Səhih Dua Və Zikirlər Kitabı
12
7) Dua Edərkən Qəbul Olduğuna Yəqin Olmaq
.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allaha qəbul
edildiyini bildiyiniz halda (yəqin olaraq) dua edin...”
19
.
8) Dua Edərkən Qəlbin Ayıq Olması
.
Əbu Hureyra
rəvayət edir ki, Peyğəmbər buyurdu: “...Bilin ki, Allah
(duadan) qafil olan qəlbdən duanı qəbul etməz”
20
.
9) Duanin Şəriətdə İcazəli Olması
Bəyənilir ki, edilən dua Quran və Sünnədən olsun. Lakin insan ürəyindən
keçən hər hansı bir duanı istədiyi şəkildə edə bilər. Bir şərtlə ki, şəriətə zidd
olan, yəni Allaha yaxınlaşmaq üçün edilən bidət təvəssüllərdən, şirkdən və s.
uzaq olsun.
10) Haram İlə Qidalanmaq Və Geyinmək Duanın Qarşısını Alan Ən Böyük
Amillərdəndir
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: «Həqiqətən də
Allah pakdır (və nöqsansızdır) və pak olandan başqasını da qəbul etməz. Allah
Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah
buyurur:
«Ey Peyğəmbərlər! Təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər
19
Tirmizî 3479, əl-Albani “Həsən”.
20
Tirmizî 3479, əl-Albani “Həsən”.
Səhih Dua Və Zikirlər Kitabı
13
görün» (əl-Muminun 51).
Digər bir ayədə:
«Ey iman gətirənlər! Sizə verdiyimiz
ruzilərin təmiz və halalından yeyin» (əl-Bəqərə 172).
Sonra Peyğəmbər
birisini xatırladarq: «Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış
halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən bu
kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola
bilər ki, onun duası qəbul olunsun» deyə buyurdu
21
.
11) Dua Edərkən Səsi Yüksəldərək (Qışqıraraq) Dua Etməmək
"
"
“Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları
sevmir”. (əl-Əraf 55).
"
"
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan
Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).
ءاعدلا بادا
DUANIN ƏDƏBLƏRİ
1) Allaha Zikr Edilən Yerin Təmiz Olması
"
"
“Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə
izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (ən-Nur 36).
2) Dua Edərkən Dəstnəmazlı Olmaq
…
21
Müslim 1015.
Səhih Dua Və Zikirlər Kitabı
14
Uzun bir hədisin son hissəsi: Əbu Musa demişdir: “Peyğəmbər Huneyn
döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun
göndərdi... Mən geri qayıtdıqda gəlib Peyğəmbərin evinə daxil oldum.
Peyğəmbər üstü xurma liflərindən toxunmuş və üstünə nazik örtük sərilmiş
bir çarpayıda uzanmışdı. İplər onun kürəyində və böyründə iz buraxmışdı.
Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri ona danışdım. (Dedim:
“Ya Rəsulullah, Əbu Amir) dedi: “Peyğəmbərə deyərsən, mənim üçün
bağışlanma diləsin”. Onda Peyğəmbər su gətizdirib dəstəmaz aldı, sonra
əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” (Peyğəmbər
əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun ağlığını gördüm. O
davam edib dedi: “Allahım, Qiyamət günü onu yaratdığın insanların bir
çoxundan üstün et!”. Mən dedim: “(Ya Rəsulullah,) mənim üçün də
bağışlanma dilə.” Peyğəmbər (dua edib) dedi: “Allahım, Abdullah ibn
Qeysin günahlarını bağışla və Qiyamət günü onu olduqca şərəfli bir məqama
çatdır!”
22
.
3) Dişləri Sivakla Təmizləmək
Çünki dua dil ilə edilən ibadətdir və ağızın dua edərkən təmizlənməsi gözəl
ədəblərdəndir. Necə ki, sünnədə namaz və Quran oxunan zaman ağızı misvak
ilə təmizləmək varid olmuşdur. Məqsəd Allahı zikr edilən yerin təmiz
olmasıdır.
.
Peyğəmbər Xeybər günü buyurdu: "Bu ağacdan – yəni, (soğan), sarımısaq
yeyən bizim məscidimizə yaxınlaşmasın”
23
.
4) Qibləyə Yönəlmək
22
Buxari 3960, 4323, Müslim 2498.
23
Buxari 853, Müslim 564.