olmuşdur. 2008-ci ildə Azərbaycan üzrə bu göstərici 93%, 2009-cu ildə 101, 2010-cu
ildə-103,6% təşkil etmişdir (29, 2009, s.20). Azərbaycanda sənaye istehsalının XX
əsrin 90-cı illərinin səviyyəsinə ancaq 2009-cu ildə çatma- sımn müxtəlif səbəbləri
vardır. Onlann arasmda ən əsası, bizim fikrimizcə, emal sənayesində, xüsusilə
istehlak malları istehsalında və maşınqayırma kompleksində struktur
dəyişikliklərinin ləngiməsi olmuşdur. Bu baxımdan 2000-ci ilə qədərki dövr daha çox
seçilir. Ancaq 2000-ci ildən sonra emal sənayesinin inkişafı sürətlənmişdir. Belə ki,
1990-cı ilə nisbətən emal sənayesinin artım indeksi 1999-cu ildə 20%, 2010-cu ildə
isə 47 faizə bərabər olmuşdur. Hesablamalarımız göstərir ki, Azərbaycanda kənd
təsərrüfatı məhsullarının istehsalı üzrə 1990-cı ilin həcmi ancaq 2008-ci ildə (101%)
əldə edilmişdir. 1990-2010-cu illərin artım indeksi bu sektorda 102,2% təşkil etmişdir
ki, bu da əhalinin artımı ilə müqayisədə 11 dəfə azdır (əhalinin artımı 24,6%).
Nəticədə adambaşına bu sahədə məhsul istehsah 1990- cı ildəki 477 manatdan
(2009-cu ilin müqayisəli qiymətlərində) 400 manata qədər və ya 20%-ə qədər
azalmışdır.
Keçid iqtisadiyyatlı bütün ölkələrin təcrübəsindən çıxan ümumi nəticənin biri
də ondan ibarətdir ki, islahatlann tələbindən irəli gələn iqtisadiyyatın
restruktrizasiyasımn miqyası, həcmi və tempi ölkənin investisiya potensialına
adekvat müəyyən edilməlidir. Bu amil də onu deməyə əsas verir ki, dövlət
investisiyalanmn, tarif və qeyri-tarif məhdudiyyətlərinin, dövlət subsidiyalarımn,
digər dövlət güzəştlərinin və yardımlarmın tədricən ləğv edilməsi düzgündür.
Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı gömrük tariflərini 10 il ərzində ləğv
etmişdir. Onların səviyyəsi idxalın 10%-ni təşkil edirdi. Rusiya mütəxəssislərinin
fikrincə, keçid dövründə transformasiyanın uğurla apanimasında dövlət xərclərinin
dinamikası daha çox mühüm amildir, nəinki islahatlann tempi. Hesab edirlər ki,
dövlət xərclərinin kəskin ixtisarı dövlət institutlannm fəaliyyətinin pisləşməsinə və
istehsalın aşağı düşməsinə səbəb olur, sosial qeyri-bərabərliklə müşahidə olunur.
Postsosialist ölkələrinin təcrübəsi göstərir ki, postsosialist transformasiyasında
uğurlann özəyini (fimdamentini) yüksək iş qabiliyyətli dövlət institutlannm olması və
tədrici liberallaşdırma təşkil etmişdir və edə bilərdi. Milli iqtisadi inkişaf modelinin
xüsusiyyətlərindən asılı olaraq, inkişaf etməkdə olan ölkələrdə dövlətin rolunu və
onun məhsul (xidmət) istehsalı və ticarət fəaliyyəti ilə məşğul olmasını şərtləndirən
motivlər əsasən aşağıdakılardan ibarətdir:
-iqtisadiyyatı istiqamətləndirmək;
-tarazlı və davamlı iqtisadi inkişafı təmin etmək, habelə özəl sektorla ümumi
dövlət iqtisadi maraqlanm uzlaşdırmaq;
-özəl sektorun bacarmadığı və ya maraqlı olmadığı fəaliyyət növlərini yerinə
yetirmək;
-gəlir bölgüsünü tənzimləmək;
23
Dünya təcrübəsində, bir qayda olaraq, ölkənin sosial-iqtisad inkişafının
modeli milli iqtisadiyyatda konkret mərhələdə yaranmış mövcud vəziyyətin, mövcud
olan resurslarm və iqtisadi nəzəriyyələrin digər ölkələrdə tətbiqində əldə edilən
təcrübənin əsasında müəyyənləşdirilir. Məsələn, Qərbi Avropa iqtisadi modelinin
əsasında azad sahibkarlıq və ədalətli rəqabət, ümumi regional bazar, güclü bank
sektoru dayamr. Amerika modelindən onun əsas fərqi daha güclü sosialyönümlü
olmasıdır. Qərbi Avropanm apancı ölkələri dövlət büdcəsinin vasitəsi ilə ümumi
daxili məhsulun 38 faizindən (İngiltərə) 48 faizə (Fransa) qədərini sosial sferaya
istiqamətləndirir. İsveçdə bu göstərici 60 faiz təşkil edir.
1.2.
Milli iqtisadi inkişaf modellərinin dünya təcrübəsi (mənbə:
« Страны и регионы мира », МГИМО, МИД РФ, Москва
2010, изд «Проспект»)
Əvvəllər deyildiyi kimi beynəlxalq miqyasda qəbul edilmiş bir neçə milli
iqtisadi inkişaf modeli mövcuddur. Onlann mahiyyətinin Azərbaycan oxuculan üçün
maraqlı olduğunu nəzərə alaraq, əsas aspektlərini monoqrafiyada verməyi məqbul
hesab edirik.
Yenidənqurma işlərini davam etdirmək üçün bazar iqtisadiyyatı çərçivəsində
iqtisadi inkişafın müəyyən bir modelini işləyib hazırlamaq tələb olunur. İqtisadi
ədəbiyyatda inkişaf modelinin seçimində üç variant müzakirə olunur. Onlardan biri
Almaniya, Skandinaviya, Yaponiya, Çili və digər bu kimi dünya miqyasında uğurlu
iqtisadi model kimi qəbul edilmiş modellərin birindən istifadə edilməsini nəzərdə
tutur (59, s.244). İkinci variant bu və ya digər məhşur fundamental iqtisadi
nəzəriyyələrdən birinə əsaslanan (mone- tarizm, neokeynsianlıq, neoliberalizm,
institusional konsepsiyası) ölkənin özünün orijinal xüsusi iqtisadi modelinin
hazırlanmasım tələb edir. Üçüncü variant, iqtisadi nəzəriyyənin paradiqmalarmı
müəyyən dərəcədə nəzərə almaqla, iqtisadi inkişaf modelinin obyektiv daxili və
xarici geoiqtisadi şəraitə, xalqın sosiomədəni xüsusiyyətlərinə və mental ənənələrinə
maksimum dərəcədə yaxınlaşdırmağı nəzərdə tutur.
İnkişaf etmiş ölkələrdə iqtisadi inkişaf modelinin tərkib hissəsi kimi iki
istiqamətdən geniş istifadə edilmişdir: idxalı əvəzləyən və ixracyönümlü sənaye
siyasəti. İdxalı əvəzləyən istiqamətin mahiyyəti ondan ibarətdir ki, milli
iqtisadiyyatm əksər sahələrində himayədarlıq siyasəti yeridilir, xarici ticarət tam və
ya qismən dövlətin əlində inhisarlaşdmlır, milli valyuta kon- vertasiya olunmur.
Himayədarlıq siyasəti idxalı əvəzləyən sahələrin inkişafı üçün əlverişli şərait yaradır,
xarici ticarətdəki dövlət inhisan xarici mallarla rəqabəti zəiflədir, milli valyutamn
konvertasiya olunmaması kapitalm ölkə
24