Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə17/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   13   14   15   16   17   18   19   20   ...   143

 

 

50 



mədəniyyət bütöv,  «mədəniyyət»  adlanan sistemin iki tərəfidir. 

Onları nə bir-birinə qarşı qoymaq, nə də eyniləşdirmək mümkün 

deyildir.  İnsan  mədəni  fəaliyyətin  subyekti,  mədəni  dəyərlərin 

yaradıcısı,  aparıcısı  və  eyni  zamanda  istehlakçısıdır.  Hər  hansı 

bir  mədəni  fəaliyyət  ictimai  səciyyə  daşıyır.  Lakin  hər  ictimai 

fəaliyyət mədəni səciyyəyə malik deyildir. 

Mədəniyyətin inkişaf qanunauyğunluqlarından biri varislik 

əlaqəsidir. 

Mədəniyyətin 

tərəqqisində, 

müxtəlif 

tarixi 


mərhələlərin  arasında  varislik  əlaqəsi  olmadan  bu  prosesin 

tamlığı  mümkün  deyildir.  «Varislik  sayəsində  yeni  nəsillərə 

məlum  olanları  axtarmaq,  kəşf  olunmuşları  yenidən  aşkar 

etmək…, yenidən yaratmaq lazım gəlmir».

137

 Varislik prosesləri 



bir  xalqın  mədəniyyətinin  inkişafı  çərçivəsi  ilə  məhdudlaşmır. 

Əgər dil və ənənə kimi sahələrdə varislik prosesləri müəyyən bir 

xalqın  mədəni-tarixi  çərçivəsində  daha  tam  şəkildə  baş  verirsə, 

mədəniyyətin  digər  sahələrində  (elmdə,  incəsənətdə)  bir  xalqın 

mədəni  irsi  digər  xalqların  da  mədəni  potensialına,  irsinə  daxil 

olur. Bəzən bir xalqın mədəni irsi digər bir xalq tərəfindən daha 

artıq  dərəcədə  inkişaf  etdirilir.  Lakin  bu  və  ya  digər  xalqların 

mədəniyyətindəki 

inkişaf 

xüsusiyyətləri 

hətta 

kənar 


mədəniyyətin  güclü  təsiri  şəraitində  də  məhv  olmur.  «Əsil 

mədəniyyət  öz  ilhamını  dünyanın  müxtəlif  guşələrindən  alır. 

Lakin  bu  mədəniyyət  doğma  zəmində  yetişir  və  geniş  xalq 

kütlələrinə  dayaqlanır».

138

 

Milli 



mədəniyyətin  inkişafı 

prosesində  hər  bir  yeni  mərhələ  keçmiş  mərhələ  olmadan 

mümkün deyildir və eyni zamanda bu mərhələni inkar edir. Hər 

bir mərhələ keçmişdən özünə lazım olanları alır

139

, inkişaf etdi-



rir. Müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsirinin labüd 

nəticəsi  milli  mədəniyyətlərin  əksəriyyətinin  sinkretik  səciyyə 

daşımasıdır.  Mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  və  təsiri  prosesi 

də  obyektiv  qanunauyğunluqdur.  «Mədəni  sintez  müxtəlif  və 

bəzən  bir-birinə  əks  olan  mədəniyyətlərin  qarşılıqlı  təsirinin 

nəticəsidir.  Bu,  tanışlıqdan  qavrayışa  və  mənimsəməyə  gedən 

prosesdir».

140


 Bu proses sayəsində mədəniyyətin inkişafında va-

rislik  əlaqəsi  nəinki  bilavasitə,  habelə  vasitəli  şəkildə  də  ola 

bilər.

141


 


 

 

51 



Mədəniyyətin  tipləri  haqqında  mübahisələr  müxtəlif  elmi 

fikirlərin  irəli  sürülməsi,  əsaslandırılması  ilə  müşayiət  olunur. 

Fikir  ayrılıqlarının başlıca  səbəbi mədəniyyət  nəzəriyyəsinin  və 

tarixi  problemlərin  obyektiv  mürəkkəbliyidir.  ABŞ  tədqiqatçısı 

F.Nortrop  belə  hesab  edir  ki,  indiyədək  mövcud  olmuş 

mədəniyyətləri  iki  böyük  qismə  –  Şərq  və  Qərb  mədəniyyəti 

tiplərinə  ayırmaq  lazımdır.

142


  O,  Şərq  mədəniyyət  tipinə 

dünyanın  bilavasitə  qavranılması  prosesində  intuitivlik, 

emosionallıq  cəhətlərinin  xas  olduğunu  göstərir.  Tədqiqatçı 

Qərb  mədəniyyəti  üçün  isə  nəzəri  konsepsiyalar  şəklində 

dərketmənin səciyyəvi olduğunu qeyd edirdi. F.Nortrop belə he-

sab  edir  ki,  Şərq  mədəniyyəti  yalnız  qeyri-texniki  sivilizasiya, 

təsvir səciyyəli elmlər və impressionist incəsənət yaratmağa qa-

bildir. Onun fikrinə  görə, Şərq mədəni sistemində zaman konk-

ret,  sona  çatmış,  qapanmış  dairə  timsalındadır.  Həm  tarix,  həm 

də  təbiət  bu  qapalı  dairəyə  sığışdırılmışdır.  F.Nortrop  belə 

qənaətə gəlir ki, məhz buna görə də Şərq mədəniyyətində insan-

la  təbiətin  qovuşması  ali  fəzilət  hesab  olunur.  Onun 

mülahizələrində  («avropasentrizm»in  təsiri  olsa  da)  müəyyən 

həqiqət  vardır.  C.Nehrunun  fikri  bu  baxımdan  F.Nortropun 

qənaəti ilə səsləşir: «Sanskrit poeziyasında və hind musiqisində 

olduğu  kimi  incəsənətdə  də  rəssam,  bəstəkar  sanki  özünü 

təbiətlə  eyniləşdirir,  bütün  əhvali-ruhiyyəsi  ilə  insana  xas  olan 

təbiətlə  və  kainatla  həmahənglik  hisslərini  ifadə  edirdi.  Bu, 

bütün Asiya incəsənətinin leytmotiividir. Asiya incəsənəti məhz 

bunun  sayəsində  böyük  müxtəlifliklərə  və  aydın  sezilən  milli 

fərqlərə baxmayaraq məlum vahidliyə, birliyə malikdir».

143


 

Mədəniyyətin bir sistem kimi qeyri-bərabər inkişaf struk-

turuna  malik  olması  onun  inkişafında  universal  təmayüldür. 

Məlumdur  ki,  mədəniyyətə  incəsənətin  müxtəlif  sahələri,  elm, 

maarif, dil, fəlsəfə, siyasi və hüquqi, etik baxışlar sistemi, din və 

s. daxildir. Mədəniyyətin sistem kimi fəaliyyəti cəmiyyətdə baş 

verən  ictimai-siyasi,  iqtisadi  amillərdən  asılıdır.  Hər  hansı  bir 

ictimai  sistemin  (bütövlükdə  bəşəriyyətin,  cəmiyyətin  və  s.) 

dinamikası  onun  daxilində  olan  ziddiyyətli  proseslərlə  bağlıdır. 

Bu  mənada  mədəniyyətin  ayrı-ayrı  elementlərinin  gücü, 




 

 

52 



potensiyası da cəmiyyətdə olan ziddiyyətli proseslərin axarından 

irəli  gəlir.  Mədəniyyətin  (xüsusilə  onun  tərkib  hissəsi  olan 

incəsənətin) keyfiyyəti tam surətdə iqtisadiyyatın və texnikanın 

inkişaf  dərəcəsi  ilə  müəyyən  edilmir.  İqtisadiyyat  yalnız  son 

nəticədə  mənəvi  həyat  sahələrinin  inkişafını  müəyyən  edir. 

Məsələn,  «incəsənətə  istehsalın  inkişaf  səviyyəsindən  daha  çox 

təsir  göstərən  amillər  siyasət,  əxlaq  və  dindir».

144


  Dinin  və 

siyasətin  mədəni  həyata  güclü,  bəzi  hallarda  həlledici  təsiri 

xüsusilə  orta  əsrlərdə  olmuşdur.  Orta  əsrlərdə  ictimai  həyatın 

müxtəlif  sahələrinin  zəif  differensiasiyası  (mədəniyyət 

elementlərinin  sıx  əlaqəsi,  çulğalaşması)  da  həmin  dövrün 

səciyyəvi 

xüsusiyyətlərindən 

biridir. 

Fəlsəfə, 

əxlaq, 


hüquqşünaslıq, 

qanunvericilik 

bir-birindən 

tamamilə 

ayrılmamışdı, bir-birinə çulğaşan sistem əmələ gətirmişdi.

 145


 

Mədəniyyətin  başlıca  elementləri  olan,  incəsənət 

sistemində müstəsna mövqeyi və rolu olan ədəbiyyat, din, elm, 

fəlsəfə,  folklor,  dil  və  ədəbi  dil  məsələləri,  Azərbaycan 

mədəniyyəti tarixinin xalqımızın təşəkkülü və inkişafı prosesi ilə 

üzvi  bağlılığı,  «avropasentrizm»  və  «Şərq  sentrizmi»  və  digər 

nəzəri-metodoloji  problemlər  təqdim  olunan  əsər  müəllifinin 

monoqrafiyasında

146

 və məqalələrində



147

 öz əksini tapmışdır.  

Xalqın  mədəniyyət  tarixi  araşdırılarkən  Azərbaycan 

İntibahı  probleminin  aktuallığını  və  əhəmiyyətini  nəzərə  almaq 

vacibdir. XIX əsrin 60-cı illərinədək son orta əsrlərdə baş vermiş 

mədəni-tarixi  proses  –  İntibah  elmdə  xüsusi  tədqiqat  obyekti 

olmamışdır.  1860-cı  ildə,  Leypsiqdə,  alman  tarixşünaslığında 

«mədəni-tarixi  istiqamətin»  (XIX  əsrin  50-70-ci  illərində 

təşəkkül  tapmışdır)  nümayəndəsi  olan  Yakob  Burkhardtın 

(1818-1897) «İtaliyada Renessansın tarixi» adlı əsəri nəşr edildi. 

Y.Burkhardt  «Renessans»  anlayışını  müəyyən  mədəni-tarixi 

mərhələnin  adı  kimi  ilk  dəfə  irəli  sürən  tədqiqatçılardandır.

148

 

Təbiidir  ki,  problemin  həllinin  ilk  cəhdi  sonrakı  tədqiqatlara 



təkan  verdi.  İlk  tədqiqatlarda  İntibah  (Renessans)  sırf  İtaliya 

mədəni-tarixi fenomeni hesab edilirdi. Sonralar sübut olundu ki, 

İntibah Avropa ölkələrinin bir çoxunda (İspaniyada, İngiltərədə, 

Fransada  və  s.)  baş  vermişdir.  Şərq  regionunda  Renessansın 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə