Səhih Dua Və Zikirlər Kitabı
196
İlləllah
kəliməsini dedi. Mənimlə olan ənsar yoldaşım ondan əl çəkdi, mən isə
qılıncımla onu vurub öldürdüm. Mədinəyə gəldikdə isə artıq bu xəbər
Peyğəmbər çatmışdır. Peyğəmbər: «Ey Usamə! Sən onu
Lə İləhə İlləllah
dedikdən sonramı öldürdün?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! O, canını
qurtarmaq üçün belə dedi» dedim. O, mənə yenə də: «Ey Usamə! Sən onu
Lə
İləhə İlləllah
dedikdən sonramı öldürdün?» deyə buyurdu. Peyğəmbər bu
sözləri dayanmadan mənə o, qədər təkrar etdi ki, mən kaş ki, bu günə qədər
müsəlman olmazdım təmənna edənə qədər peşman oldum (Başqa rəvayətdə:
Peyğəmbər
Lə İləhə İlləllah
dedikdən sonramı sən onu öldürdün?» Mən:
«Ya Rəsulullah! O, bu kəliməni mənim silahımın qoxusundan söylədi» dedim.
Peyğəmbər: «İçindən söyləyib söyləmədiyini öyrənmək üçün qəlbinimi yarıb
baxdın?» deyə buyurdu və bu kəlimələri o, qədər təkrar etdi ki, mən kaş ki, elə
o günü müsəlman olardım deyə təmənna etdim)»
547
.
Cundub İbn Abdullah rəvayət edir ki, Peyğəmbər müsəlmanlardan
təşkil edilmiş bir dəstəni müşriklərin bir qövmü üzərinə göndərir. İki ordu bir-
biri ilə qarşılaşdılar. Müşriklərdən biri müsəlmanlardan istədiyini göz-altı edib
izləyərək onu öldürürdü. Müsəlmanlardan bir nəfər isə (biz deyirik ki, bu
Usamə İbn Zeyd) idi. O, müşrüki izləyərək münasib (bir an) yetişdikdə Usamə
qılıncını o, müşrikin üzərinə qaldırdıqda o: «
Lə İləhə İlləllah
» deyərək
qışqırdı. Usamə buna əhəmiyyət vermədən o, kimsəni zərbə ilə öldürdü.
(Döyüşdən sonra) Müjdəçi Peyğəmbərin yanına gələrək ona döyüşdə baş
verən hadisələri və (Usamə) haqqında məlumat verdi. Peyğəmbər Usaməni
yanına çağıraraq: «Nə üçün onu öldürdün?» deyə buyurdu. Usamə: «Ya
Rəsulallah! O, müsəlmanlara əziyyət verərək filankəsi-filankəsi öldürdü deyə
(bir çox müsəlmanların isimlərini zikr etdi)» dedi. Mən də onun üzərinə
hücum etdikdə o, qılıncımı görəcək
Lə İləhə İlləllah
deyə qışqırdı. Peyğəmbər:
«Sən də onu öldürdünmü?» deyə buyurdu. Usamə: «Bəli» deyə cavab verdi.
547
Müslim 96/158, 97/160, 287, 289.
Səhih Dua Və Zikirlər Kitabı
197
Peyğəməbr: «Qiyamət günü qarşına
Lə İləhə İlləllah
kəlməsi ilə gəldikdə onda
sən nə edəcəksən?» deyə buyurdu. Usamə: «Ya Rəsulallah! Mənim üçün
Allahdan bağışlanma dilə!» dedi. (Lakin) Peyğəmbər heç bir söz demədən
bu kəlimələri bir neçə dəfə təkrar edirdi: «Qiyamət günü qarşına
Lə İləhə
İlləllah
kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?»
548
.
Səid İbn Musəyyib atasından rəvayət edir ki, Əbu Talib ölüm anında ikən
Peyğəmbər onun yanına gəldi. Onun yanında Əbu Cəhl və Abdullah İbn
Əbu Umeyyə İbn Muğirə də var idi. Peyğəmbər: «Ey əmi!
Lə İləhə İlləllah
–
kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl
və Abdullah İbn Əbu Umeyyə İbn Muğirə: «Ya Əbu Talib! AbdulMuttalibin
millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər sözünü əmisinə deməkdə
davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət Əbu
Talibin onlara söylədiyi son söz: «AbulMuttalibin milləti üzərindəyəm!» oldu
və: «
Lə İləhə İlləllah
» deməkdən çəkindi. Peyğəmbər: «Yaxşı bil ki, Allaha and
olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm».
Bundan sonra Allah ayə nazil etdi:
«Müşriklərin Cəhənnəmlik olduqları
(müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə
və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).
Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər:
«(Ya
Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma
Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə)
daha yaxşı o bilir». (əl-Qəsəs 56)
549
.
548
Buxari 4269, 4021, 6478, 6872, Müslim 96/159, 287, 288, 289, İbn Hibban 4751, Əhməd 21793.
549
Buxari 1360, 3884, 4772, Müslim 141, Nəsəi 2035, Həkim 3291, İbn Hibban 982, Əhməd 23674, 23724.
Səhih Dua Və Zikirlər Kitabı
198
Əbu Hureyrə rəvayət edir ki, Allah Elçisi buyurdu: “Ey əmi!
Lə İləhə
İlləllah
– kəlməsini de ki, bununla Allah yanında sənin leyhinə şəhadət edim».
Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq
qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim».
Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər:
«(Ya
Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma
Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə)
daha yaxşı o bilir». (əl-Qəsəs 56)
550
.
Əbu Hureyrə
rəvayət edir
ki, Peyğəmbər dünyasını dəyişdikdən sonra
Əbu Bəkrin xəlifəliyi (dövründə) bir qrup ərəblər (zəkat verməkdən imtina
edərək) küfrə girirlər. (Əbu Bəkr onlarla vuruşmağa qərar verdikdə) Ömər:
«Sən o, insanlarla necə döyüşə bilərsən ki, Peyğəmbər buyurmuşdu:
«Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına (və Muhəmmədin Allahın
Rəsulu olduğuna) şəhadət edincəyə qədər insanlarla vuruşmağa əmr
olundum. Bunu etdilərmi, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və
mallarını məndən qorumuş olarlar. Haqq-hesablarını çəkmək isə Allaha
aiddir» dedi. Əbu Bəkr: «Allaha and olsun ki, namaz və zəkatı bir-birindən
ayıranlarla vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun ki,
onlar Peyğəmbər ödədikləri bir dəvə yulanını belə məndən əsirgəmiş olsalar
bundan ötrü onlarla vuruşacağam» deyə cavab verdi. Ömər: «Vallahi başa
düşdüm (gördüm) ki, tək Allah özü Əbu Bəkrin köksünü onlarla
döyüşməyə açmışdır və başa düşdüm ki, doğru olan da elə budur»
551
.
550
Müslim 144.
551
Buxari 1335, 1399, 6924, Müslim 20/32, 133, Nəsəi 3092, 3973, Əhməd 117, 335.