Səhih Dua Və Zikirlər Kitabı
21
“Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və
ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində
yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən
paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" Biz onun
duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas
edirik!”. (əl-Ənbiya 87-88).
)
(
.
.
)
(
Səddəd İbn Əus rəvayət edir ki, Peyğəmbər buyurdu: “İstiğfarın
(Allahdan bağışlanma diləməyin) ağasını öyrədimmi?
“Allahummə, Əntə
Rabbiy Lə Ilahə Illə Əntə, Xaləqtəniy Və Ənə Abdukə, Və Ənə Alə Ahdikə Və
Və'dikə Məs Tətə'tu, Əuzu Bikə Min Şərri Mə Sanə'tu, Əbu'u Ləkə Bini'mətikə
Aleyyi, Və Əbu'u Ləkə Bizənbiy, Fəğfir Liy Fəinnəhu Lə Yəğfiruz Zunubə Illə
Əntə -
Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq haqq
məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər
Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram.
Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni
bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan! - Kim bu kəlimələri
yəqin olaraq sabahladığı zaman söyləyərsə və həmən günü axşamdan qabaq
ölərsə o, kimsə Cənnət əhlindəndir. Həmçinin kim bu kəlimələri yəqin olaraq
gecə vaxtı söyləyərsə və sabahlamamışdan qabaq ölərsə o, kimsə Cənnət
əhlindəndir. (Başqa rəvayətdə: Sizdən biriniz bunu axşam deyərsə, sübhə
qədər Allahın qədəri ilə ölüm ona
gələrsə, Cənnət ona vacib olar. Səhər
deyərsə, axşama qədər Allahın qədəri ilə ölüm ona gələrsə, Cənnət ona vacib
olar)»
43
.
9) Allahı Zikr Edən Zikrində Davamlı Olmalı, Gündəlik Zikirlərdən Hər
Hansınısa Buraxarsa Dərhal Onu Qaytarmalıdır
43
Muxtəsər Buxari 2420, Buxari 5947, 6306, Əbu Davud 5070, 5072, İbn Məcə 3872, Tirmizi 3393, 3721, Nəsəi
5522, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
22
Peyğəmbər buyurdu: “Hər kim gündəlik olaraq davam etdiyi zikrlərdən
(Quran, dua, zikr) hamısını və ya bir qismini oxumayıb yatarsa, sübh namazı
ilə Zöhr namazı arasında (oxumadıqlarını) oxuyarsa sanki gecə oxumuş kimi
ona savab yazılar”
44
.
"
"
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad
edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey
Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi
Odun əzabından qoru!”. (Ali İmran 191).
Aişə rəvayət edir ki, Peyğəmbər Allahı hər bir anında zikr edərdi”
45
.
10) Öyrəndiyin Zikirlərdən Bir Dəfə Də Olsa Belə Əməl Etməsi Və - Allahın
İznilə - Allahı Zikr Edənlərdən Ola Bilmək Üçün Bacardığın Qədərini Yerinə
Yetirmək
Əbu Hureyrə, AbdurRahmən İbn Saxr rəvayət edir ki, Peyğəmbər
buyurdu: «Sizə nəyi qadağan etsəm ondan çəkinin, nəyi əmr etmişəmsə ondan
bacardığınız qədər yerinə yetirin. Həqiqətən sizdən əvvəlki ummətləri çox sual
vermələri və Peyğəmbərlərinə müxalif olmaları həlak etdi»
46
.
11) Dua Edənin Məqsədinin Xeyirli Olması
44
Müslim 1779, 747.
45
Müslim 852, 117/373, Buxari 394, 633, Tirmizi 3384.
46
Buxari 6858, 7288, Müslim 1337 – Bu hədisin əvvəli belədir: Peyğəmbər buyurdu: «Ey insanlar! Allah
üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?»
Peyğəmbər susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: «Əgər mən hə desəm, sizə hər
il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı…».
Səhih Dua Və Zikirlər Kitabı
23
Yəni insan dua edərkən, əgər Allah onun duasını qəbul edərsə həmin
duadan doğan səmərəni xeyirli işdə sərf edəcəyini niyyət etməlidir. Məs:
“Allahım, mənə mal-dövlət ver, İslam dininin güclənməsinə sərf edim”
“Allahım! kasıblara kömək edim”, “Allahım, mənə ismətli olmaq üçün,
günahlardan qorunmaq üçün əməlisaleh zövcə nəsib et” və s.
"
.
.
.
.
.
.
.
.
.
.
.
"
“Musa dedi: "Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir!
Dilimdəki düyünü aç ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir köməkçi ver
– Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et
(ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər eyək və Səni çox zikr edək.
Şübhəsiz ki, Sən bizi görürsən!". Allah buyurdu: "Dilədiyin sənə verildi, ey
Musa!”. (Ta ha 25-36).
İbn Amr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir nəfər xəstə
(qardaşını) ziyarətə gəldiyi zaman:”Ey Allahım! Bu quluna şəfa ver. Sənin
rızan üçün düşmənlərlə döyüşər və cənazə (namazına) gedər”
47
.
12) Dua Edərkən Ağlamaq
Abdullah İbn Amr İbn əl-Ass rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Allahın İbrahim barəsində buyurduğu:
“Ey Rəbbim! Həqiqətən də, onlar
çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa,
47
Əbu Davud 3107, 3109, əl-Albani “Sahihul Cəmi” 466.