Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov


İqtisadi inkişafın İsveç modeli



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə18/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   14   15   16   17   18   19   20   21   ...   224

1.2.7. İqtisadi inkişafın İsveç modeli 

İsveçdə  mövcud  oian iqtisadi sistem  qanşıq  sistem  kimi  xarakterizə  olunur. 

Mülkiyyətin üç formasımn birliyinə və qarşılıqlı hərəkətinə əsaslanır: özəl, dövlət və 

kooperativ. İsveç modelinin əsasında fəal dövlət tənzimlənməsi ilə müşahidə olunan 

rəqabətə əsaslanan bazar iqtisadiyyatı dayamr. İnkişafın İsveç modelinin fərqləndirici 

xüsusiyyəti əhalinin tam məşğulluğu və yüksək rifah səviyyəsidir. Bu model bütün 

kateqoriyadan  olan  zəhmətkeşlərin 

5^sək  əmək  haqqı  alması,  işsizliyin  aşağı 

səviyyəsi və istehlakm yüksək səviyyəsi ilə xarakterizə olunur. Bütün dünyada İsveç 

modeli sosial həmrəylik modeli kimi qəbul edilmişdir. 9,5 milyon əhalisi olan ölkədə 

işsizliyin səviyyəsi 1,3 faiz (Yaponiyadan az) olmuşdur (2011-ci il). 

İsveç  modelinin  əsas  məqsədlərinə  aid  edilir:  yüksək  və  stabil  məşğulluğa 

kömək  etmək,  sürətli  iqtisadi  artım,  əhalinin  gəlirlərinin  bəra-bərləş-  dirilməsi, 

regional iqtisadi tarazlığa kömək etmək, qiymətlərin stabilliyinə nail olmaq. Dövlət 

tənzimləməsi  hər  şeydən  öncə  ümummilli  səvij^ədə  əmək  münasibətlərinin 

tənzimlənməsi, iş qüvvəsinin təkrar istehsalını və onun dəyərinin formalaşdınimasım 

təmin edən müəssisələr üzərində dövlət mülkiyyəti vasitəsi ilə həyata keçirilir. İsveç 

modelinin  özəyini  təşkil  edən  sosial  siyasət  üç  mühüm  prinsipə  əsaslanır:  xoş 

güzərana nail olmaq üçün bərabər imkanların yaradılması; əmək qabiliyyətli əhalinin 

tam məşğulluğuna nail olunması; əhaliyə sosial zəmanətlərin verilməsi. Əmlak qeyri- 

bərabərliyinin  azaldılması  milli  gəlirin  əhalinin  aztəminatlı  təbəqəsinin  xeyrinə 

yenidən bölüşdürmək hesabına əldə edilir. Sosial siyasət pulsuz xidmətlər (transfert 

ödənişləri)  vasitəsilə  sosial  tələbatlann  yüksək  səviyyədə  ödənilməsini  təmin  edir. 

İstənilən  işçi  müdiriyyətə  heç  bir  tibbi  və  sığorta  sənədi  təqdim  etmədən  100  faiz 

əmək  haqqısı  saxlamimaqla  bir  həftə  işə  çıxmaya  bilər,  məzuniyyət  müddəti  beş 

həftədir, əlavə olaraq il ərzində xəstəliyə görə 26 gün işə çıxmaya bilərlər (Avropa 

İttifaqında 14 gün), dünyada ən aşağı iş saatı İsveçdədir - 1482 saat (Fransa - 1696 

saat). 


Sənayecə  inkişaf  etmiş  ölkələr  arasında  ən  yüksək  məşğulluq  səviyyəsi 

İsveçdədir. Bunun da əsas səbəbi işçilərin yenidən hazırlanmasımn dövlət siyasəti və 

güclü həmkarlar təşkilatıdır. Sosial siyasəti uğurla yerinə yetirmək üçün yüksək vergi 

dərəcələri müəyyən edilmişdir. Belə ki, ÜDM- da vergilər 50 faizdən çoxdur. Digər 

inkişaf etmiş ölkələrdə bu göstərici 30- 40 faiz təşkil edir. 1980-cı ildən vergilərin 

orta həddi azaldılmışdır. Ancaq yenə də onun səviyyəsi yüksəkdir. 

Qeyd olunmalıdır ki, bir tərəfdən, sosial proqramlann reallaşdıniması, yüksək 

məşğulluq səviyyəsinin saxlamiması, digər tərəfdən, yüksək inkişaf tempinin təmin 

edilməsi,  iqtisadiyyatın  səmərəliliyinin  yüksəldilməsi,  inflyasiya  ilə  mübarizə 

arasında ziddiyyət vardır. Bu da İsveç modelinin 

39 



xarakterik  xüsusiyyətlərindən  biridir.  Ancaq  90-cı  illərdə  ölkənin  iqtisadiyyatında 

müəyyən  çətinliklər  meydana  çıxdı:  əhalinin  tam  məşğulluğu  iş  qüvvəsinin 

çatışmamasına və əmək haqqmm artınimasına səbəb oldu. Yüksək istehsalat xərcləri 

ixrac  mövqeyinin  itirilməsinə,  yerli  investorlann  xarici  ölkələrdə  istehsal  sahələri 

yaratmasımn stimullaşdmlmasma gətirib çıxartmışdır. Yüksək istehsal xərcləri sosial 

müdafiə  sistemi  ilə  şərtlənmişdir.  Hökumət  məcbur  oldu  ki,  sosial  proqramlan 

azaltsın  (ixtisar  etsin),  «sosial  bərabərlik»dən  imtina  etsin,  monetar  tənzimləməni 

gücləndirsin,  yenidən  bölüşdürmə  proseslərinə  dövlətin  birbaşa  müdaxiləsini 

zəifiətsin. 

1993-cü  ildə  hökumət  yeni  maliyyə  islahatlarına  başlamışdır.  Onun 

mahiyyəti  istehlaka  görə  verginin  10 faiz  səviyyəsində  saxlamiması  və  vərəsəliyə 

görə verginin azaldılması olmuşdur. İsveç modeli güclü sosialyönümü ilə fərqlənir. 

Yüksək  həyat  səviyyəsini  (məşğulluq,  təhsil,  sosial  sığorta)  təmin  etmək, 

infirastruktur  obyektlərini  (nəqliyyat,  elmi-tədqiqat  və  təcrübə-  konstruktur  işləri) 

yaratmaq  və  əhali  arasında  əmlak  qeyri-bərabərliyini  azaltmaq  dövlətin 

funksiyasıdır. Ona görə də bu ölkədə XX əsrin 90-cı illərində ÜDM-un yandan çoxu 

dövlət sektorunda istehsal olunmuşdur. İsveç  modeli üçün səciyyəvi olan cəhətlər 

gəlirlərin  geniş  surətdə  yenidən  bölüşdürülməsi  və  sosial  təminatlann  yüksək 

səviyyədə  olması,  yüksək  sosial  müdafiə  sisteminin  yenidən  bölgü  metodlan 

hesabma  yüksək  vergilər  və  dövlət  xərcləri  vasitəsilə  əldə  olunması,  sosial 

vəzifələrin  həllinin  istehsaldan  kənara  çıxaniması,  bölgü  və  yenidən  bölgü 

münasibətlərinə üstünlük verilməsi ilə fərqlənir. 

Avropada ən yüksək vergi İsveçdədir - əhalinin gəlirlərinin 58 faizə qədəri. 

Burada əhalinin aylıq gəlirinin 40 faizi yaşayışa, işıq və suya 20 faizi, sığortaya 20 

faizi,  telefon,  internet  və  televizordan  istifadəyə  15  faizi  xərclənir.  İsveçdə  təhsil 

haqqı ödəmirlər. Dərman üçün maksimum ödəniş il ərzində 250 evro təşkil edir. İlin 

axınna qədər “pulsuz kartoçka”dan istifadə olunur. Belə kartoçkalar əsasında yazılan 

reseptlərdəki dərmanlar pulsuz verilir. Mənzillə təminatda da dövlət kömək edir. Bu 

ölkədə  mənzil  üçün  götürülən  kreditin  müəyyən  hissəsini  hər  ay  dövlət  ödəyir 

(53,25.10.2012). 

1.2.8.

 

İqtisadi inkişafm Latviya modeli 



2004-cü ildən Avropa İttifaqımn üzvü olan Latviya Respublikasında əvvəllər 

Şərqdəki qonşularla inteqrasiya məqsədi ilə yaradılmış bütünlükdə istehsal sektorları 

və  müəssisələr  yenidən  qurulmuşdur.  Elektronika,  kimya,  yüksək  texnologiyalar, 

telekommunikasiya,  turizm,  maliyyə  vasitəçiliyi  prioritet  sahələrdir.  Latviya 

elektrotexnika, radioelektronika, cihazlar, rabitə vasitələri, nəqliyyat vasitələri, kənd 

təsərrüfatı avadanlıqlan istehsalı üzrə ixtisaslaşır. Toxuculuq və tikiş, kimya, ağac 

emalı, ət-süd, balıq, 

40 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə