Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə154/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   150   151   152   153   154   155   156   157   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

451 



 

 

Ənəs    demişdir:  “(Bir  dəfə)  Ummu  Suleym    yüklərə  nəzarət  edən 



qadınların  arasında  ikən  Peyğəmbərin    köləsi  Əncəşə    onların  mindiyi 

dəvələri  (bərk)  sürüb  aparırdı.  Peyğəmbər    buyurdu:  “Ey  Əncəş,  asta  ol, 

şüşələri (qadınları) sındırarsan”

1331


.  

 

,



 

 

Aişə  rəvayət edir ki, Peyğəmbər  (mənim adımı qısaldaraq): “Ey Aiş!” 



deyərdi.  

 

هنيعب هبيصي نأ ىشخيو هبجعيو هاري ءيشلا



 

BIR ŞEYI GÖRDÜKDƏ QORXARSA Kİ, ONA GÖZ 

DƏYƏR BƏRƏKƏT DİLƏMƏK 

 

)



(

.

 



Amir İbn Rabia  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən biriniz öz 

nəfsində  (özündə),  malında  və  qardaşında  onu  təəccübləndirəcək  bir  şeylər 

görərsə (onun) üçün xeyir-bərəkət diləsin. Çünki göz haqdır”

1332


.  

 

هدسج يف ًاعجو سحأ نمل ءاعدلا



 

BƏDƏNİNDƏ (SANCI) AĞRI HİSS EDƏN NƏ 

DEMƏLİDİR?  

 



 



 

 

Osman  İbn  Əbi  Ass    rəvayət  edir  ki,  müsəlman  olduqdan  sonra 



bədənimdə hiss etdiyim bir ağrıdan Peyğəmbərə  şikayət etdim. Peyğəmbər: 

“Əlini  bədəninin  ağrıyan  yerinə  qoyub  üç  dəfə  



Bismilləh!

”  –  “Allahın  adı 

ilə!” de və yeddi dəfə də: “

Əuzu Billəhi Və Qudratihi Min Şərri Mə Əcidu  Və 

                                                

1331

 Buxari 6201, 6202, 6209, 6210, 6211, Müslim 2447, Əbu Davud 5232.  



1332

 Əhməd 15700, 15738, İbn Məcə 3509, əl-Albani “Səhih Cəmi” 556.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

452 



 

Uhaziru – 

Duyduğum və həzər etdiyimin şərindən Allaha və Onun qüdrətinə 

sığınıram!”

1333


.  

 

.



 

 

Muhəmməd  İbn  Səlim,  Səbit  İbn  Bunənidən  rəvayət  edir  ki,  mənə:  “Ey 



Muhəmməd! Sancılandığın zaman əlini ağrıyan yerə qoy və: 

Bismilləh, Əuzu Bi 

İzzətilləhi  Və  Qudratihi  Min  Şərri  Mə  Əcidu  Min  Vəcəiy  –

  Duyduğum  və 

həzər  etdiyimin  şərindən  Allaha  və  Onun  qüdrətinə  sığınıram!”.  Sonra  əlini 

qaldır, sonra yenə də eyni şeyi təkrar et”. Çünki Ənəs   bunu Peyğəmbərdən 

 bizə belə nəql etmişdi”

1334

.  


 

ضيرملا ةدايع لضف

 

XƏSTƏNİ ZİYARƏT EDƏNİN FƏZİLƏTİ 

 



 

 



Əli İbn Əbu Talib  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir müsəlman 

digər  bir  müsəlmanı  (xəstələndiyi)  zaman  ziyarət  edərsə  70  min  mələk  onun 

üçün axşama qədər dua edər, axşam vaxtı ziyarət edərsə səhərə qədər 70 min 

mələk  onun  üçün  dua  edər.  O,  kimsə  üçün  Cənnətdə  hazırlanmış  meyvələr 

vardır”

1335


.  

 



)

(



 

 

Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim Allah (rızası) 



üçün  bir  xəstəni  və  ya  müsəlman  qardaşını  ziyarət  edərsə  bir  Carçı  (Başqa 

rəvayətdə:  Allah):  “Gözəl  iş  gördün,  atdığın  addımlar  mübarək  olsun, 

Cənnətdəki mənzilin gözəl olsun” deyər

1336


.  

 

                                                



1333

 Muxtəsər Müslim 1447, 2202, 5867, Nəsəi 10839, əl-Albani “Səhih”.  

1334

 Tirmizi 3588, Təbərani “Məcmuus Sağir” 504, əl-Albani “Səhihdə” 1258.  



1335

 Tirmizi 969, İbn Məcə 1442, əl-Albani “Səhih Tərğib” 3476.  

1336

 Tirmizi 2008, İbn Mâce 1443, Buxari “Ədəbul Mufrad” 345, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

453 



 

 

Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir kişi (başqa) bir 



kənddə  olan  qardaşını  ziyarət  etdi.  Allah  onun  keçəcəyi  yolunun  üstünə  bir 

mələyi gözətçi göndərdi. Mələk (ona) dedi: “Hara getmək istəyirsən?” O dedi: 

“Bu  kənddə  olan  qardaşımı  ziyarət  etmək  istəyirəm”.  (Mələk)  dedi:  “Onun 

sənə  verəcəyi  bir  mənfəət  varmı?”  O  dedi:  “Xeyr!  Mən  onu  (mənfəətə  görə 

deyil)  Allah  xatirinə  sevirəm”.  (Mələk)  dedi:  “Mən  Allahın  sənə  göndərdiyi 

elçisiyəm. Sən onu sevdiyin kimi Allah da səni sevdi”

1337

.  


 

 

Əbu  Əsma    deyir  ki:  “Kim  xəstə  qardaşına  baş  çəksə,  (qayıdanadək) 



Cənnət  xürfəsində  olar”.  Asim  deyir  ki,  mən  Əbu  Qilabədən  soruşdum: 

“Cənnət  xürfəsi  nədir?”  O  dedi:  “Cənnətin  bir  yerə  yığılmış  meyvələridir” 

Mən Əbu Qilabəyə dedim: “Əbu Əsma  bu hədisi kimdən rəvayət etmişdir?” 

Dedi ki: “Sövbandan , o da Peyğəmbərdən  rəvayət etmişdir”

1338

.  


 

 

Bəra İbn Azib   rəvayət edir ki, Peyğəmbər   bizə yeddi şeyi əmr etdi və 



yeddi şeyi qadağan etdi. Əmr etdiyi şeylər bunlardır: – xəstəni ziyarət etmək – 

cənazənin  ardınca  getmək  –  asqırana  rəhmət  diləmək  –  and  içənin  andını 

pozdurmamaq  –  məzluma  yardım  etmək  –  salamı  yaymaq  –  dəvət  edənin 

dəvətini  qəbul  etmək.  Qadağan  etdiyi  şeylər  isə  bunlardır:  –  qızıl  üzüklər  – 

gümüş qablar – ipəkdən olan yəhərlər – ipək qatışığı olan libaslar – atlas parça; 

– zərxara – ipək parça”

1339

.  


 

.

                                                



1337

 Buxari “Ədəbul Mufrad” 350, əl-Albani “Səhih”.  

1338

 Buxari “Ədəbul Mufrad” 521, əl-Albani “Səhih”.  



1339

 Buxari “Ədəbul Mufrad” 924, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə