Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə10/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   6   7   8   9   10   11   12   13   ...   224

olmuşdur. 2008-ci ildə Azərbaycan üzrə bu göstərici 93%, 2009-cu ildə 101, 2010-cu 

ildə-103,6% təşkil etmişdir (29, 2009, s.20). Azərbaycanda sənaye istehsalının XX 

əsrin 90-cı illərinin səviyyəsinə ancaq 2009-cu ildə çatma- sımn müxtəlif səbəbləri 

vardır.  Onlann  arasmda  ən  əsası,  bizim  fikrimizcə,  emal  sənayesində,  xüsusilə 

istehlak  malları  istehsalında  və  maşınqayırma  kompleksində  struktur 

dəyişikliklərinin ləngiməsi olmuşdur. Bu baxımdan 2000-ci ilə qədərki dövr daha çox 

seçilir. Ancaq 2000-ci ildən sonra emal sənayesinin inkişafı sürətlənmişdir. Belə ki, 

1990-cı ilə nisbətən emal sənayesinin artım indeksi 1999-cu ildə 20%, 2010-cu ildə 

isə  47  faizə  bərabər  olmuşdur.  Hesablamalarımız  göstərir  ki,  Azərbaycanda  kənd 

təsərrüfatı məhsullarının istehsalı üzrə 1990-cı ilin həcmi ancaq 2008-ci ildə (101%) 

əldə edilmişdir. 1990-2010-cu illərin artım indeksi bu sektorda 102,2% təşkil etmişdir 

ki,  bu  da  əhalinin  artımı  ilə  müqayisədə  11  dəfə  azdır  (əhalinin  artımı  24,6%). 

Nəticədə  adambaşına  bu  sahədə  məhsul  istehsah  1990-  cı  ildəki  477  manatdan 

(2009-cu  ilin  müqayisəli  qiymətlərində)  400  manata  qədər  və  ya  20%-ə  qədər 

azalmışdır. 

Keçid iqtisadiyyatlı bütün ölkələrin təcrübəsindən çıxan ümumi nəticənin biri 

də  ondan  ibarətdir  ki,  islahatlann  tələbindən  irəli  gələn  iqtisadiyyatın 

restruktrizasiyasımn  miqyası,  həcmi  və  tempi  ölkənin  investisiya  potensialına 

adekvat  müəyyən  edilməlidir.  Bu  amil  də  onu  deməyə  əsas  verir  ki,  dövlət 

investisiyalanmn,  tarif  və  qeyri-tarif  məhdudiyyətlərinin,  dövlət  subsidiyalarımn, 

digər  dövlət  güzəştlərinin  və  yardımlarmın  tədricən  ləğv  edilməsi  düzgündür. 

Məlumat  üçün  qeyd  edək  ki,  Avropa  İttifaqı  gömrük  tariflərini  10  il  ərzində  ləğv 

etmişdir.  Onların  səviyyəsi  idxalın  10%-ni  təşkil  edirdi.  Rusiya  mütəxəssislərinin 

fikrincə, keçid dövründə transformasiyanın uğurla apanimasında dövlət xərclərinin 

dinamikası  daha  çox  mühüm  amildir,  nəinki  islahatlann  tempi.  Hesab  edirlər  ki, 

dövlət xərclərinin kəskin ixtisarı dövlət institutlannm fəaliyyətinin pisləşməsinə və 

istehsalın  aşağı  düşməsinə  səbəb  olur,  sosial  qeyri-bərabərliklə  müşahidə  olunur. 

Postsosialist  ölkələrinin  təcrübəsi  göstərir  ki,  postsosialist  transformasiyasında 

uğurlann özəyini (fimdamentini) yüksək iş qabiliyyətli dövlət institutlannm olması və 

tədrici liberallaşdırma təşkil etmişdir və edə bilərdi. Milli iqtisadi inkişaf modelinin 

xüsusiyyətlərindən  asılı  olaraq,  inkişaf  etməkdə  olan  ölkələrdə  dövlətin  rolunu  və 

onun məhsul (xidmət) istehsalı və ticarət fəaliyyəti ilə məşğul olmasını şərtləndirən 

motivlər əsasən aşağıdakılardan ibarətdir: 

-iqtisadiyyatı istiqamətləndirmək; 

-tarazlı və davamlı iqtisadi inkişafı təmin etmək, habelə özəl sektorla ümumi 

dövlət iqtisadi maraqlanm uzlaşdırmaq; 

-özəl sektorun bacarmadığı və ya maraqlı olmadığı fəaliyyət növlərini yerinə 

yetirmək; 

-gəlir bölgüsünü tənzimləmək

23 



Dünya  təcrübəsində,  bir  qayda  olaraq,  ölkənin  sosial-iqtisad  inkişafının 

modeli milli iqtisadiyyatda konkret mərhələdə yaranmış mövcud vəziyyətin, mövcud 

olan  resurslarm  və  iqtisadi  nəzəriyyələrin  digər  ölkələrdə  tətbiqində  əldə  edilən 

təcrübənin  əsasında  müəyyənləşdirilir.  Məsələn,  Qərbi  Avropa  iqtisadi  modelinin 

əsasında  azad  sahibkarlıq  və  ədalətli  rəqabət,  ümumi  regional  bazar,  güclü  bank 

sektoru  dayamr.  Amerika  modelindən  onun  əsas  fərqi  daha  güclü  sosialyönümlü 

olmasıdır.  Qərbi  Avropanm  apancı  ölkələri  dövlət  büdcəsinin  vasitəsi  ilə  ümumi 

daxili  məhsulun  38  faizindən  (İngiltərə)  48  faizə  (Fransa)  qədərini  sosial  sferaya 

istiqamətləndirir. İsveçdə bu göstərici 60 faiz təşkil edir. 

1.2.

 

Milli iqtisadi inkişaf modellərinin dünya təcrübəsi (mənbə: 

« Страны и регионы мира », МГИМО, МИД РФ, Москва 

2010, изд «Проспект») 

Əvvəllər  deyildiyi  kimi  beynəlxalq  miqyasda  qəbul  edilmiş  bir  neçə  milli 

iqtisadi inkişaf modeli mövcuddur. Onlann mahiyyətinin Azərbaycan oxuculan üçün 

maraqlı olduğunu nəzərə alaraq, əsas aspektlərini monoqrafiyada verməyi  məqbul 

hesab edirik. 

Yenidənqurma işlərini davam etdirmək üçün bazar iqtisadiyyatı çərçivəsində 

iqtisadi  inkişafın  müəyyən  bir  modelini  işləyib  hazırlamaq  tələb  olunur.  İqtisadi 

ədəbiyyatda inkişaf modelinin seçimində üç variant müzakirə olunur. Onlardan biri 

Almaniya, Skandinaviya, Yaponiya, Çili və digər bu kimi dünya miqyasında uğurlu 

iqtisadi  model  kimi  qəbul  edilmiş  modellərin  birindən  istifadə  edilməsini  nəzərdə 

tutur  (59,  s.244).  İkinci  variant  bu  və  ya  digər  məhşur  fundamental  iqtisadi 

nəzəriyyələrdən  birinə  əsaslanan  (mone-  tarizm,  neokeynsianlıq,  neoliberalizm, 

institusional  konsepsiyası)  ölkənin  özünün  orijinal  xüsusi  iqtisadi  modelinin 

hazırlanmasım  tələb  edir.  Üçüncü  variant,  iqtisadi  nəzəriyyənin  paradiqmalarmı 

müəyyən  dərəcədə  nəzərə  almaqla,  iqtisadi  inkişaf  modelinin  obyektiv  daxili  və 

xarici geoiqtisadi şəraitə, xalqın sosiomədəni xüsusiyyətlərinə və mental ənənələrinə 

maksimum dərəcədə yaxınlaşdırmağı nəzərdə tutur. 

İnkişaf  etmiş  ölkələrdə  iqtisadi  inkişaf  modelinin  tərkib  hissəsi  kimi  iki 

istiqamətdən  geniş  istifadə  edilmişdir:  idxalı  əvəzləyən  və  ixracyönümlü  sənaye 

siyasəti.  İdxalı  əvəzləyən  istiqamətin  mahiyyəti  ondan  ibarətdir  ki,  milli 

iqtisadiyyatm əksər sahələrində himayədarlıq siyasəti yeridilir, xarici ticarət tam və 

ya  qismən  dövlətin  əlində  inhisarlaşdmlır,  milli  valyuta  kon-  vertasiya  olunmur. 

Himayədarlıq siyasəti idxalı əvəzləyən sahələrin inkişafı üçün əlverişli şərait yaradır, 

xarici ticarətdəki  dövlət  inhisan  xarici  mallarla  rəqabəti  zəiflədir,  milli  valyutamn 

konvertasiya olunmaması kapitalm ölkə 

24 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə