parfyumeriya-kosmetika, əczaçılıq sənaye sahələri inkişaf etdirilir. Elm tutumlu
sənaye məhsullanmn istehsalmm indiki 6 faizdən 25 faizədək artınl- ması vəzifəsi
qarşıya qoyulmuşdur. Bank sferasında xarici kapitalın payı 70 faizə çatmışdır.
Ümumi daxili məhsulun 70 faizdən çoxu xidmət sektorunda yaradılır. 2,3 mln. nəfər
əhalisi olan Latviya 35 milyard dollar və ya adambaşına 15,5 min dollar dəyərində
ümumi milli gəlir istehsal etmişdir.
1.2.9.
İqtisadi inkişafın Litva modeli
Hökumət tərəfmdən sərt maliyyə və valyuta siyasəti həyata keçirilir. Yüngül
sənaye və turizm əsas prioritetdir. Fosfor və azot gübrə istehsalı, neft emalı zavodu,
ağac emalı və tikinti materiallan istehsalı müəssisələri inkişaf etdirilir. Litva
Respublikasında Avropa standartlarma uyğun olaraq yüngül sənaye müəssisələri
əsaslı sürətdə modernləşdirilmişdir. Xarici kapi- talm qoyulduğu azsaylı sahələrdən
biri yüngül sənayedir. Əhalisi 3,4 mln nəfər olan ölkə 51 milyard dollar həcmində
ümumi milli gəlir istehsal etmişdir.
/
1.2.10.
İqtisadi inkişafm Çin modeli
^
1978-ci ildə ölkə iqtisadiyyatının modemləşdirilməsinə həsr olunmuş
proqram elan edilmiş və adambaşına gəlirlərin orta dərəcəli inkişaf etmiş ölkələrin
səviyyəsinə çatdırmaq məqsədi qarşıya qoyulmuşdur. Bu məqsədlərə nail olmaq üçün
ölkədə «sosialist bazar iqtisadiyyatım» formalaşdırmaq, iki təsərrüfat sisteminin
idarəetmə vasitələrindən istifadə, etmək qərara alınmışdır. O dövrdə Çinin görkəmli
reformatoru DEN Syadpin demişdir: “...pişiyin hansı rəngdə olması vacib deyil, təki
o siçanlan tuta bilsin”. Bu o demək idi ki, hər iki sistemin (sosialist və bazar iqtisadi
sistemlər) iqtisadi- inzibati mexanizimlərindən istifadə qəbul edilə bilər. (63, s.49).
Plan-bölgü və bazar sistemindən paralel istifadə, bazar elementlərinin tədricən tətbiqi
və mərkəzləşdirilmiş bölgünün tədricən ixtisan, dövlət sektorunun payımn
azaldılması, xüsusi sektorun genişləndirilməsi və başqa mülkiyyət forma- lanndan
istifadə kimi konseptual əsaslar Çin hökumətinin iqtisadi siyasətinin istiqamətlərini
təışkil etmişdir. Beləliklə, Çin xalq Respublikası 1978-ci ildən azad iqtisadiyyat
sistemi qurmağa başladı. Bu ölkədə başlanğıcdan iqtisadi islahatlann həyata
keçirilməsi strategiyası mərhələlərə bölünmüş və mərkəzləşdirilmiş təsərrüfat
sistemindən müasir bazar iqtisadiyyatma keçidin tədricən həyata keçirilməsi
konsepsiyası qəbul edilmişdir. İqtisadi islahatlann ilk mərhələsində Den Syaopin
demişdir ki: “Planlı iqtisadiyyat hələ sosializm deyil. Tam xüsusi mülkiyyət
şəraitində də planlaşdırma həyata keçiıilk, bazar iqtisadiyyatı da kapitalizm deyil”.
1978-1984-cü illərdə
41
planlı təsərrüfatın hökmranlığı saxlanılmış və bazar metodlan ilə tənzimləmə
köməkçi xarakter daşımışdır. Qəbul edilən qərarlar ölkənin milli xüsusiyyətlərini
nəzərə alır və dövlətin makronəzarət və tənzimlənmə funksiya- larmı təmin edirdi.
1984-1992-ci illərdə «planlı əmtəəlik təsərrüfat» konsepsiyası qəbul edilmiş,
planlaşdırmamn və bazann mexanizmlərinin üzvü surətdə əlaqələndirilməsi nəzərdə
tutulmuşdur. Keçmiş SSRİ məkamnda yaradılmış dövlətlərdən fərqli olaraq, Çində
bazar iqtisadiyyatına keçidin özü planlaşdınimışdır. İqtisadi islahatlann
başlanmasından ancaq 14 il keçəndən sonra, yəni 1992-ci ildən iqtisadiyyatda və
ictimai resurslann bölüşdürülməsində bazann apancı rolu konsepsiyası qəbul
edilmişdi. İqtisadi inkişafın təmin edilməsində bazar mexanizmlərinin apancı rolu
təkamül yolu ilə bərqərar edilmişdir. Əgər Polşada, Rusiya Federasiyasında,
Azərbaycanda və keçmiş SSRİ-nin respublikalannda eyni vaxtda üç istiqamətdə
islahatlar həyata keçirilməyə başlamldısa - bazar mühitinin yaradılması, dövlət
əmlakının özəlləşdirilməsi və cəmiyyətin demokratikləşməsi - Çin Xalq
Respublikasında isə ilk mərhələdə başlıca diqqət bazar mühitinin və bazar
subyektlərinin yaradılmasına yönəldilmişdir. Özəlləşdirmənin və demokratiyanın
ancaq bazann normal inkişafı ilə əlaqədar olan elementləri tətbiq edilmişdir. Onlar
«özəlləşdirmə» anlayışı altında iqtisadiyyatın özəl sektorunun dövlət sektoru
əsasında yox, ona paralel olaraq, müstəqil yaradılmasım və inkişafını başa
düşürdülər. Bunun üçün lazımi şərait yaradılırdı. Özəl sektorun genişləndirilməsi
dövlət sektorunun bazar iqtisadiyyatına keçməsi ilə ortaya çıxan mənfi hallan -
istehsal strukturunun dəyişdirilməsi, işçilərin azad edilməsi və digər amillərin
cəmiyyətdə mənfi təsirlərini azaltmağa kömək etmişdir.
İslahatlann tədricən apaniması istehsalın və əhalinin bazann tələblərinə
sarsıntısız uyğunlaşmasını təmin etmişdir. Bu da öz növbəsində islahatlann
aparılması üçün əlverişli sosial - psixoloji mühit yaratmışdır. İslahatlar iqtisadiyyatda
böhran vəziyyəti yaratmamış, iqtisadi yüksəlişi təmin etmiş, istehsalın səmərəliliyini
artırmışdır. Ölkənin bazar sisteminin mexanizmlərindən istifadə edilməsində,
bütünlükdə bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlann həyata
keçməsində həlledici rol dövlətə məxsusdur. Dövlət maliyyə-vergi, pul-kredit
münasibətlərini planlaşdınr və tənzimləyir, əsas mal və xidmətlərə qiymətləri
müəyyən edir.
Çin iqtisadi modelinin bir fərqləndirici xüsusiyyəti də həyata keçirilən
tədbirlərin dövlətin güclü nəzarətedici və tənzimləyici fimksiyalannm saxlanılması
şəraitində aparılmasından ibarətdir. Dövlət müəssisələri əvvəlki kimi planlaşdırma
orbitində saxlanılmış və bazar mühitinə tədricən cəlb edilmişlər. Çin əhalisinin milli
xüsusiyyətləri də nəzərə alınmışdır.
İqtisadi inkişafın Çin modeli Şərqi Avropada geniş tətbiq olunan «şok
terapiyası» modelindən prinsipial cəhətləri ilə fərqlənir. «Şok terapiyası»
42