan uşaq üçün əqiqi vardır. Ona görə də hər doğulan uşaq üçün qurban
1319
Əbu Davud 2834, 2836, 2835, 2837, 2842, 2844, Nəsəi 4156, əl-Albani “Həsən”.
1320
Əbu Davud 2837, 2839, əl-Albani “Səhih”.
1321
“Buluq əl-Məram” 1360, Əbu Davud 2838, 2840, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
449
kəsmək lazımdır və ona əziyyət verən (bütün şeylər) ondan qaldırın (başını
qırxın)”
1322
.
İbn Abbas rəvayət edir ki, Peyğəmbər Həsən və Hüseyn doğulması
münasibətilə hər biri üçün iki qoç kəsdi”
1323
.
Əbi Bureydə
rəvayət edir ki: “Biz cahiliyyə dönəmində birimizin bir
uşağı dünyaya gəlsəydi onun üçün bir qoyun kəsər və qanını uşağın başına
sürtərdik. Allahın dini İslam gəldiyi zaman (doğulan uşaqlar) üçün bir qoyun
kəsib, başlarını qırxdıqdan qonra zəfəranla boyamağa başladıq”
1324
.
Əbu Dərdə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlər Qiyamət günü
öz adlarınız və atalarınızın adları ilə çağırılacaqsınız. Ona görə də adlarınızı
gözəl qoyun”
1325
.
İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allaha ən sevimli
adlar: Abdullah Və AbdurRahmandır”
1326
.
1322
Buxari 5472, Əbu Davud 2839, 2841, 2942, əl-Albani “Səhih”.
1323
Əbu Davud 2841, 2843, əl-Albani “Səhih”.
1324
Əbu Davud 2843, 2845, əl-Albani “İrvalul Ğəlil” 1165 deyir ki: “Sünnəyə uyğun olaraq doğulan körpəyə
görə yeddinci, on dördüncü və iyirmi birinci günü qurbanlıq kəsmək yaxşıdır. Lakin ən gözəli yeddinci
günü qurbanlıq kəsilir, saçı qırxılır və adı qoyulur”.
1325
Əbu Davud 4948, 4950, əl-Albani “Zəif”.
1326
Müslim 2132 Əbu Dabud 4949, 4951, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
450
Səhabə olan Əbi Vəhb əl-Cuşəmiy rəvayət edir ki, Peyğəmbər buyurdu:
“(Uşaqlarınızın) adlarını Peyğəmbərlərin isimləri ilə adlandırın. Allahın ən
sevidiyi İsimlər: Abdullah və AbdurRahmandır. Ən doğru olanları: Həris və
Həmməmdir. Ən çirkin olanları: Hərb və Murrədir”
1327
.
.
Cabir rəvayət edir ki, bizdən bir kişinin övladı dünyaya gəldi. Onu
Qasım deyə adlandırdılar. Biz: “Ona bu kunyəni verməyəcəyik hətta
Peyğəmbərdən soruşmayana qədər. Peyğəmbərdən soruşduqda o,
buyurdu: “Mənim adımla isimlənin, lakin Kunyəmlə (Əbul Qasim)
kunyələnməyin”
1328
.
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənim adımla İsimlənən
kimsə Kunyəmi də götürməsin, Kunyəmi alan isə adımı almasın”
1329
.
Muhəmməd İbn Hənəfiyyə deyir ki, Əli: “Yə Rəsulullah! Əgər səndən sonra
bir övladım dünyaya gəlsə həm sənin İsmini, həm də Kunyəni verəcəyəm”
dedi. O: “Bəli” deyə buyurdu
1330
.
لاا راصتقا
مس
ADIN QISALDILMASI
,
1327
Əbu Davud 4950, 4952, əl-Albani “Peyğəmbərlərin İsimləri İlə Adlandırın” sözündən başqa hədis
“Səhih”.
1328
Buxari 6187, 6188, Müslim 2133, 2134, Əbu Davud 4965, 4967, əl-Albani “Səhih”.
1329
Əbu Davud 4966, 4968, əl-Albani “Səhih”.
1330
Əhməd 730, Əbu Davud 4967, 4969, əl-Albani “Səhih”.
Dostları ilə paylaş: |