|
Əhli Sünnə Vəl Cəmaat Sələfi SalihinSəhih Dua Və Zikirlər Kitabı
Səhih Dua Və Zikirlər Kitabı
121
Onların dirildiləcəyi gün məni rüsvay etmə!”. (əş-Şuəra 87).
"Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!". (əs-Saffət 100).
“Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq.
Dönüş də yalnız Sənədir”. (əl-Mumtəhinə 4).
“Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla.
Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!". (əl-Mumtəhinə 5).
“Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin
nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham
ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!". (ən-Nəml 19).
"Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən
duaları Eşidənsən". (Ali İmran 38).
"Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan,
müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!". (əl-Ənbiya 87).
Səhih Dua Və Zikirlər Kitabı
122
"Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!". (əl-
Ənbiya 89).
Musa dedi: "Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir!
Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!”. (Ta ha 25-28).
"Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!" O da onu
bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. (əl-Qəsəs 16).
Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin
ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!". (Ali İmran 53).
"Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə
bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım
et!". (Ali İmran 147).
.
Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində
sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar". (Yunus
85-86).
"Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol
göstər!". (əl-Kəhf 10).
"Ey Rəbbim! Elmimi artır!". (Ta ha 114).
Səhih Dua Və Zikirlər Kitabı
123
De: "Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə
axınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!". (əl-Muminun 97-98).
De: "Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!". (əl-
Muminun 118).
"Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və
bizi Od əzabından qoru!". (əl-Bəqərə 201).
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman
gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman
gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar
dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik,
dönüş də yalnız Sənədir!". Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər
mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də
yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi
cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır
yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar
etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan!
Kafirləri məğlub etməkdə bizə yardım et!". (əl-Bəqərə 285-286).
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma
və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən”. (Ali
İmran 8).
Səhih Dua Və Zikirlər Kitabı
124
"Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və
müqəddəssən. Bizi Odun əzabından qoru!. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi
rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz:
"Rəbbinizə iman gətirin!"– deyə imana çağıran bir kimsənin çağırışını eşidib
iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç
və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə
bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən
vədindən dönməzsən!". (Ali İmran 191-194).
"Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm
edənlərin ən yaxşısısan!". (əl-Muminun 109).
Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı
həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!". (əl-
Furqan 65-66).
"Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et
və bizi müttəqilərə imam et!". (əl-Furqan 74).
“Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə
şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi
də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən
müsəlmanlardanam!". (əl-Əhqaf 15).
Dostları ilə paylaş: |
|
|