Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə152/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   148   149   150   151   152   153   154   155   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

445 



 

Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər səhər insanlar 

yuxudan  oyandıqda,  yer  üzünə  iki  mələk  enir.  Onlardan  biri:  “

Allahummə 

Əatı  Munfiqan  –

  Allahım,  malını  (Sənin  yolunda)  xərcləyən  hər  kəsə  (etdiyi 

yaxşılığın)  əvəzini  ver!”–  deyir.  Digəri  isə:  “Allahım,  (malını  xərcləməkdə) 

xəsislik edən hər kəsin (malını) tələf et!”– deyir

1308


.  

 

 



Abdullah  İbn  Əbu  Əufə    demişdir:  “Birisi  Peyğəmbərə    sədəqə 

gətirəndə,  (Peyğəmbər    onun  üçün  dua  edib)  deyərdi:  “Allahım,  filankəsin 

ailəsinə  xeyir-dua  ver!”  Atam  Peyğəmbərə    sədəqə  gətirdikdə,  o  buyurdu: 

“Allahım, Əbu Əufənin ailəsinə xeyir-dua ver!”

1309

.  


 

 ةآرملا رظن اذإ لوقي ام 

GÜZGÜYƏ BAXANDA NƏ DEYİLİR? 

 

 



Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  güzgüyə  baxdığı 

zaman: 


Əlhəmdulilləhilləzi Sivə Xalqi Fə Adələhu Və Kərəmu Suratu Vəchiy Fə 

Həsənuhə Və Cəalni Minəl Muslimin  –

 Mənim xilqətimi düz və bərabər edən, 

üzümü  gözəl,  yaraşıqlı  edən  və  məni  müsəlmanlardan  edən  Allaha  həmd 

olsun!“


1310

.  


 

ثئابخلا عم لماعتي فيك 

PİS ŞEYLƏRƏ QARŞI NECƏ HƏRƏKƏT ETMƏK 

 



)

) (



 (

 

                                                



1308

 Buxari 1374, 1442, Müslim 1010, 2383, İbn Hibban 3329.  

1309

 Buxari 1497, Müslim 1078.  



1310

 əl-Albani “Səhih Və Daif Cəmius Sağir” 9936, “İrvalul Ğəlil” 74, “Zəif Cəmi” 4459.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

446 



 

Abdullah  İbn  Məsud    demişdir:  “Məkkənin  fəthi  günü  Peyğəmbər   

Məkkəyə  daxil  olduqda  Kəbənin  ətrafında  üç  yüz  altmış  büt  var  idi. 

Peyğəmbər  əlindəki ağacla onları vurub yıxmağa başladı və bu ayələri oxudu: 



“Haqq gəldi, batil puç olub getdi”. (əl-İsra 81). “Haqq gəldi. Batil ona qarşı nə 

ortaya bir şey çıxarar, nə də onu qaytara bilər”. (əs-Səba 49)

1311


.  

 

دلاولأا هب ذوعي ام



 

ÖVLADI (UŞAQLARI) QORUMAQ ÜÇÜN EDİLƏN DUA 

 



 

 



Peyğəmbər    Həsən  və  Hüseyn    qorumaq  üçün  belə  dua  edərdi: 



Uiyzukumə  Bikəlimətilləhit  Təmməti  Min  Kulli  Şəytanin  Və  Hammətin  Və 



Min Kulli Aynin Ləmmətin  –

 Hər bir şeytandan, zərərli həşəratdan və hər pis 

gözdən  qorumaq  üçün  sizi  Allahın  tam  kəlmələrinə  həvalə  edirəm”.  Sonra: 

“Atanız (İbrahim ) bu dua ilə İsmail və İshaqı  qorumuşdur”

1312


.  

 

دولوملا نذأ يف ناذلآلا ةأرق



 

UŞAQ DOĞULDUQDA QULAĞINA AZAN OXUNUR 

 

 

Ubeydullah  İbn  Əbi  Rafii  atasından  rəvayət  edir  ki,  Peyğəmbər    Fatimə 



  Həsən  İbn  Əlini    dünyaya  gətirdiyi  zaman  qulağına  azan  oxuduğunu 

gördüm”


1313

.  


 

 

:



 

 

Peyğəmbər    Həsən  İbn  Əli    doğulduğu  zaman  qulağına  Azan 



oxumuşdu. Azan sağ qulağına, İqamə isə sol qulağına”

1314


.  

                                                

1311

 Buxari 4287, Müslim 1781.  



1312

 Buxari 3371, 3191, İbn Məcə 3590, İbn Məcə 3525, Tirmizi 2060, əl-Albani “Kəlimə Tayyib” 118.  

1313

 Tirmizi 1514, Əbu Davud 5105, 5107, əl-Albani “Həsən”.  



1314

 Beyhəqi “Şuabul İman” 6/390/8620, əl-Albani “Zəif Və Movdu Hədislər Silsiləsi”. 6121.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

447 



 

لوملل ءاعدلا

هكينحت دنع دو

 

DOĞULAN UŞAĞIN AĞZINA XURMNA QOYDUQDA 

DUA ETMƏK 

 

 



 

Aişə    rəvayət  edir  ki,  (yeni  doğulan)  körpələr  Peyğəmbərin    yanına 

gətrilirdi. O, da onlar üçün bərəkətlə dua edərdi. Yusuf deyir ki: Onlara 

Təhnik

 

(əzilmiş xurmanı ağızlarına) sürtərdi. Lakin bərəkət sözünün zikr etmədi”



1315

.  


 

.

 



Əbu Musa   rəvayət edir ki, oğlum dunyaya gəldi. Götürüb Peyğəmbərin 

  yanına  gətirdim.  Adını  İbrahim  qoydu,  xurma  ilə 



Təhnik

  etdi  (xurmanı 

ağzında  əzib  körpənin  ağzına  qoydu)  və  onun  üçün  xeyir-bərəkət  dilədi  və 

körpəni mənə qaytardı. Bu Əbu Musanın ən böyük övladı idi”

1316

.  


 



 

Əsma  (bint  Əbu  Bəkr)    Abdullah  İbn  Zubeyrə  hamilə  olduğu  vaxtı 



(xatırlayıb)  demişdir:  “Mən  hamiləliyin  son  ayında  (Məkkədən)  çıxıb 

Mədinəyə  gəldim  və  Qubada  qonaq  qaldım.  Elə  orada  da  övladımı  dünyaya 

gətirdim. Sonra uşağı Peyğəmbərin  yanına gətirdim və onu Peyğəmbərin  

qucağına qoydum. Peyğəmbər  bir xurma gətizdirdi, sonra onu ağzında əzdi 

və  (bu  əzməni)  uşağın  ağzına  qoydu.  Beləliklə  də,  bu  körpənin  mədəsinə 

gedən  ilk  şey  Peyğəmbərin    ağız  suyu  oldu.  Sonra  Peyğəmbər    xurma 

əziyini  körpənin  damağına  sürtdü  və  onun  üçün  dua  edib  Allahdan  xeyir-

bərəkət dilədi. Beləcə, o İslamda doğulmuş ilk körpə

1317

 oldu”


1318

.  


                                                

1315


 Əbu Davud 5106, 5108, əl-Albani “Səhih Kəlimə” 169.  

1316


 Buxari 5467, 6198, Müslim 2145, 2146.  

1317


 Yəni Mədinədə doğulmuş ilk müsəlman uşağ idi. 

1318


 Buxari 3909.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə