Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə12/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   8   9   10   11   12   13   14   15   ...   224

liberal  ənənələri  saxlasın,  milli  və  qlobal  çağırışlara  hazır  olsun.  ABŞ-ın  iqtisadi 

modelində  liberal  dəyərlər  və  ümummilli  mənafelər  optimal  səviyyədə 

əlaqələndirilmiş  formada  əks  etdirilmişdir.  Liberal  dəyərlər  və  ümumi  milli 

mənafelər  həm  dövlət  institutlan,  həm  də  biznes  və  vətəndaşlar  tərəfindən  üzvü 

surətdə qəbul edilir və həyata keçirilir (59, s.49). 

Amerika  modelində  bir  mühüm  cəhət  hökumətin  iqtisadi  siyasətinin 

formalaşmasında  alim  və  mütəxəssislərin  idarəetmənin  yuxan  pilləsində  iştirak 

etməsidir.  Onlann  daimi  iştirakını  təmin  edən  institusional  baza  da  yaradılmışdır. 

Belə  ki,  ABŞ  prezidenti  R.Reyqanm  dövründə  «İqtisadi Məsləhətçilər  Şurası»,  B. 

Klintonun  dövründə  isə  «Milli  İqtisadi  Şura»  yaradılmışdır.  Ölkə  prezidentlərinin 

yanında  yaradılmış  bu  qurumlar  hal-hazırda  ABŞ  prezidenti  Barak  Obamamn 

dövründə də fəaliyyət göstərirlər. «Milli İqtisad Şura» iqtisadi siyasəti koordinasiya 

etmək  səlahiyyətinə  malikdir.  Bundan  başqa  iqtisadi  sferada  «Milli  iqtisadçılar 

klubu»,  «iqtisadçı  dövlət məmurlan  cəmiyyəti»,  «iqtisadiyyat  və  biznes  üzrə  milli 

assosiasiya» kimi ictimai qurumlar da fəaliyyət göstərirlər. Ölkədə həyata keçirilən 

iqtisadi strategiya 4 əsas prinsipə əsaslanır: özəl bölmənin inkişafı; maliyyə intizamı; 

təhsilə və texnologiyaya investisiya qoyuluşlannm prioritetliliyi, genişlənməkdə olan 

dünya bazan üçün ixracın artıniması. 

ABŞ-da,  bir  qayda  olaraq,  əhalinin  istehlakı  onun  gəlirlərindən  çox  olur. 

Bununla  da  qənaət  norması  mənfi  formalaşır.  Amerikalıliar  qazandıqlarından  çox 

istehlak edirlər. Bu ölkənin iqtisadi inkişafi üçün əsasən onun daxili bazan həlledici 

rol oynayır (ixrac payı ÜDM 10% təşkil edir). 

İqtisadi  inkişaf  daxili  ticarətin  səviyyəsindən,  daxili  ticarət  isə  ödəmə 

qabiliyyətli tələbi olan bazardan asılıdır. Bu gün amerika istehşalçılan üçün təminatlı 

və  gəlirli  bazar  daxili  bazardır.  Bu  işə  ABŞ  vətəndaşİannm  alıcılıq  qabiliyyətinin 

yüksək olması ilə əlaqədardır. Bir saat üçün ödənilən əmək haqqı 14-15 dollardan 

çoxdur.  Amerika  modelinin  fərqli  xüsusiyyətlərindən  biri  də  idarəetmə  sistemində 

şəffaflığın güclü olmasıdır. 

Ancaq yuxanda xarakterizə edilən Amerika iqtisadi inkişaf modeli həmişə bu 

mahiyyətdə  olmamışdır.  Yüz  illiklər  ərzində  təkamül  yolu  ilə  tədricən  bu  modelə 

gəlib  çıxmışlar.  XIX  əsrin  20-ci  illərinin  əvvəllərindən  ABŞ-da  açıq-açığına 

himayədarlıq  siyasəti  həyata  keçirilmişdir  (63,  s.43-  55).  Belə  ki,  1933-1940-cı 

illərdə  Amerikam  böhrandan  çıxaran  Franklin  Rüzveltin  konsepsiyası  sərt  dövlət 

tənzimlənməsindən;  milli  sənayenin  bərpası  qanunundan;  kənd  təsərrüfatına 

dotasiyadan;  güclü  sosial  proqramlardan;  qiymətlərin  təsbit  edilməsindən;  büdcə 

defısitinin artınimasından ibarət olmuşdur. O dövrün xarakterik xüsusiyyəti ölkədəki 

yüksək işsizliyin olması idi. Ondan asılı olaraq sosial proqramlara böyük məbləğdə 

xərclər çəkilirdi. 1934-cü ilin yanvar aymda ictimai işlərdə 5 milyon adam məşğul 

idi, işsizliyə görə müavinətlə 20 milyon adam yaşayırdı. 18-25 yaşlı gənclər 

27 



üçün  meşə  zonalannda  düşərgələr  yaradılnuşdır.  Onlar  meşələrin  təmizlənməsi, 

yollann təmiri, meliora-siya ilə bağlı olan işləri yerinə yetirirdilər. Bu adamlann işinə 

silahlı qüvvələrin ehtiyatda olan zabitləri nəzarət edirdi. İşin ödənişi: pulsuz yemək, 

paltar forması, yaşayış yeri (ev, mənzil), gündə bir dollar pul. Bütün bunlann maliyyə 

mənbəi  -  daxili  borcun  və  büdcə  kəsirinin  artıniması  olmuşdur.  Bu  dövrdə 

Amerikada inflyasiya yox idi, əksinə, qiymətlər sürətlə aşağı düşürdü. Ona görə də 

dövlət  tərəfindən  qiymətlərin  təsbit  edilməsi  tədbirləri  həyata  keçirilirdi.  Təsbit 

olunmuş qiymətdən aşağı səviyyədə mala qiymət qoyula bilməzdi. 

Kənd  təsərrüfatı  məhsullanmn  qiymətini  yüksək  səviyyədə  saxlamaq  üçün 

fermerlərə əkilməmiş hər hektar torpağa görə konpensasiya və mükafat verirdilər. 

Beləliklə, kənd təsərrüfatı məhsullanmn istehsalım azaltmaq üçün fermerləri iqtisadi 

cəhətdən  maraqlandırırdılar.  Hətta  əkilmiş  sahələri  məhv  edirdilər.  1933-cü  ildə 

bütün  əkin  sahələrinin  dörddə  biri  məhv  edildi,  6  milyon  donuz  öldürüldü.  Əsas 

məqsəd  şüurlu  olaraq  qİ

5mətlərin  artımını  təmin  etmək  olmuşdur.  Dollann 

devalvasiyası  üzrə  məqsədyönlü  tədbirlər  həyata  keçirilirdi.  Milli  valyutanı 

qiymətsizləşdirmək üçün əhalidən yüksək qiymətə iri hdcmdə qızıl alınması həyata 

keçirildi. Lakin qiymətlərin artımı müəyyən hədd daxilində tənzimlənirdi. Bu dövrdə 

(1933-1940)  qiymətlərin  illik  artımı  10 faizdən  az  olmuşdur.  Ruzvelt  məcburiyyət 

qarşısında qalıb büdcə kəsirinə əl atmışdır. Ölkəni sosial partlayış həddinə çatdırmış 

kütləvi işsizliklə mübarizə aparmaq məqsədilə o, bu addımı atmışdır. 

Müasir  dövrdə  Amerikamn  iqtisadi  inkişaf  modelinin  idarə  edilməsi 

mexanizmində  buraxılmış  nöqsanlar  2008-2009-cu  illərdə  dünya  iqtisadiyyatını 

dərin  iqtisadi-maliyyə  böhram  ilə  üzləşdirdi.  O  dövrdə  ABŞ-m  ipoteka  bazarında 

dövriyyədə  olan  pul  vəsait  ÜDM-in  92  faizini  (12  trilyon  dollar)  təşkil  etmişdir. 

2001-2004-cü illər ərzində ABŞ Milli Bankı borclan- ma faizini azaldaraq bazarda 

likvidliyi  və  ümumi  biznes  fəaliyyətini  canlandırmağa  çalışmışdır.  Aşağı  faizlər 

ipotek  kreditlərinə tələbi  artırmış,  bunun  nəticəsində evlərə  olan tələbat  artmış və 

evlərin qiyməti surətlə yüksəlmişdir. Evlərin qiymətindəki artım ilə illik orta əmək 

haqqındakı artım arasında birincinin xeyrinə çox böyük fərqlər yaranmışdır. Əsasən 

də azgəlirli əhali qrupunun tələb etdiyi evlərin qiyməti daha surətlə artmışdır. Amma 

aqillər  hesab  edirlər  ki,  ipoteka  sistemində  problem  ev  almaq  deyil,  ödəmə 

qabiliyyətini qorumaq olmuşdur. Azgəlirlilərə «balıq vermək əvəzinə, onlara balığı 

tutmaq üçün imkanlar yaratmaq» lazımdır. 

Bütün inkişaf etmiş ölkələrlə sıxı surətdə bağlı olan, onlarm arasında ən güclü 

iqtisadiyyatı  olan  Amerika  bütün  ölkələri  öz  ardınca  böhrana  çəkib  apardı. 

Amerikamn  lokal  bazannda  yaranmış  maliyyə  böhranı  surətlə  genişlənərək  bütün 

dünya  ölkələrində  iqtisadi  böhrana  çevrildi.  Böhran  dövründə  Amerika 

administrasiyasımn planlannda da iqtisadiyyatı tənzimləmə və 

28 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə