Səhih Dua Və Zikirlər Kitabı
7
Muhəmməd Rəşid Rzanın bu jurnalını oxumağım mənə çox köməyi olub.
Hədis elminə olan məhəbbəti o, qədər artır ki atasının (əsas hissəsi) Hənəfi
məzhəbinin kitablarından təşkil edilmiş kitabxanası belə onun hədis elminə
olan təlabatını elm öyrənmək alovunu söndürə bilmirdi (ödəmirdi). Lakin atası
onun bu elmlə məşğul olmasına narazı idi və deyərdi ki, bu elm müflislərin
elmidir. Maddi çətinlik gənc alimə kitabları əldə etməyə çətinlik törətdiyinə
görə o, Dəməşqin böyük kitabxanası olan «əl-Məktəbətul əz-Zahriyyə» gedər
və oradan kitabları götürərdi. Şeyx Albani hədis elmi ilə o, qədər aludə olur
ki, öz saat dükanını bağlayaraq 8-12 saat və bəzən də daha çox vaxtını
kitabxanada keçirərdi. Yalnız namazdan-namaza kitabxanadan çıxardı. Hətta
bəzən o, qədər elmə bağlanardı ki, nahar etməyə də getməzdi. Özü ilə gətirdiyi
bir tikə çorək ilə kifayətlənərdi. Kitabxananın müdriyyəti onun elmə olan
həvəsini gördükdən sonra onun üçün müəyyən bir otaq ayırırlar və
kitabxananın açarlarını ona verirlər. Bu müddət ərzində gənc alim fiqhə,
əqidəyə dair bir çox əsrlər yazır. Bu əsərlərin bəziləri hələ indiyə qədər də nəşr
edilməmişdir. Gənc alim bu yolda çoxlu çətinliklərlə qarşılaşır. Lakin bütün
bunlara baxmayaraq səbr və ixlasla bütün bu çətinliklərdən qalib çıxır. Bu işdə
ona Dəməşqin bir çox tanınmış şeyxləri olan Baxcatul Baycar, imam
AbdulFəttah və Taufiq əl-Bərzaq – Allah onlardan razı olsun – ona nəsihətlər
verərək bu işdə daha da iradəli və qəti olmağı tövsiyə etmişlər. Bir müddətdən
sonra gənc alim həftədə iki dəfə dərslər verməyə başlayır. Moizələrlə, elmi
çıxışlarla Suriya, İordaniya, Misir, Qatar, Kuveyt, İspaniya, İngiltərə və s.
dövlətlərə səfərlər edir. Hicri 1381-1383-cü illər ərzində Mədinə İslam
Universitetinə hədis elmindən dərs vermək üçün dəvət alır. Bu illər ərzində
Universitetin fəxri üzvü, bir müddətdən sonra isə Universitetin fəxri
professoru adını alır. Hədis elmi ilə bağlı yüzlərlə əsərləri və araşdırmaları
vardır. Şeyx Albaninin təhqiq etdiyi kitablardan: «Buxari, Müslim, Tirmizi,
Əbu Davud, Nəsəi, İbn Məcə və s Səhih və Sünnən kitabları, Cəmius Səğir,
Mişkətul Məsabih, Seyid Sabiqin «Fikhus Sünnə», İmam Nəvəvi «Riyadus
salihin», İmam Buxari «Ədəbul Mufrad», İmam Zəhəbi «əl-Uluv» və s məşhur
kitabların təhqiqini etimişdir. Həmçinin 10-12 cilddən ibarət olan «Səhih
Hədislər Silsiləsi» isimli kitabında yalnız səhih hədislər və eyni ilə də «Zəif
Hədislər Silsiləsi» isimli kitabında isə yalnız zəif hədisləri toplamışdır. Bütün
bu işlərin nəticəsidir ki, hər bir müsəlman onun təhqiq etdiyi kitabları
oxuduqda asantlıqla səhih hədisi zəif və uydurma hədislərdən ayıra bilir.
Bundan başqa Şeyx Albaninin İslamın əsaslarına dair gözəl əsərləri vardır.
Bunların içərisində «Sifətu Salətu ən-Nəbiyyə min Təkbir ilə Təslim»
(Peyğəmbərin namaz qılma şəkili), «Mənasikul Həcc vəl Umrah fi Kitabi və
sunnah və Asari əs-Sələf» (Həcc və Ümrə ehkamları Kitab, Sünnə və Sələflərin
Səhih Dua Və Zikirlər Kitabı
8
gözü ilə) və s. Özündən sonra bir çox görkəmli İslam alimlərini qoyub
getmişdir. Bunlardan Şeyx Həmdi AbdulMəcid, Şeyx Muhəmməd Abbasi,
Ömər Süleyman əl-Aşkar, Şeyx Muqbil İbn Hadi əl-Vadii, Şeyx Muhəmməd
İbrahim Şakra, Şeyx Ali Xuşşah, Şeyx Məhəmməd Cəmil Zinu, Şeyx
AbdurRahman AbdusSaməd, Şeyx Səlim əl-Hilali, Şeyx Ali Həsən
AbdulHəmid əl-Hələbi və s. Şeyx Albani Hicri 1420-ci il 22 Dumada əs-
Səniyyə ayında (miladi tarixi ilə 2 oktyabr 1999-cu ildə) 87 yaşında mübarək və
xeyirli bir ömür sürərək dünyasını dəyişmişdir. Allah Ona Rəhmət Etsin!
İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə toplayıb başa
çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını,
məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər
haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və
çarəsizlikdən Allaha sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri
tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə
bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona
əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Ayrıca bu kitabı toplamaqda mənə kömək edən, bu kitabda zəhməti olan,
öyüd vermək və ya dua etmək məqsədilə mənə yardım edən hər bir kəsə də
təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın!
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram.
Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan
qoruyan da Odur. "Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni
yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir.
Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı
bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və
məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et!
Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85).
Allahın salavat və salamı onun Peyğəmbəri Muhəmmədə , onun ailə
üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh
möminlərin üzərinə olsun!
Bitirdim: Miladi 2011-ci il 18 Sentyabr
Hicri: 1432-ci il 20 Şəvval
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)