liberal ənənələri saxlasın, milli və qlobal çağırışlara hazır olsun. ABŞ-ın iqtisadi
modelində liberal dəyərlər və ümummilli mənafelər optimal səviyyədə
əlaqələndirilmiş formada əks etdirilmişdir. Liberal dəyərlər və ümumi milli
mənafelər həm dövlət institutlan, həm də biznes və vətəndaşlar tərəfindən üzvü
surətdə qəbul edilir və həyata keçirilir (59, s.49).
Amerika modelində bir mühüm cəhət hökumətin iqtisadi siyasətinin
formalaşmasında alim və mütəxəssislərin idarəetmənin yuxan pilləsində iştirak
etməsidir. Onlann daimi iştirakını təmin edən institusional baza da yaradılmışdır.
Belə ki, ABŞ prezidenti R.Reyqanm dövründə «İqtisadi Məsləhətçilər Şurası», B.
Klintonun dövründə isə «Milli İqtisadi Şura» yaradılmışdır. Ölkə prezidentlərinin
yanında yaradılmış bu qurumlar hal-hazırda ABŞ prezidenti Barak Obamamn
dövründə də fəaliyyət göstərirlər. «Milli İqtisad Şura» iqtisadi siyasəti koordinasiya
etmək səlahiyyətinə malikdir. Bundan başqa iqtisadi sferada «Milli iqtisadçılar
klubu», «iqtisadçı dövlət məmurlan cəmiyyəti», «iqtisadiyyat və biznes üzrə milli
assosiasiya» kimi ictimai qurumlar da fəaliyyət göstərirlər. Ölkədə həyata keçirilən
iqtisadi strategiya 4 əsas prinsipə əsaslanır: özəl bölmənin inkişafı; maliyyə intizamı;
təhsilə və texnologiyaya investisiya qoyuluşlannm prioritetliliyi, genişlənməkdə olan
dünya bazan üçün ixracın artıniması.
ABŞ-da, bir qayda olaraq, əhalinin istehlakı onun gəlirlərindən çox olur.
Bununla da qənaət norması mənfi formalaşır. Amerikalıliar qazandıqlarından çox
istehlak edirlər. Bu ölkənin iqtisadi inkişafi üçün əsasən onun daxili bazan həlledici
rol oynayır (ixrac payı ÜDM 10% təşkil edir).
İqtisadi inkişaf daxili ticarətin səviyyəsindən, daxili ticarət isə ödəmə
qabiliyyətli tələbi olan bazardan asılıdır. Bu gün amerika istehşalçılan üçün təminatlı
və gəlirli bazar daxili bazardır. Bu işə ABŞ vətəndaşİannm alıcılıq qabiliyyətinin
yüksək olması ilə əlaqədardır. Bir saat üçün ödənilən əmək haqqı 14-15 dollardan
çoxdur. Amerika modelinin fərqli xüsusiyyətlərindən biri də idarəetmə sistemində
şəffaflığın güclü olmasıdır.
Ancaq yuxanda xarakterizə edilən Amerika iqtisadi inkişaf modeli həmişə bu
mahiyyətdə olmamışdır. Yüz illiklər ərzində təkamül yolu ilə tədricən bu modelə
gəlib çıxmışlar. XIX əsrin 20-ci illərinin əvvəllərindən ABŞ-da açıq-açığına
himayədarlıq siyasəti həyata keçirilmişdir (63, s.43- 55). Belə ki, 1933-1940-cı
illərdə Amerikam böhrandan çıxaran Franklin Rüzveltin konsepsiyası sərt dövlət
tənzimlənməsindən; milli sənayenin bərpası qanunundan; kənd təsərrüfatına
dotasiyadan; güclü sosial proqramlardan; qiymətlərin təsbit edilməsindən; büdcə
defısitinin artınimasından ibarət olmuşdur. O dövrün xarakterik xüsusiyyəti ölkədəki
yüksək işsizliyin olması idi. Ondan asılı olaraq sosial proqramlara böyük məbləğdə
xərclər çəkilirdi. 1934-cü ilin yanvar aymda ictimai işlərdə 5 milyon adam məşğul
idi, işsizliyə görə müavinətlə 20 milyon adam yaşayırdı. 18-25 yaşlı gənclər
27
üçün meşə zonalannda düşərgələr yaradılnuşdır. Onlar meşələrin təmizlənməsi,
yollann təmiri, meliora-siya ilə bağlı olan işləri yerinə yetirirdilər. Bu adamlann işinə
silahlı qüvvələrin ehtiyatda olan zabitləri nəzarət edirdi. İşin ödənişi: pulsuz yemək,
paltar forması, yaşayış yeri (ev, mənzil), gündə bir dollar pul. Bütün bunlann maliyyə
mənbəi - daxili borcun və büdcə kəsirinin artıniması olmuşdur. Bu dövrdə
Amerikada inflyasiya yox idi, əksinə, qiymətlər sürətlə aşağı düşürdü. Ona görə də
dövlət tərəfindən qiymətlərin təsbit edilməsi tədbirləri həyata keçirilirdi. Təsbit
olunmuş qiymətdən aşağı səviyyədə mala qiymət qoyula bilməzdi.
Kənd təsərrüfatı məhsullanmn qiymətini yüksək səviyyədə saxlamaq üçün
fermerlərə əkilməmiş hər hektar torpağa görə konpensasiya və mükafat verirdilər.
Beləliklə, kənd təsərrüfatı məhsullanmn istehsalım azaltmaq üçün fermerləri iqtisadi
cəhətdən maraqlandırırdılar. Hətta əkilmiş sahələri məhv edirdilər. 1933-cü ildə
bütün əkin sahələrinin dörddə biri məhv edildi, 6 milyon donuz öldürüldü. Əsas
məqsəd şüurlu olaraq qİ
5mətlərin artımını təmin etmək olmuşdur. Dollann
devalvasiyası üzrə məqsədyönlü tədbirlər həyata keçirilirdi. Milli valyutanı
qiymətsizləşdirmək üçün əhalidən yüksək qiymətə iri hdcmdə qızıl alınması həyata
keçirildi. Lakin qiymətlərin artımı müəyyən hədd daxilində tənzimlənirdi. Bu dövrdə
(1933-1940) qiymətlərin illik artımı 10 faizdən az olmuşdur. Ruzvelt məcburiyyət
qarşısında qalıb büdcə kəsirinə əl atmışdır. Ölkəni sosial partlayış həddinə çatdırmış
kütləvi işsizliklə mübarizə aparmaq məqsədilə o, bu addımı atmışdır.
Müasir dövrdə Amerikamn iqtisadi inkişaf modelinin idarə edilməsi
mexanizmində buraxılmış nöqsanlar 2008-2009-cu illərdə dünya iqtisadiyyatını
dərin iqtisadi-maliyyə böhram ilə üzləşdirdi. O dövrdə ABŞ-m ipoteka bazarında
dövriyyədə olan pul vəsait ÜDM-in 92 faizini (12 trilyon dollar) təşkil etmişdir.
2001-2004-cü illər ərzində ABŞ Milli Bankı borclan- ma faizini azaldaraq bazarda
likvidliyi və ümumi biznes fəaliyyətini canlandırmağa çalışmışdır. Aşağı faizlər
ipotek kreditlərinə tələbi artırmış, bunun nəticəsində evlərə olan tələbat artmış və
evlərin qiyməti surətlə yüksəlmişdir. Evlərin qiymətindəki artım ilə illik orta əmək
haqqındakı artım arasında birincinin xeyrinə çox böyük fərqlər yaranmışdır. Əsasən
də azgəlirli əhali qrupunun tələb etdiyi evlərin qiyməti daha surətlə artmışdır. Amma
aqillər hesab edirlər ki, ipoteka sistemində problem ev almaq deyil, ödəmə
qabiliyyətini qorumaq olmuşdur. Azgəlirlilərə «balıq vermək əvəzinə, onlara balığı
tutmaq üçün imkanlar yaratmaq» lazımdır.
Bütün inkişaf etmiş ölkələrlə sıxı surətdə bağlı olan, onlarm arasında ən güclü
iqtisadiyyatı olan Amerika bütün ölkələri öz ardınca böhrana çəkib apardı.
Amerikamn lokal bazannda yaranmış maliyyə böhranı surətlə genişlənərək bütün
dünya ölkələrində iqtisadi böhrana çevrildi. Böhran dövründə Amerika
administrasiyasımn planlannda da iqtisadiyyatı tənzimləmə və
28