Səhih Dua Və Zikirlər Kitabı
72
əməl olmasına dəlalət edir"
165
. Salman Farisi rəvayət edir ki, Rəsulullah
buyurdu: «Həya və Kərəm sahibi olan Rəbbimiz əllərini ona tərəf qaldıran
qulunun əllərini geri boş qaytarmaqdan həya edər»
166
.
يبنلا ىلع ةلاصلا لضف
PEYĞƏMBƏRƏ
SALAVAT GƏTİRMƏYİN FƏZİLƏTİ
“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey
iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”.
(əl-Əhzab 56).
.
Əbul Aliyə deyir ki: “
Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua
verirlər –
Allahın salavatı onu həmd-səna etməsi, mələklərin salavatı isə
Duadır”
167
.
)
(
.
Dahhak deyir ki: “Allahın salavatı rəhmət (Məğfirət), mələklərin salavatı
isə Duadır”
168
.
.
.
.
Mücahid deyir ki:
«Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?». (əl-
İnşirah 4).
(Yerdə, göydə səndən söhbət gedər, xütbələrdə adın çəkilər). «Mən
xatırlanacaq olsam mütləq sən də xatırlanacaqsan. Şəhadət edirəm ki,
Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Allahın qulu və
rəsuludur». Qatadə deyir ki:
«Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıq-
165
"İrvalul Ğəlil" 2/182.
166
Əbu Davud 1488, Tirmizi 3551, İbn Məcə 3865, Musnəd 5/438, əl-Albani “Səhih”.
167
əl-Albani “Fadlu Salətu Alən Nəbiy” 95, “Səhih”.
168
əl-Albani “Fadlu Salətu Alən Nəbiy” 96, 97, “Zəif”.
Səhih Dua Və Zikirlər Kitabı
73
mı?». (əl-İnşirah 4).
Peyğəmbər buyurdu: “Ubudiyyə (Qul) ilə başlamaq,
Risalət ilə bitirmək”. Mamər deyir ki: “Şəhadət edirəm ki, Allahdan başqa
ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Allahın qulu – bu Ubudiyyədir
və Rəsuludur – Qulu və Rəsuludur - deyilir»
169
.
Əbu Bəkr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənə salavat
göndərməyi çoxaldın! Həqiqətən, Allah qəbrimin yanında mənə bir mələyi
müvəkkil etmişdir. Ümmətimdən bir kişi mənə salavat göndərdikdə həmin
mələk mənə deyir: “Ey Muhəmməd! Filankəsin oğlu filankəs sənə salavat
göndərdi”
170
.
.
.
Ammar İbn Yəsir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah
qəbrimin yanında bir mələk müvəkkil etmişdir ki, ona bütün yaratdıqlarının
adlarını bildirmişdi. Elə bir kəs yoxdur ki, Qiyamət gününə qədər mənə
salavat gətirsin (mələk) onun və atasının adını mənə çatdırmış olmasın.
Filankəs oğlu filankəs sənə salavat gətirmişdir. (Başqa rəvayətdə: “Allahın bir
mələyi vardır ki, (Allah) ona bütün məxluqatın adlarını vermişdir. Qəbrimin
üzərində duraraq kim mənə salavat gətirərsə (mələk) deyər: Ey Muhəmməd!
Filankəs oğlu filankəs sənə savat gətirir. Allah o, kimsəyə hər bir salavatına
görə on dəfə salavat deyər)”
171
.
169
əl-Albani «Fadlus Saləti alən-Nəbi» 103, 104, “Səhih”.
170
Deyləmi 1/31, əl-Albani “Sahihul Cəmius Sağir” 1207, “Silsilətul Əhədisis Sahiha” 1530.
171
əl-Albani “Səhih Tərğib” 1667.
Səhih Dua Və Zikirlər Kitabı
74
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: «Qəbrimi bayram
yerinə çevirməyin! Mənə salavat gətirin. Əlbəttə, harada olsanız salavatınız
mənə çatar!»
172
.
İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: «Həqiqətən də Allahın
yer üzünü gəzib-dolaşan mələkləri vardır ki, ümmətimdən mənə salam
çatdırırlar!»
173
.
.
Amr İbn Rabia rəvayət edir ki, Allah Elçisi buyurdu: «Mənə salavat
edən elə bir bəndə yoxdur ki, salavat etdiyi müddətdə mələklər onun üçün
dua etməsin. Bəndə bunu istər az etsin, istərsə də çox etsin»
174
.
Ənəs İbn Məlik rəvayət edir ki, Allah Elçisi buyurdu: «Kim mənə bir
dəfə salavat gətirərsə, Allah ona (bunun sayəsində) on dəfə salavat edər, onun
on günahını silər. Onun (Cənnətdəki) məqamını on dərəcə yüksəldər»
175
.
.
Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər minbərə qalxdı.
Minbərin birinci pilləsinə qalxıb: “
Amin!
”- dedi. Sonra ikinci pilləsinə qalxıb:
“
Amin!
”- dedi. Sonra da üçüncü pilləsinə qalxıb: “
Amin!
”- dedi. (Səhabələr)
soruşdular: “Ey Allahın elçisi! Biz sənin üç dəfə: “
Amin!
”- dediyini eşitdik”.
172
Əbu Davud 2042, 2044, əl-Albani “Səhih”.
173
Həkim 2/421, əl-Albani “Mişkət” 924, “Fadlu Salətu Alən Nəbiy” 21.
174
Suyuti “Cəmius Sağir” 10891, Əhməd 15680, 15718, əl-Albani “Səhihul Cəmi” 5744.
175
Nəsəi 1297, Əhməd 11998, 12017, Buxari “Ədəbul Mufrad” 643, əl-Albani “Səhih”.