Səhih Dua Və Zikirlər Kitabı
24
bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən”. (İbrahim 36).
Və İsa bu kəlamını:
“Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları
bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!". (əl-Maidə 118).
oxuyaraq, əllərini qaldırıb dedi: “Allahım, ümmətim, ümmətim!” və ağlamağa
başladı. Allah hər şeyi daha yaxşı bildiyi halda buyurdu: “Ey Cəbrail,
Muhəmmədin yanına get və soruş ki, səni ağladan nədir?”. Cəbrail onun
yanına gələrək soruşur və Peyğəmbərin dediklərini - Allaha bildiyi halda -
xəbər verir. Allah: “Ey Cəbrail, Muhəmmədin yanına gedərək de ki, Biz səni
ümmətin üçün istədiyin şeydə razı salacağıq və səni pərişan etmərik”
48
.
13) Dua Edənin Çətinlikdə Və Ehtiyaclı Olmasını Allaha Bildirməsi
"
.
"
“Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim!
Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!". Biz onun duasını qəbul
etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik.
Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə
yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 89-90).
14) Duanın Qısa, Lakin Çox Mənalı Və Gözəl Kəlmələrlə Olması
Edilən dua uzunçuluqdan, lazımsız və artıq kəlmələrdən uzaq olmalıdır.
Aişə rəvayət edir ki, Allah Elçisi Cəvəmiul (qısa və çox mənalı)
duaları sevər və bundan qeyrilərini tərk edərdi”
49
.
15) Dua Edənin Ən Birinci Özündən Başlaması
48
Muslim 202, 520.
49
Əbu Davud 1482, 1484, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
25
Ubeyy İbn Kəb rəvayət edir ki, Peyğəmbər dua etdiyi zaman ilk öncə
özündən başlayardı. (Bir gün) buyurdu: “Allahın rəhməti bizim və (qardaşım)
Musanın üzərinə olsun. Əgər (o) yoldaşından gördüyü şeylərə səbr etsəydi
(Xızırdan bu gördükləri haqqında sual verməsəydi daha çox hadisələrin
şahidi olardıq). Lakin o, (gördüklərinə səbr etməyərək) buyurdu: "Əgər
bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən
artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın"
50
.
"
"
“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla.
Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey
Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).
Əgər
başqası üçün dua etmək istəyirsə özünə dua etmədən ona etdiyi dua ilə
kifayətlənə bilər.
16) Duanı Bir Neçə Dəfə Təkrar Etmək
İbn Məsud rəvayət edir ki, Peyğəmbər üç dəfə dua və üç dəfə istiğfar
etməyi xoşlayardı”
51
.
17) Davamlı Olaraq Hər Bir Zaman Dua Etmək
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sıxıntılı və kədərli
anlarda duasının qəbul olması kimi sevindirirsə, rahatlıq olan zamanda
duasını çoxaltsın”
52
. O, kəslər kimi olmayın ki, onlar yalnız başlarına iş gəldiyi,
çətin anlarında Allahı xatırlayarlar.
50
Əbu Davud 3984, 3986, əl-Albani “Sahihul Cəmi” 4723.
51
Əbu Davud 1524, 1526, əl-Albani “Zəif”.
52
Tirmizi 3382, 3710, əl-Albani “Sahihul Cəmi” 6290.
Səhih Dua Və Zikirlər Kitabı
26
"
"
“İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra
Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur
və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De:
"Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm
sakinlərindənsən!". (əz-Zumər 8).
"
"
“İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir
pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar”. (əl-Fussilət 51).
"
.
"
“İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona
Özümüzdən bir nemət verdikdə deyir: "Bu mənə yalnız özümdə olan biliyə
görə verilmişdir!" Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir.
Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç
bir fayda vermədi”. (əz-Zumər 49-50).
Peyğəmbər buyurdu: “Allahı xoş anında (ibadət, dua və s. edərək) tanı ki,
Allah da səni çətin anında tanısın”
53
. Əbu Dərda rəvayət edir ki: “Şən
günlərində Allaha dua et ki, O da sənin duanı çətin günlərində qəbul etsin”
54
.
18) Sevgi, Qorxu Və Ümid İlə Yalvararaq Dua Etmək
"
"
53
Əhməd 1/293, əl-Albani “Sahihul Cəmi” 2961, “Səhih Və Daif Cəmius Səğir” 5272.
54
AbdurRazzaq “Musannəf” 11/180.