verməsini təmin edirdi. Bu prosesə istinad edərək Qərbdə Yaponiyanı «vahid
səhmdar cəmiyyəti» adlandırmışlar. “İnzibati rəhbərliyin” təşkilati forması
iqtisadiyyatla məşğul olan nazirliklərin və digər dövlət idarəetmə orqanlarımn
yanında məşvərətçi səslə yaradılan çoxsaylı komitələr olmuşdur. Komitələr dövlət
orqanlarının və iri biznes strukturlanmn nümayəndələrindən formalaşdınimışdır.
Onlar iqtisadi siyasətin məsələlərinə aid razı- laşdınlmış qərarlar hazırlayırdılar. Bir
qayda olaraq qərarlann razılaşdınl- ması maliyyə stimullanna əsaslamrdı. «İnzibati
rəhbərliyin» səmərəli mexanizm olmasım XX əsrin 50-60-cı illərində sənaye
siyasətinin misalında görmək olar. Komitələrdə hazırlanmış bu siyasət köhnə baza
sahələrinin (kömür, metallurgiya, kimya, maşınqayırma və b.) yeni texnika əsasında
rekonstruksiyasını və dünya bazarında rəqabətə tab gətirən yeni sahələrin (neftkimya,
elektronika, kimyəvi liflər və s.) yaradılmasını nəzərdə tuturdu. Bu məqsədə nail
olmaq üçün müvafiq nazirliklər tərəfindən məqsədli proqramlar hazırlanmışdır.
Dövlət tənzimləməsinin birbaşa obyekti kimi özəl müəssisələrin investisiyalan və
onlann maliyyələşdirilməsi, istehsal gücləri, məhsullann assortimenti, qiymətlər və
təsərrüfat fəaliyyətinin digər mühüm parametrləri olmuşdur. Bu siyasətin
səmərəliliyini təmin etmək məqsədilə hökumət xarici rəqabəti məhdudlaşdırmış
(ticarətdə himayədarlıq və valyuta siyasəti vasitəsilə), investisiyalar xətti ilə və
texniki yeniliklər vasitəsilə sahələrarası rəqabəti stimullaşdırmışdır.
Özəl sektor məmnuniyyətlə dövlət orqanlan ilə əməşdaşlıq edirdi. Bu
əməkdaşlıq subsidiyalar, kreditlər, vergilər, valyuta, texniki lisenziyalar və sairlərlə
dövlət tərəfindən stimullaşdırılırdı. Özəl sahibkarlığın tənzimlənməsində dövlət
qanunvericiliklə təsbit olunan reqlamentasiya sistemindən istifadə edirdi. Ən yüksək
dövlət reqlamentasiyası xarici iqtisadi əlaqələr və kredit-maliyyə sferasım əhatə
edirdi.
Dövlətin iqtisadiyyatda iştirakının fərqləndirici xüsusiyyəti ondan ibarət idi
ki, makroiqtisadi tənzimləmə mikrosəviyyədə dövlətin müdaxiləsinin kifayət qədər
səmərəli mexanizmi ilə üzvü surətdə əlaqələndirilirdi. Bu mexanizmin əsasında sərt
reqlamentlərin müəyyənləşdirilməsi dururdu.
XIX əsrin axırlannda XX əsrin birinci yarısında sənayenin inkişafında dövlət
müəssisələrinin yaradılması, müəssisələrin subsidiyalaşdıniması və yüksək müdafiə
tariflərinin qoyulması böyük rol oynamışdır. Dövlət bəzi sahələrdə (metallurgiya
sənayesi, neftkimya, neftemalı, sintetik liflər istehsalı və s.) avadanlıq parkmm
həcmini nizamlamaq məqsədilə avadanlığa kapital qoyuluşuna müdaxilə etməyə
başladı. Dövlətin müdaxiləsi hökumət və işgüzar dairələrin nümayəndələrinin
uzlaşdıncı müşavirələri formasında apanlırdı. «İnzibati rəhbərlik» metodu eyni
zamanda xüsusi qanunvericiliklə təmin edilmişdir. Bu metoddan ən çox maliyyə,
kənd təsərrüfatı, nəqliyyat, rabitə, əmək, tikinti, xarici ticarət və sənaye nazirlikləri
tərəfindən geniş
33
istifadə edilmişdir. Dövlət həmçinin kiçik və orta müəssisələrin kooperasiya
olmalarına köməklik edir və onlann fəaliyyət dairəsini tənzimləyirdi. Xüsusi seçilmiş
sahələrdə, avtomobilqayırmada, xüsusi markalı poladm və neft- kimya məhsullann
istehsalmda struktur dəyişikliklərini həvəsləndirmək məqsədilə dövlət onlara vergi
və maliyyələşdirmə sahələrində güzəştlər vermişdir.
Müharibədən sonrakı dövrdə Yaponiyanın iqtisadi inkişafı birinci növbədə
dövlət tənzimləməsi sayəsində təmin edilmişdir. Belə siyasət imkan vermişdir ki,
Yaponiya qısa dövr ərzində özünün sənayesi əsasında ardıcıllıqla, mərhələ-mərhələ
yeni-yeni məhsullar istehsal etsin.
Dövlət müəssisələrinin yaradılması və sonradan onlann xüsusi mülkiyyətə
verilməsi, müəssisələrə subsidiyalann verilməsi və güclü müdafiə rüsumlannm
tətbiqi Yaponiyanm sənayeləşdirilməsində böyük rol oyna- mışdu* (49, s.lOO).
İqtisadiyyat möhkəmləndikcə prioritet prinsipi müəyyən dəyişikliklərə məruz
qalmışdır. Belə ki, konkret zaman daxilində sənaye sahələrinin inkişafının idarə
olunmasının prioritetliyindən yaxm və uzaq gələcəkdə milli iqtisadiyyatın prioritet
istiqamətlərinin seçilməsinə və qiymətləndirilməsinə keçilmişdir ki, bu da
hal-hazırda dövlətin əsas tənzimləyici funksiyalarından biridir. İqtisadiyyatm
perspektiv inkişaf istiqamətlərinin əvvəlcədən müəyyən edilməsi dövlətin əsas
tənzimləyici funksiyalarmdan biri olmuşdur.
Dünya iqtisadi situasiyasının inkişafının hərtərəfli proqnozlan və daxili
situasiyasımn fonunda nəzərdə tutulan perspektivlərin diqqətlə əsas- landınlması bu
istiqamətdə əhəmiyyətli dərəcədə intellektual, informasiya və iqtisadi resurslarm
cəmləşdirilməsini tələb edirdi. Bu vəzifənin yerinə yetirilməsi praktikada
ayn-aynlıqda heç bir kompaniya və hətta iri özəl sahibkarlar birliyi tərəfindən
mümkün olan iş deyildi. Beləliklə, müharibədən sonrakı dövrdə formalaşmış Yapon
iqtisadi modeli makro və mikro iqtisadi səviyyədə dövlət tənzimləməsinin yüksək
səmərəliliyi ilə seçilmişdir (56). Hal-hazırda Yaponiya modeli dövlət tərəfindən fəal
tənzimlənən model kimi beynəlxalq miqyasda qəbul edilmişdir. Dövlət
tənzimlənməsinin fəal rolu iqtisadi inkişafın, struktur, investisiya və xarici iqtisadi
əlaqələrin tənzimlənməsində öz əksini tapır. Yüksək səmərə verən korporativ
idarəetmə sistemi yaradılmışdır. Bütün bunlar sosial siyasətlə əlaqəli həyata keçirilir.
XXI əsrin əvvəllərindən postindustrial mərhələsinə daxil olan Yaponiya öz
İqtisadi inkişaf modelində islahatlann apanimasına başladı.
Postindustrial mərhələsində Yaponiya üçün xarakterik xüsusiyyət dövlət
mülkiyyətinin aşağı xüsusi çəkiyə malik olması və onun infrastruktur sahələrdə
cəmlənməsi, həmçinin ÜDM-də dövlət xərclərinin və vergilərin saymm az olmasıdır.
Dövlət xərclərinin strukturunda cari istehlak xərcləri azlıq, investisiyalann payı
üstünlük təşkil edir. Şəxsi qənaətin yüksək stabil
34