Səhih Dua Və Zikirlər Kitabı
193
fəda olsun. Əbu Hureyrəyə ayaqqabılarını verərək divarın arxasında
qarşılaşdığı, Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına qəlbi ilə yəqin
olaraq şəhadət verən hər bir kəsi Cənnətlə müjdələməyi sən əmr etdinmi?”
Peyğəmbər : “Bəli mən!” deyə cavab verdi. Ömər: “Belə etmə, qorxuram ki,
insanlar ona arxayınlaşarlar, qoy əməl etməkdə davam etsinlər,” Peyğəmbər
də : “Qoy davam etsinlər” deyə onunla razılaşdı”
538
.
)
(
Əbu Hureyra rəvayət edir ki, Rəsulullah buyurdu: "Mən şəhadət
edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun
elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə,
Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"
539
.
.
İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahdan başqa
ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna
şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla
vuruşmağa əmir olundum. Elə ki, bunu etdilər, İslamın haqqı müstəsna
olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını
çəkmək isə Allaha aiddir”
540
.
Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allahdan
başqa ibadətə layiq heç bir İlahın olmadığına, Onun Tək olduğuna və heç bir
şəriki olmadığına, Muhəmmədin Onun qulu və Elçisi olduğuna, İsanın Allahın
qulu və elçisi olduğuna, Məryəmə göndərdiyi kəlməsi və Ondan gəlmə ruh
olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə
538
Müslim 156.
539
Muslim 27, 147, 148.
540
Buxari 25, Müslim 22.
Səhih Dua Və Zikirlər Kitabı
194
əməl etmiş olursa-olsun (və ya əməlindən aslı olmayaraq), Allah onu Cənnətə
daxil edər”. Başqa rəvayətdə Rəsulullah buyurur: "Cənnətin səkkiz
qapısından hansından istərsə, onu oradan içəri salar"
541
.
)
.
(
)
(
)
(
)
(
)
(.
İtban İbn Məlik rəvayət edir ki: “Biz Peyğəmbəri bir qədər yubatdıq ki,
onun üçün hazırladığımız Xəzirəni
542
(yeyə bilsin). Namaz qıldıqdan sonra
Peyğəmbərin gəldiyini eşidən insanlar bizə axışmağa başlaılar. Onlrdan biri:
“Malik b. Duxşun (Duxşum) haradadır? onu heç görmürəm» deyə soruşdu.
(Cəmaatda) onlardan biri: «O, münafiq, hansı ki, Allah və Rəsulunu sevmir
(Başqa rəvayətdə: Kaş ki, ona dua edərdi və o həlak olardı, kaş ki, ona bir şey
olardı)». Peyğəmbər: “Belə demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü
diləyərək “
Lə İlahə İlləllah
(Başqa rəvayətdə: Onun Rəsulu olduğunu)” –
demişdir? Adam: “Allah və Onun Elçisi daha yaxşı bilir! (Başqa rəvayətdə: O,
qəlbində olmadığı bir şeyi deyir)”. İtban: “Biz onun münafiqlərə qarşı
(mehriban) mövqedə olduğunu və onlara məsləhət verdiyini görürü”.
Peyğəmbər: “Allah, həqiqətən də, Onun Üzünü diləyərək “
Lə İlahə İlləllah
(Başqa rəvayətdə: Onun Rəsulu olduğunu)” deyən kimsəyə, Cəhənnəm
odunun toxunmasını haram etmişdir (Başqa rəvayətdə: Cəhənnəmə girməz və
ya dadmaz)”
543
.
.
Bəni Zuhra qəbiləsinin müttəfiqi olmuş, Bədr döyüşündə iştirak etmiş
Miqdad İbn Amr əl-Kindi demişdir: “(Bir dəfə) mən Peyğəmbərə dedim:
541
Buxari
3435 , Muslim 28.
542
Xəzirə – yemək növüdür. Bu yeməyi hazırlamaq üçün xırda-xırda doğranmış ət suda qaynadılmalı və
qaynadıldıqdan sonra üstünə un vurulmalıdır.
543
Buxari 425, 1186, 5401, Müslim 158, 1528.
Səhih Dua Və Zikirlər Kitabı
195
“Ya Rəsulullah! Əgər (döyüşlərin birində) kafirlərdən biri ilə qarşılaşsam və
biz bir-birimiz ilə vuruşsaq və o, (döyüş əsnasında) mənim iki əlimdən birini
qılınc ilə vurub kəssə, sonra da məndən canını qurtarmaq üçün qaçıb bir ağaca
dırmaşsa və mən Allaha təslim oldum (müsəlman oldum) desə mən onu bu
sözü söylədikdən sonra öldürə bilərəmmi?”. Peyğəmbər: «Onu öldürmə» deyə
buyurdu. Mən: «Ya Rəsulullah! Axı o, bu sözləri mənim əlimi kəsdikdən sonra
söyləmişdi» dedim. Peyğəmbər: «Xeyr! Onu öldürmə. Əgər sən onu öldürsən
onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olcaq. Sən isə onun
(Kəlimeyi-Şəhadət)
söyləməmişdən
əvvəlki
durumuna
(vəziyyətinə)
düşəcəksən”
544
.
545
.
Ənəs rəvayət edir ki, Peyğəmbər xidmət edən Yəhudi bir uşaq var idi.
Bu uşaq (bərk) xəstələnmişdir. Onu ziyarət edən Peyğəmbər uşağın baş
tərəfində duraraq buyurdu: «İslamı qəbul et!». Uşaq yanında dayanmış atasına
baxdı. Atası: «Əbul Qasimə itaət et!» dedi. O, da İslamı qəbul etdi. Peyğəmbər
uşağın yanından çıxaraq deyərdi: «Onu Cəhənnəm odundan qoruyan Allaha
həmd olsun»
546
.
.
)
(
.
Usamə İbn Zeyd rəvayət edir ki, vaxtı ikən Peyğəmbər bizi Cuheynə
qəbiləsinin Huraqa qolu üzərinə göndərmişdir. Sübh tezdən biz onlar su
hövuzlarının yanında olarkən onlara basqın etdik. Ənsarlardan bir nəfər ilə
onlardan birini izləyərək ona yaxınlaşdıqda (o, kimsə qorxudan)
Lə İləhə
544
Peyğəmbərin : “...onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olcaq” sözü o deməkdir ki,
zahirən müsəlman olduqdan sonra onun qəsdinə durmaq qadağan olacaq, özü də şəriətə uyğun şəkildə
mühakimə olunacaq. “Sənin halın onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq” sözü isə o deməkdir
ki, əgər sən onu öldürsən, onun varislərinin səndən qisas və ya qanbahası almağa haqqı olacaq. “Fəthul
Bari” 19/301.
545
Buxari 4019, 3794, 6472, 6865, Müslim 95/155, 284, Əbu Davud 2644, 2646, İbn Hibban 164.
546
Buxari 1356, İbn Hibban 4884.
Dostları ilə paylaş: |