Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə40/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   36   37   38   39   40   41   42   43   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

115 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  sizdən 

birinizin  tövbəsinə  itirdiyini  tapdığı  zaman  sevindiyindən  daha  artıq 

sevinir”


315

.  


 

 



 

 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah    buyurdu:  «Ey 



Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən 

sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin 

günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən 

sənin  günahlarını  bağışlayaram.  Ey  Adəm  oğlu!  Əğər  sən  mənim  hüzuruma 

yerüzü  dolusu  qədər  günahlarla  gəlsən  və  mənə  heç  bir  şeyi  şərik  qoşmasan 

mən də sənə yerüzu qədər bağışlanma verərəm»

316



 



 



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “Əgər  sizin 

günahlarınız  səmaya  belə  çatsa,  sonra  tövbə  etsəniz,  Allah  tövbənizi  qəbul 

edər”


317

.  


 

:

 



Peyğəmbər    buyurdu:  «Günaha  görə  tövbə  edən  o  günahı  etməmiş 

kimidir»


318

.  


 

 

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Nəfsim əlində olan 

Allaha  and  olsun  ki,  əgər  siz  günah  etməsəniz  Allah  sizi  məhv  edər  və  sizin 

                                                

315


 Tirmizi 3538, əl-Albani “Səhih”.  

316


 Tirmizi 3540, əl-Albani «Səhih Cəmi» 4214, «Mişkət» 4336, «Səhih Tərğib» 2/268.  

317


 İbn Məcə 4248, 4389. əl-Albani “Həsən Səhih”.  

318


 İbn Məcə 1851, 4250, əl-Albani «Səhihul Cəmi» 3008.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

116 



 

yerinizə  elə  bir  qövm  gətirər  ki,  onlar  günah  edər  və  Allahdan  bağışlanma 

diləyərlər, Allah da onları bağışlayar”

319


 

 



 

.

 

 

 

İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  qulunun 



tövbəsini can boğaza yetişməmiş qədul edər”

320


.  

 

 



  

)

 (



)

(

 



 

Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    Uca  və  Böyük  olan 

Rəbbindən  belə  buyurdu:  «Allahın  qullarından  biri  günah  edib  sonra  da: 

«Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: 

«Qulum  günah  etdi!  Günahı  bağışlayan  (məğfirət  edən)  və  günaha  görə 

cəzalandıran  bir  Rəbbi olduğunu  bildiyi halda! Mən öz  qulumu  bağışladım!» 

deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər 

yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı 

bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan 

(məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! 

Mən  öz  qulumu  bağışladım!»  deyə  buyurdu.  Sonra  o,  qul  (günah  etmədən) 

Allahın  dilədiyi  bir  müddət  qədər  yaşayır.  Sonra  yenə  də  günah  edərək: 

«Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: 

«Qulum  günah  etdi!  Günahı  bağışlayan  (məğfirət  edən)  və  günaha  görə 

cəzalandıran  bir  Rəbbi  olduğunu  bildiyi  halda!».  Üç  dəfə:  «Mən  öz  qulumu 

bağışladım! Artıq istədiyini edə bilər”

321

 deyə buyurdu



322

 



:

 

                                                



319

 Müslim 2749, 7141, Tirmizi 3539.  

320

 Tirmizi 3537, İbn Məcə 4253, İbn Hibban 628, Əhməd 6160, əl-Albani «Səhihul Cəmi» 6132, “Səhih Tərğib” 



314.  

321


 Bu kəlmələr heç  də onu  açıqlamır ki,  insan  istədiyini edə  bilər.  Xeyr! Bu kəlmələr bizə onu  açıqlayır ki, 

insan günah etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar.  

322

 Buxari 97, 6953, 7507, Muslim 2758.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

117 



 

Əbu Səid əl-Ənsari  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Peşmançılıq 

– Tövbədir. Günaha görə tövbə edən o günahı etməmiş kimidir”

323


.  

 

:



 

Peyğəmbər    buyurdu:  «Sol  kitab  sahibi  öz  qələmini  günah  etmiş 

müsəlmandan  altı  saat  müddətinə  qaldırar.  Əgər  o,  tövbə  edib  bağışlanma 

diləyərsə  etdiyi  günah  yazılmaz.  Əksi  təqdirdə  onu  bir  günah  olaraq  qeyd 

edər»

324


.  

 

 



Əbu  Bəkr    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bir  kimsə  günah 

etdikdən sonra gözəl şəkildə dəstnamaz alıb iki rükət namaz qılar və Allahdan 

bağışlanma  diləyərsə  Allah  onu  bağışlayar”.  Sonra: 

“O  kəslər  ki,  bir  pis  iş 

gördükdə,  yaxud  özlərinə  zülm  etdikdə  Allahı  xatırlayıb  günahlarının 

bağışlanmasını  diləyərlər  –  günahları  Allahdan başqa  kim bağışlaya  bilər?  – 

onlar  bilə-bilə  etdiklərinə  görə  israr  etməzlər”.  (Ali  İmran  135)

 

ayəsini 



oxudu

325


.  

 

.



 

 

Peyğəmbər    buyurdu:  “Bütün  Adəm  övladı  xəta  edəndir.  Xəta  edənlərin 



ən xeyirlisi Allaha tövbə edənlərdir»

326


.  

 

Əbu  Hureyrə    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu:  “Kim gün  batdığı 



yerdən çıxanadək Tövbə edərsə Allah onun tövbəsini qəbul edir»

327


.  

 

                                                



323

 əl-Albani “Səhihul Cəmi” 6802, 6803.  

324

 Təbərani «Kəbir», Beyhəqi «Şuabul İman», əl-Albani «Səhih Silsilə» 1209, "Səhih Cəmi" 2097.  



325

 Əbu Davud 1521, 1523, əl-Albai “Səhih Tərğib” 680, 1621, “Səhih Cəmi” 5738.  

326

 Tirmizi 2499, İbn Məcə, əl-Albani “Səhih Tərğib” 3319.  



327

 Müslim 7036.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə