dən çıxarılmasına mane olur. O, daxili investiya kimi istifadə olunur. Bu istiqamət, ən
müasir istehsal da daxil olmaqla, çoxsahəli iqtisadiyyat yaratmağa imkan verir.
Təcrübədə ancaq istehlak mallanmn idxalı azalır, investisiya mallanmn idxalı artır,
konvertasiya olunan valyutamn defısiti artır. Lakin bu istiqamət xalis şəkildə rəqabəti
zəiflədir, dünya bazannda rəqabət qabiliyyətli mal istehsalım ləngidir. Ona görə də
ondan istifadə edən ölkələr bəzi hallarda qanşıq tipli istiqamətdən istifadə edirlər,
yəni daxili bazarda rəqabəti gücləndirmək məqsədi ilə istehsal və istehlak balanslan
əsasında müəyyən proporsiyada (nisbətdə) xarici mallar idxal edirlər.
İxracyönümlü istiqamətdə yeni yaradılan sahələr əvvəlcədən xarici bazara
oriyentasiya edilirlər. Güclü rəqabət mühiti yaratmaq məqsədi ilə ölkədə idxal
rüsumlan çox az müəyyən edilir (bəzən də sıfır dərəcəsi ilə). Bu cür oriyentasiya
xarici kapitalm aktiv sürətdə cəlb edilməsi ilə əlaqələndirilir, ölkədə aşağı vergi
dərəcələri müəyyən edilir, xarici kapitala müəyyən güzəştlər verilir. Vaxtı ilə
Yaponiyada və Cənubi Koreyada ixracyönümlü istiqamətin modifikasiya olunmuş
bir variantım tətbiq etmişlər. Modifıka- siya ondan ibarət olmuşdur ki,
rəqabətqabiliyyətli mallann və kapitalm ölkəyə sərbəst daxil olmasına icazə
verilməmişdir. Sonradan Çin və digər iri Asiya və Latın Amerikası ölkələri bu
istiqaməti tətbiq etmişlər.
İndi də bəzi ölkələrin iqtisadi inkişaf modelinin xüsusiyyətləri barədə daha
ətraflı aşağıdakılan səsləndirməyi lazım bilirik.
1.2.1.
İqtisadi inkişafın Amerika modeli
İqtisadi ədəbiyyatda Amerika sosial-iqtisadi modelinin üç dayaq üzərində
qurulduğunu bildirirlər: şəxsiyyət azadlığı, xüsusi mülkiyyət azadlığı və özəl
sahibkarlıq azadhğı. Bu liberal modelin əsas prinsipi kimi azad bazar və onun
mexanizmlərinin ədalətli rəqabət qanunlan əsasında fəaliyyət göstərməsini hesab
edirlər (65, s.ll7). Modelin fundamentinin səhmdar mülkiyyətindən ibarət olması
göstərilir. Ölkə əhalisinin 70 faizinin səhmdar olduğu vurğulamr.
Qərbi Avropa ölkələrinin sosial-iqtisadi modellərinin əsasında azad
sahibkarlığın, rəqabətin və ümumi regional bazarm dayandığı göstərilir. Amerika
modelindən fərqli olaraq Qərbi Avropada ümumi daxili məhsulun 38-60 faizi dövlət
büdcəsi vasitəsi ilə sosial sferamn xeyrinə bölüşdürülür. Asiya, o cümlədən
Yaponiya, Hindistan və Cənubi Koreya sosial-iqtisadi modelinin xüsusiyyəti kimi
dövlətin iqtisadiyyatda əhəmiyyətli dərəcədə iştirakı qeyd edilir ki, bu da Özünü
planlaşdırmada büruzə verir.
İqtisadi inkişafim Amerika modeli liberal modeldir, sosial siyasətdə fərdçilik
prinsipi həyata keçirilir. Özlərinin həm iqtisadi, həm də sosial problemlərinin
həllində ey təsərrüfatlannm ən yüksək fəallığımn təmin
25
edilməsi nəzərdə tutulur. Sosial siyasət vətəndaşlann fərdi problemlərinin həllinə
dövlətin müdaxiləsinin azalmasına, onlara mümkün qədər daha yüksək iqtisadi
sərbəstlik verilməsinə istiqamətləndirilmişdir. Hesab edilir ki, dövlət tərəfindən fəal
və təşəbbüskar fəaliyyət üçün şəraitin yaradılması sosial problemlərin həllində
insanlann öz qüvvələrini səfərbər etməyə və kənar şəxslərin köməyinə ümüd
bəsləməməyə imkan verir. Bununla bərabər amerikalalıların psixologiyası da mühüm
əhəmiyyət kəsb edir. Onlar şəxsi uğuru birinci yerə qoyurlar. Aztəminatlı əhali
qrupunun məqbul sayılan həyat səviyyəsinin, habelə iqtisadiyyatın digər
məsələlərinin tənzimlənməsi milli gəlirin müəyyən hissəsinin yenidən
bölüşdürülməsi və vergi funksiya- lan hesabına tənzimlənir. Bazar iqtisadiyyatının
amerika modelində dövlətin rolu məsələsinə müxtəlif mənbələrdə müxtəlif
qiymətləndirməyə rast gəlinir. Bəziləri yazırlar ki, bu ölkədə iqtisadiyyata dövlət
müdaxiləsi cüzidir. Nəzərə almaq lazımdır ki, bu qiymətləndirmə, əsasən,
mikrosəviyyəyə aiddir. Dövlət təkrar istehsalın o aspektlərini tənzimləyir ki, azad
rəqabət əsasında onlann səmərəli tənzimlənməsi mümkün olmur. Analoji xarakter
həmçinin sosial siyasətə də aiddir. Vətəndaşların sosial ehtiyaclanm ödəmək üçün
bazar edə bilmədiyini sosial siyasət təmin edir. Nəticədə ABŞ-da varlılann və
kasıblann həyat səviyyəsi arasında, əməkhaqqının səviyyəsində ciddi fərqlər (iri
amerika firmasının rəhbərinin əmək haqqı digər xidmətçilərin əmək haqqından yüz
dəfələrlə yüksəkdir) mövcuddur. Belə ki, ABŞ- da əhalinin ən varlı 10 faizi ölkə üzrə
maddi-maliyyə resurlanmn 83 faizini öz əlində cəmləşdirib. Əhalinin ən varlı I .faizi
isə ölkənin maddi-maliyyə sərvətlərinin təxminin .yarısına sahibdir. Gəlirlərin
qeyri-bərabər bölgüsü ABŞ üçün ciddi sosial problem olsa da, o, yalnız sağlam
iqtisadi rəqabətin nəticəsi kimi qəbul edilir. Bazar iqtisadiyyatımn amerika modelinin
xüsusiyyətlərindən biri də iqtisadiyyata dövlətin müdaxiləsinin aydm ifadə olunmuş
antitsikl, antiinflyasiya xarakteri daşımasıdır. Dövlət idarəetmənin bütün üç
səviyyəsində - federal hökumət, ştatlann hökuməti, bələdiyyələr bazara tənzimləyici
təsir göstərir. Bu tənzimləmə müəyyən məhsullann istehsalının dövlət
lisenziyalaşdırılması və bəzi mallann digər ölkələrə ixracının məh- dudlaşdınlması
sistemi vasitəsilə həyata keçirilir. Pul dövriyyəsi üzərində nəzarət bank kreditinin
köməyi ilə həyata keçirilir. Hökumət həmçinin əmək bazannda da tənzimləyici kimi
çıxış edir. O, əmək haqqımn minimum məbləğini müəyyənləşdirir və iş yerləri
yaradır. Beləliklə, tədqiqatçılann fikrincə, amerika iqtisadiyyatında, iqtisadi oyun
qaydalanmn təsdiq edilməsində, biznesin tənzimlənməsində amerika dövləti mühüm
rol oynayır.
Amerika modeli iqtisadi prosesin bütün iştirakçılanm ortaya çıxan
problemlərin həllinin axtanimasma istiqamətləndirir. Yeniliyə meyillilik (həssaslıq),
tərəqqiyə və innovasiyalara praktiki istiqamətlilik Amerika sisteminin bu baza
prinsipini möhkəmləndirir. Bu da imkan verir ki, sistem
26