Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə11/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   7   8   9   10   11   12   13   14   ...   224

dən çıxarılmasına mane olur. O, daxili investiya kimi istifadə olunur. Bu istiqamət, ən 

müasir  istehsal  da  daxil  olmaqla,  çoxsahəli  iqtisadiyyat  yaratmağa  imkan  verir. 

Təcrübədə ancaq istehlak mallanmn idxalı azalır, investisiya mallanmn idxalı artır, 

konvertasiya olunan valyutamn defısiti artır. Lakin bu istiqamət xalis şəkildə rəqabəti 

zəiflədir, dünya bazannda rəqabət qabiliyyətli mal istehsalım ləngidir. Ona görə də 

ondan  istifadə  edən  ölkələr  bəzi  hallarda  qanşıq  tipli  istiqamətdən  istifadə  edirlər, 

yəni daxili bazarda rəqabəti gücləndirmək məqsədi ilə istehsal və istehlak balanslan 

əsasında müəyyən proporsiyada (nisbətdə) xarici mallar idxal edirlər. 

İxracyönümlü  istiqamətdə  yeni  yaradılan  sahələr  əvvəlcədən  xarici  bazara 

oriyentasiya  edilirlər.  Güclü  rəqabət  mühiti  yaratmaq  məqsədi  ilə  ölkədə  idxal 

rüsumlan  çox  az  müəyyən  edilir  (bəzən  də  sıfır  dərəcəsi  ilə).  Bu  cür  oriyentasiya 

xarici  kapitalm  aktiv  sürətdə  cəlb  edilməsi  ilə  əlaqələndirilir,  ölkədə  aşağı  vergi 

dərəcələri  müəyyən  edilir,  xarici  kapitala  müəyyən  güzəştlər  verilir.  Vaxtı  ilə 

Yaponiyada  və  Cənubi  Koreyada  ixracyönümlü  istiqamətin  modifikasiya  olunmuş 

bir  variantım  tətbiq  etmişlər.  Modifıka-  siya  ondan  ibarət  olmuşdur  ki, 

rəqabətqabiliyyətli  mallann  və  kapitalm  ölkəyə  sərbəst  daxil  olmasına  icazə 

verilməmişdir.  Sonradan  Çin  və  digər  iri  Asiya  və  Latın  Amerikası  ölkələri  bu 

istiqaməti tətbiq etmişlər. 

İndi də bəzi ölkələrin iqtisadi inkişaf modelinin xüsusiyyətləri barədə daha 

ətraflı aşağıdakılan səsləndirməyi lazım bilirik. 



1.2.1.

 

İqtisadi inkişafın Amerika modeli 

İqtisadi  ədəbiyyatda  Amerika  sosial-iqtisadi  modelinin  üç  dayaq  üzərində 

qurulduğunu  bildirirlər:  şəxsiyyət  azadlığı,  xüsusi  mülkiyyət  azadlığı  və  özəl 

sahibkarlıq  azadhğı.  Bu  liberal  modelin  əsas  prinsipi  kimi  azad  bazar  və  onun 

mexanizmlərinin  ədalətli  rəqabət  qanunlan  əsasında  fəaliyyət  göstərməsini  hesab 

edirlər  (65,  s.ll7).  Modelin  fundamentinin  səhmdar  mülkiyyətindən  ibarət  olması 

göstərilir. Ölkə əhalisinin 70 faizinin səhmdar olduğu vurğulamr. 

Qərbi  Avropa  ölkələrinin  sosial-iqtisadi  modellərinin  əsasında  azad 

sahibkarlığın,  rəqabətin  və  ümumi  regional  bazarm  dayandığı  göstərilir.  Amerika 

modelindən fərqli olaraq Qərbi Avropada ümumi daxili məhsulun 38-60 faizi dövlət 

büdcəsi  vasitəsi  ilə  sosial  sferamn  xeyrinə  bölüşdürülür.  Asiya,  o  cümlədən 

Yaponiya,  Hindistan  və  Cənubi  Koreya  sosial-iqtisadi  modelinin  xüsusiyyəti  kimi 

dövlətin  iqtisadiyyatda  əhəmiyyətli  dərəcədə  iştirakı  qeyd  edilir  ki,  bu  da  Özünü 

planlaşdırmada büruzə verir. 

İqtisadi inkişafim Amerika modeli liberal modeldir, sosial siyasətdə fərdçilik 

prinsipi  həyata  keçirilir.  Özlərinin  həm  iqtisadi,  həm  də  sosial  problemlərinin 

həllində ey təsərrüfatlannm ən yüksək fəallığımn təmin 

25 



edilməsi  nəzərdə  tutulur.  Sosial  siyasət  vətəndaşlann  fərdi  problemlərinin  həllinə 

dövlətin  müdaxiləsinin  azalmasına,  onlara  mümkün  qədər  daha  yüksək  iqtisadi 

sərbəstlik verilməsinə istiqamətləndirilmişdir. Hesab edilir ki, dövlət tərəfindən fəal 

və  təşəbbüskar  fəaliyyət  üçün  şəraitin  yaradılması  sosial  problemlərin  həllində 

insanlann  öz  qüvvələrini  səfərbər  etməyə  və  kənar  şəxslərin  köməyinə  ümüd 

bəsləməməyə imkan verir. Bununla bərabər amerikalalıların psixologiyası da mühüm 

əhəmiyyət  kəsb  edir.  Onlar  şəxsi  uğuru  birinci  yerə  qoyurlar.  Aztəminatlı  əhali 

qrupunun  məqbul  sayılan  həyat  səviyyəsinin,  habelə  iqtisadiyyatın  digər 

məsələlərinin  tənzimlənməsi  milli  gəlirin  müəyyən  hissəsinin  yenidən 

bölüşdürülməsi və vergi funksiya- lan hesabına tənzimlənir. Bazar iqtisadiyyatının 

amerika  modelində  dövlətin  rolu  məsələsinə  müxtəlif  mənbələrdə  müxtəlif 

qiymətləndirməyə  rast  gəlinir.  Bəziləri  yazırlar  ki,  bu  ölkədə  iqtisadiyyata  dövlət 

müdaxiləsi  cüzidir.  Nəzərə  almaq  lazımdır  ki,  bu  qiymətləndirmə,  əsasən, 

mikrosəviyyəyə  aiddir.  Dövlət  təkrar  istehsalın  o  aspektlərini  tənzimləyir  ki,  azad 

rəqabət  əsasında  onlann  səmərəli  tənzimlənməsi  mümkün  olmur.  Analoji  xarakter 

həmçinin  sosial siyasətə  də  aiddir. Vətəndaşların  sosial  ehtiyaclanm  ödəmək  üçün 

bazar  edə  bilmədiyini  sosial  siyasət  təmin  edir.  Nəticədə  ABŞ-da  varlılann  və 

kasıblann  həyat  səviyyəsi  arasında,  əməkhaqqının  səviyyəsində  ciddi  fərqlər  (iri 

amerika firmasının rəhbərinin əmək haqqı digər xidmətçilərin əmək haqqından yüz 

dəfələrlə yüksəkdir) mövcuddur. Belə ki, ABŞ- da əhalinin ən varlı 10 faizi ölkə üzrə 

maddi-maliyyə resurlanmn 83 faizini öz əlində cəmləşdirib. Əhalinin ən varlı I .faizi 

isə  ölkənin  maddi-maliyyə  sərvətlərinin  təxminin  .yarısına  sahibdir.  Gəlirlərin 

qeyri-bərabər  bölgüsü  ABŞ  üçün  ciddi  sosial  problem  olsa  da,  o,  yalnız  sağlam 

iqtisadi rəqabətin nəticəsi kimi qəbul edilir. Bazar iqtisadiyyatımn amerika modelinin 

xüsusiyyətlərindən biri də iqtisadiyyata dövlətin müdaxiləsinin aydm ifadə olunmuş 

antitsikl,  antiinflyasiya  xarakteri  daşımasıdır.  Dövlət  idarəetmənin  bütün  üç 

səviyyəsində - federal hökumət, ştatlann hökuməti, bələdiyyələr bazara tənzimləyici 

təsir  göstərir.  Bu  tənzimləmə  müəyyən  məhsullann  istehsalının  dövlət 

lisenziyalaşdırılması və bəzi mallann digər ölkələrə ixracının məh- dudlaşdınlması 

sistemi  vasitəsilə  həyata  keçirilir.  Pul  dövriyyəsi  üzərində  nəzarət  bank  kreditinin 

köməyi ilə həyata keçirilir. Hökumət həmçinin əmək bazannda da tənzimləyici kimi 

çıxış  edir.  O,  əmək  haqqımn  minimum  məbləğini  müəyyənləşdirir  və  iş  yerləri 

yaradır.  Beləliklə,  tədqiqatçılann  fikrincə,  amerika  iqtisadiyyatında,  iqtisadi  oyun 

qaydalanmn təsdiq edilməsində, biznesin tənzimlənməsində amerika dövləti mühüm 

rol oynayır. 

Amerika  modeli  iqtisadi  prosesin  bütün  iştirakçılanm  ortaya  çıxan 

problemlərin həllinin axtanimasma istiqamətləndirir. Yeniliyə meyillilik (həssaslıq), 

tərəqqiyə  və  innovasiyalara  praktiki  istiqamətlilik  Amerika  sisteminin  bu  baza 

prinsipini möhkəmləndirir. Bu da imkan verir ki, sistem 

26 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə