Əhməd Ələkbər oğlu Quliyev – Lənkəran Dövlət Universitetinin baş müəllimi



Yüklə 18,78 Kb.
səhifə2/2
tarix10.05.2022
ölçüsü18,78 Kb.
#86443
1   2
referat 3926

Təhlükəsiz zona – düşmən başqını gözlənilən şəhərlərin əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonasından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir. Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir: 1) müasir qırğın silahlarının təsirindən, dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini; 2) müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini; 3) Mülki Müdafiə qüvvələrinin zədələnmə ocağınıa yeridilməsi üçün əlverişli surətdə qruplaşdırılmasını; 4) lazimi gigiyena-sanitariya şəraitini.

Köçürmə tədbirləri əvvəlcədən planlaşdırılmalı və təhlükə yaranarkən yerinə yetirilməlidir. Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri qabaqcadan, sülh dövründə başlanılır. Bu məqsədlə: -nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır; -mövcud olan rabitə, ondan idarəetmə orqanlarının istifadə etməsi məqsədilə inkişaf etdirilir; -mənzil fondu, tibb, kommunal, mədəni-maarif, ticarət müəssisələri və digər sahələr köçürülüb gətirilən əhalinin yerləşdirilməsi və ona xidmət göstərilməsinə hazırlanır; -əlavə su təchizatı məntəqələrinin yaradılması və avadanlıqlaşdırılması, digər mühəndis–texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.

Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali və orta ixtisas məktəbləri tələbələrinin, texniki–peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür.

Köçürmə əsasən kombinasiyalı üsulla – bir hissə piyada, bir hissə isə nəqliyyat vasitələrilə ərazidən dərhal çıxarılır. Qismən köçürmə hallarında ilk növbədə yardımçı internat məktəblərin şagirdləri, uşaq evlərindəki uşaqlar, orta ümumtəhsil məktəblərin şagirdləri, ali və orta ixtisas məktəblərinin tələbə və professor–müəllim heyəti (ailə üzvləri ilə), həmçinin qocalar evlərində yaşayan təqaüdçülər və xidmət heyəti təhlükəli rayonlardan çıxarılır.

Köçürmə işini yerinə yetirmək üçün köçürmə komissiyaları yaradılır. Komissiyanın heyətinə rayon tibb xidmətinin, kənd təsərrüfatı istehsalat idarəsinin, rayon istehlak cəmiyyətinin, rayon polis şöbəsinin, rabitə və xəbərdarlıq xidmətinin, təhsil şöbəsinin, ictimai təminat şöbəsinin nümayəndələri, hərbi komissarlığın işçiləri, mənzil-kommunal şöbəsinin, rayon həmkarlar təşkilatı nümayəndələri, habelə 3-4 texniki işçi daxil edilir. Komissiya qüvvələri təyin olunan toplanış-köçürmə məntəqələrində gələn əhalini qeydiyyata alır və qruplar üzrə onların piyada, nəqliyyat vasitələrilə və s. aparılmasını planlaşdırır. Piyada yürüş edən adamlar üçün istirahət (düşərgə) müddətləri sonra nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqəlik) - hər 1-1,5 saat yürüşdən sonra istirahət (1-2 saatlıq) yolun ikinci yarısında, adətən ehtimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir. Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər. Ümümiyyətlə işə, fövqəladə hallarda köçürmə işlərinin müvəffəqiyyəti köçürülən əhalinin çevik fəaliyyətindən, mütəşəkkil, intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı olacaqdır. Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən sənəd və yaşayış, yaxud da iş yeri üzrə tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.

“Mülki müdafiə haqqında” qanuna uyğun olaraq, əhalinin köçürülməsi ilə əlaqədar olan məsələlərin həlli şəhər və rayonların hakimiyyət orqanlarına və yerli özünü idarəetmə orqanlarına həvalə olunmuşdur. Əhalinin köçürülməsi haqqında xəbərdar edilməsi mərkəzi xəbərdaretmənin avtomatlaşdırılmış sistemi ilə, yerli televiziya və radiostansiyaların köməyilə, meydanlarda və ictimai asayişin mühafizə xidmətinin avtobuslarında qoyulmuş səsucaldanlar vasitəsilə yerinə yetirilir. Əhali kütləvi informasiya vasitələrinin köməyilə zədələnmiş (və ya çirklənmiş) ərazidə davranış qaydaları haqqında, sıgınacaqlardan və əhalinin mühafizəsi üçün düzəldilmiş otaqlardan istifadəetmə qaydaları üzrə, fərdi mühafizə vasitələrinin və tibbi profilaktikanın tətbiqi üzrə təlimatlandırılır.

Köçürülmüş əhali şəraitdən asılı olaraq, xüsusi sərəncam verilənə qədər təhlükəsiz rayonlarda yerləşdirilir. Köçürülənlərin qısa müddətə yerləşdirilməsi üçün ictimai bina və otaqlardan: klublardan, istirahət evlərindən, sanatoriyalardan, turist bazalarından və s. istifadə edilir. Radioaktiv çirklənmə və atom energetikası obyektlərində qəza baş vermiş zonalardan əhalinin köçürülməsi daha mürəkkəb məsələdir.



Yerli İcra Hakimiyyətinin başçısı əhalinin və müəssisələrin şəhərdənkənar zonalarda qəbul edilməsi və yerləşdirilməsinin əsas təşkilatçısıdır. Onlar bu işlərə kənd və qəsəbə icra nümayəndələri, mülki müdafiə qərargahları, köçürmə komissiyaları, qəbuletmə və toplanış köçürmə məntəqələri, nəqliyyata mindirmə (yükləmə) və nəqliyyatdan düşürmə (boşaltma) stansiyaları (məntəqələri) vasitəsilə rəhbərlik edirlər. Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə komissiyası rayonun mülki müdafiə qərargahı ilə birlikdə fəaliyyət göstərir. İcra Hakimiyyəti nümayəndələri, rəhbərləri və onların qərargahları gələn adamların yerləşdirilə biləcəyi mənzil fondunu, istehsalat binalarını və digər tikintiləri əvvəlcədən bölüşdürür. Köçürülənləri qəbuletmə məntəqələrini ictimai binalarda (məktəblərdə, klublarda) yerləşdirmək məqsədəuyğundur.
15.10.2014
Yüklə 18,78 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə