Səhih Dua Və Zikirlər Kitabı
70
qüvvətləndirənlərə etiraz edərək deyilrər ki: Hər zaman eyni mövzuda olan
bir neçə zəif hədisi qüvvətləndirərək həsən dərəcəsinə qaldırmaq olmaz. Hafiz
İbn Salam deyir ki: "Hər zəif hədis özünə bənzər digər zəif hədisilə
güclənərək səhih dərəcəsinə çatmır. Onlar içərisində bir-birilərini gücləndirən
hədislərdə var, zəif qalan hədislər də"
157
. Zəif hədislərin bir-birilərini
qüvvətləndirməsi üçün vacibdir ki, hədisin zəifliyi ravinin hifzinin
zəifliyindən, rəvayət etdiyi zaman xəta etməsindən aslı olsun, nəbadə yalanda,
saxtalaşdırmada və günahda ittiham olunsun. Bu hal da muhəddislərə yaxşı
tanışdır, eyni zamanda İbn Həcər və Manavi
158
. O, ki qaldı onların gətirdiyi
iki hədisə və onların digər yollardan gələn ləfzlərinə, biz görürük ki, onların
hər birinin zəif olmasına səbəb ravilərin yalanda və saxtalaşdırmada ittiham
olunmasıdır. Əli İbn Əbu Talib, Abdullah İbn Məsud, Muaz İbn Cəbəl, Əbu
Dərda, İbn Ömər, İbn Abbas, Ənəs İbn Malik, Əbu Hureyrə və Əbu Səid əl-
Xudri - Allah Onlardan Razı Olsun - bir çox rəvayətlər və başqa ləfzlərlə
Peyğəmbərin belə buyurduğunu nəql edirlər: «Kim ki, ummətim üçün dini
ilə əlaqəli qırx hədisi əzbərləyib yadda saxlayarsa, Qiyamət günü Allah onu
fəqihlər və alimlər zümrəsində həşr edər». Başqa rəvayətdə: Peyğəmbər
buyurdu: «Allah onu fəqih və alim olaraq həşr edər». Əbu Dərdanın
rəvayətində isə: Peyğəmbər buyurdu: «Qiyamət günü mən ona şəfaətçi və
şahid olaram»
159
. İmam İbni Mulyakkin deyir ki: "Bu hədis 20-yə yaxın
rəvayət yolları vardır". Lakin imamlardan heç kimsə onların bir-birini
gücləndirdiyini söyləməmişdir. İmam Nəvəvi deyir ki: "Alimlər bu
hədislərin bir neçə yoldan gəlməsinə baxmayaraq zəif saymışlar"
160
. Bu
həmçinin müzakirə etdiyimiz hədislərə də aiddir. əl-Albani deyir ki: "Bu iki
hədisin bir-birilərini gücləndirdiyini söyləmək doğru olmaz. Çünki onların
zəifliyi ciddidir"
161
.
Dua etdikdən sonra əlləri üzə məsh etməyin doğru olduğunu söyləyənlər
deyirlər ki: Alimlərin bu qadağanı namaza aiddir, namazdan kənarda yox".
Lakin bu kimi iddia xəta və alimlərin sözlərini yozmaqdır. İbn Teymiyyə :
"Bir çox insanların namazdan sonra etdikləri (Yəni: Dua etdikdən sonra əlləri
üzə sürtmək) Sünnədirmi? Deyə soruşulduqda o: "Peyğəmbərin dua zamanı
əllərini qaldırması bir çox səhih hədis vasitəsilə bizə çatmışdır. O, ki qaldı dua
etdikdən sonra üzə məsh etməyə bu barədə bir-iki zəif hədisdən başqa səhih
heç bir məlumat yoxdur"
162
.
157
"Muqaddimə Ulumul Hədis" 36-37.
158
"Şarh Nahba" 25, "Tahdis" 90.
159
əl-Albani «Zəif Hədislər Silsiləsi» 4589.
160
“Muqəddimə Ərbəin Nəvəvi" 7.
161
"İrvalul Ğəlil" 2/182.
162
"Məcmuul Fətava" 22/519.
Səhih Dua Və Zikirlər Kitabı
71
Xülasə: Yuxarıda qeyd olunanlardan aydın oldu ki, dua etdikdən sonra
əlləri üzə məsh (sürtmək) istər namaz daxilində, istərsə də namazdan kənarda
söz və əməl olaraq Peyğəmbərin səhih şəkildə sabit olmamışdır. Həmçinin
Bakr Əbu Zeyd – hafizahullah – bu məsələni kökündən araşdırdıqdan sonra
söyləmişdir ki: "Səhabələrdən də bu barədə səhih bir şey varid olmamışdır".
Peyğəmbərin dua etdiyi zaman əllərini səmaya qaldırmasını rəvayət edən
səhabələr Peyğəmbərin duadan sonra əllərini üzünə məsh etməsini görmüş
olsaydılar heç şübhəsiz ki, onu da rəvayət edərdilər. Lakin səhih hədislərin heç
birində Peyğəmbərin əllərini qaldırıb dua etdikdən sonra üzünə məsh
etməsi rəvayət edilməmişdir. Lakin müsəlmanlardan kimsə İmam Şovkani,
Sanani və s. bu əmələ izn verən alimlərin ardınca gedərsə belə bir kimsəni
bidətçi adlandırmaq doğru olmaz”. İbn Bazzın rəhbərliyi altında olan
"Daimi Fətvalar Komitəsindən" dua etdikdən sonra əlləri üzə məsh etmək
barəsində soruşurlar: Cavab: Allaha dua edərək yönəlmək vacib
əməllərdəndir. Həmçinin dua edilən zaman əlləri qaldırmaq da əmr olunan bir
əməldir. Lakin dua etdikdən sonra əlləri üzə sürtmək əmr olunmayan bir
əməldir. Bu barədə hədislər olsa da belə onların hər biri zəifdir". Daimi
Fətvalar Komitəsi – yuxarıda qeyd etdiyimiz hədisləri zikr etdikdən və onların
zəif olduğunu isbat etdikdən sonra deyirlər: "Dua - əmr edilmiş bir ibadətdir,
lakin dua etdikdən sonra əlləri üzə məsh etmək nə söz, nə də əməl olaraq
Peyğəmbərdən varid olmamışdır. Bu barədə varid olan hər bir şey zəifdir.
Daha doğru olar ki, zəif hədisləri tərk edərək səhih hədislərə yönələsiniz.
Hansıki qeyd edilmir Peyğəmbər dua etdikdən sonra əllərini üzünə məsh
etməsi"
163
. Şeyx Useymin dua etdikdən sonra əlləri üzə məsh etmək
barəsində soruşurlar o: "Dua etdikdən sonra əlləri üzə məsh etməyi daha
doğrudur əmr edilməmiş (bir əməldən) adlandırmaq. Bu barədə olan hədislər
isə zəifdir. Şeyxulİslam bu hədislər barəsində deyərdi: "Dəlil olaraq bu hədislər
qəbul edilməzdir"... Mən hesab edirəm ki, dua etdikdən sonra əlləri üzə
sürtmək Sünnə deyildir. Məlumdur ki, Peyğəmbər yağış yağması üçün
əllərini qaldıraraq Allaha dua etmiş, lakin duadan sonra əllərini üzünə məsh
etməmişdir. Həmçinin bir çox səhih hədislərdə varid olmuşdur ki, Peyğəmbər
dua edərkən əllərini qaldırmış, lakin heç birində duadan sonra əllərini
üzünə sürtməsi barəsində bir şey keçməməkdədir"
164
. əl-Albani deyir ki:
"Dua edərkən əllərin qaldırılması barəsində bir çox səhih hədislər vardır, lakin
heç birində dua etdikdən sonra əlləri üzə məsh etmək barəsində bir şey
yoxdur. Bu da bu əməlin (nə Sünnə) yol verilməz, nə də əmr edilməyən bir
163
"Fatava Lacna Daima" 2396.
164
"Fatava Useymin" 14, sual 781.