Səhih Dua Və Zikirlər Kitabı
125
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla.
Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey
Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).
"Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən,
Sən hər şeyə qadirsən!". (ət-Təhrim 8).
"Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və
bizi Od əzabından qoru!". (Ali İmran 16).
"Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!”. (əl-Maidə
83).
"Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə
tapınmaqdan uzaqlaşdır”. (İbrahim 35).
"Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!". (əl-Qəsəs 24).
"Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!". (əl-
Ənkəbut 30).
"Ey Rəbbimiz, bizi zalımlara tay tutma!". (əl-Əraf 47).
Səhih Dua Və Zikirlər Kitabı
126
"Mənə Allah yetər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən
Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!". (ət-Tövbə 129).
"Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!". O, Mədyən tərəfə
yollanıb: "Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”. (əl-Qəsəs 21-22).
“Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu
xeyir nəsib edilmişdir”. (əl-Bəqərə 269).
ةيعدلأا
راكذلأا و
ةيمويلا
GÜNDƏLİK (VAXT TƏYİN EDİLMƏDƏN) EDİLƏN DUA
VƏ ZİKRLƏR
Sad rəvayət edir ki: «Allah Elçisi belə buyurdu: «Zin-Nun (Yunus )
balığın qarnında olarkən belə dua etmişdir: “
Lə İləhə İllə Əntə, Subhənəkə,
İnni Kuntu Minəz Zalimin -
Səndən başqa ibadətə layiq haqq məbud yoxdur,
Sən pak, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”.
Peyğəmbər davam edib dedi: «Bu duanı edən elə bir müsəlman kimsə olmaz
ki, Allah onun duasını qəbul edib, cavab verməsin»
335
.
.
Muaz İbn Rifəi atasından rəvayət edir ki, Əbu Bəkr əs-Sıddıq minbər
üzərində ayağa qalxaraq ağladı və: “Peyğəmbər bir il bundan öncə bu
minbər üzərində ayağa qalxaraq ağlamış və buyurmuşdu: “Allahdan əff və
335
Tirmizi 3505, 3845, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
127
afiyət diləyin. Çünki heç kimsəyə (imanda) yəqinlikdən sonra afiyətdən
(salamatlıq) daha xeyirli bir şey verilməmişdir”
336
.
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: «
Yə Zəl Cələli Vəl İkram!
» -
Ey əzəmət və ehtiram sahibi! - duasını tez-tez təkrar edin»
337
.
Şəhr İbn Həuşəb deyir ki: «Ummu Sələmədən soruşdum: «Ey
möminlərin anası! Allah Elçisi sənin yanında olduqda ən çox hansı duanı
edərdi?». O dedi: «Onun ən çox etdiyi dua: «
Yə Muqallibəl Qulub, Səbbit
Qalbi Alə Diynik -
Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et! - Mən
ondan: «Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?» - deyə
soruşdum. O buyurdu: «Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun
qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın. O, istədiyini düz
saxlayır, istədiyini də döndərir». Sonra o, bu ayəni oxudu:
«Ey Rəbbimiz! Bizi
hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!» (Ali-İmran 8)
338
.
Abbas İbn AbdulMuttalib rəvayət edərək deyir: «(Bir gün) mən: «Ey
Allahın Elçisi! Mənə bir şey öyrət ki, onu Allahdan istəyim!?» - dedim. Allah
Elçisi belə buyurdu: «Allahdan salamatlıq dilə». Bir neçə gün keçdikdən
sonra yenə gəlib soruşdum: «Ey Allahın Elçisi! Mənə bir şey öyrət ki, onu
Allahdan istəyim!?» Bundan sonra Allah Elçisi mənə belə dedi: «Ey Abbas!
Ey Allah Elçisinin əmisi!
Allahummə İnni Əs'əlukəl Afiyətə Fid Dunyə Vəl
336
Tirmizi 3558, əl-Albani “Həsən Səhih”.
337
Tirmizi 3525, 3868, əl-Albani “Səhih”.
338
Tirmizi 2140, 3522, 3864, 3587, İbn Hibban 943, Buxari “Ədəbul Mufrad” 683, İbn Məcə 3834, Əhməd
26562, 26721, əl-Albani “Səhih”.