Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə15/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   11   12   13   14   15   16   17   18   ...   143

 

 

44 



«Mədəniyyət»  («kulğtura»)  anlayışının  qədim  tarixi 

vardır. Ərəb mənşəli anlayış olan «mədəniyyət» «oturaq, köçəri 

olmayan,  şəhər  həyatına  mənsubluq»  mənalarını  daşıyır.

117


 

Avropa  mənbələrində,  elmi  araşdırmalarında  geniş  istifadə  olu-

nan «kultura» anlayışı isə ilk dəfə antik Roma natiqi və filosofu 

Mark  Tulli  Siseronun  e.ə.  45-ci  ildə  yazdığı  «Tuskulan 

disputları»  əsərində  işlədilmişdir.  Antik  müəllif  «kultura»nı 

nəzəri anlayış kimi işlədirdi.

118

 Bu anlayışı yeni mənada ilk dəfə 



elmi 

dövriyyəyə  1767-ci  ildə  Şotlandiya  tədqiqatçısı 

A.Fergüsson  daxil  etmişdir.  Anlayışın  mahiyyəti  haqqında elmi 

mübahisələr hələ də davam edir. 

Mədəniyyət  insanın  və  cəmiyyətin  dəyişdirici  fəaliyyəti 

prosesidir,  bu  fəaliyyətin  bütün  növlərinin,  habelə  maddi  və 

mədəni  dəyərlərin  dialektik  məcmusudur.  Mədəniyyət 

«cəmiyyətin  maddi  həyat  şəraiti  və  ictimai  münasibətlərinin 

başlıca cəhətləri ilə şərtlənmiş mənəvi həyatıdır ki, maddi həyat 

şəraitinə, ictimai münasibətlərə özünün əks-təsirini göstərir».

119

 

Kulturoloji tədqiqat əsərlərində bu anlayışın müxtəlif izahı, tərifi 



verilir.

120


 

Mədəniyyət  nəzəriyyəsi  olmadan  mədəniyyət  tarixinin 

nisbətən  müstəqil  elm  sahəsi  kimi  meydana  gəlməsi,  təşəkkülü 

və  inkişafı  qeyri-mümkün  olardı.  Mədəniyyət  nəzəriyyəsi  ilə 

mədəniyyət  tarixi  arasında  əhəmiyyətli  fərqlər  var.  Elmlərdə 

gedən  xüsusiləşmə  prosesi  tarix  elmi  üçün  də  səciyyəvidir. 

Mədəniyyət tarixi bu prosesin nəticəsidir və o, nisbi müstəqilliyə 

malik olan sahədir. Mədəniyyət tarixinin predmeti, tədqiqat ob-

yekti bəşəriyyətin, cəmiyyətin, konkret xalqın mənəvi həyatının 

inkişafı  prosesidir.  Əgər  mədəniyyət  nəzəriyyəsi  bu  prosesi 

konkret-tarixi  şəraitdən  uzaqlaşaraq,  yüksək  mücərrədləşdirmə 

səviyyəsində  tədqiq  edirsə,  mədəniyyət  tarixi  mənəvi  həyatın 

inkişafını  konkret-tarixi  səviyyədə,  dövrün,  regionun,  ölkənin 

xüsusiyyətlərini,  konkret-tarixi  şəraiti  nəzərə  alaraq  araşdırır. 

Mədəniyyət  tarixinin  mədəniyyət  nəzəriyyəsindən  başlıca  fərqi 

də  məhz  bundadır.  Mədəniyyət  tarixçisinin  mənəvi  həyatın 

bütün  sahələri  üzrə  (dil,  ədəbiyyat,  incəsənət,  fəlsəfə,  elmin 

müxtəlif sahələri, maarif və s.) mütəxəssis olması vacib deyil və 




 

 

45 



buna  lüzum  da  yoxdur.  Mədəniyyət  tarixçisini  «birləşdirici 

ümumiləşdirmələrə  yol  arayan  sintezatora»  bənzətmək  olar.

121

 

Mədəniyyət tarixi yeni sahədir. Hətta bir sıra Avropa ölkələrinin 



mədəni inkişaf tarixinə həsr edilmiş ümumiləşdirici əsərlər yox-

dur. 


Azərbaycan  mədəniyyəti  ümumbəşər  mədəni  sisteminin 

tərkib hissəsidir və bütün xüsusiyyətləri, səciyyəvi inkişaf tarixi, 

rəngarəngliyi  ilə  bu  sistemdəki  qarşığlıqlı  təsir  prosesindən 

kənarda  deyildir.  Bu  mədəniyyət  çoxəsrlik,  ziddiyyətli  inkişaf 

prosesinin 

məhsuludur  və  ona  bəsit  yanaşmaq  elmi 

araşdırmalarda  birtərəfliliyə  gətirib  çıxara  bilər.  Milli 

mədəniyyəti  qapalı  sistem  kimi  öyrənmək  meyli  düzgün  elmi 

nəticələr  çıxarmağa  imkan  vermir.  Dinamik  və  ziddiyyətli 

hadisə  olan  mədəniyyət  ictimai,  siyasi,  iqtisadi,  ideoloji 

amillərin güclü təsiri altında inkişaf edir, həmin amillərə özünün 

müəyyən  əks-təsirini  göstərir.  Orta  əsrlərdə  siyasi  və  ideoloji 

amillərin  mədəni  həyata  təsiri  daha  çox  nəzərə  çarpırdı. 

Azərbaycan 

mədəniyyətinin 

orta 


əsrlərdəki 

inkişafı 

problemlərini  öyrənərkən  nəzərə  almaq  zəruridir  ki,  bu 

mədəniyyət doğma zəmininə bağlı olmaqla yanaşı universal, re-

gional kontekstlərin də məhsuludur. Yəni: 1. Azərbaycan nəinki 

coğrafi,  habelə  mədəni-tarixi  baxımdan  Şərq  ölkəsidir  və 

azərbaycanlılar  qonşu  olduqları  xalqlarla  çoxəsrlik  qarşılıqlı 

mədəni-tarixi  təsir  prosesində  olmuşlar;  2.  VII  əsrdən  etibarən 

Azərbaycan  islam  regionuna,  «müsəlman  mədəniyyəti» 

sisteminə  daxil  olan  ölkə  kimi  təşəkkül  tapmışdır  və  orta 

əsrlərdə  islam  dininin  ictimai  həyatın  bütün  sahələrindəki  rolu 

aparıcı  idi;  3.  Türk  xalqlarından  biri  kimi  azərbaycanlılar  türk 

dünyasında  baş  vermiş  universal  səciyyəli  mədəni-tarixi 

hadisələrdən kənarda ola bilməzdilər. Beləliklə, «azərbaycanlılar 

milliyyət  etibarilə  türk,  din  etibarilə  islam,  mədəniyyəti  – 

əsasiyyə etibarilə şərqlidirlər».

122

 

Milli  mədəniyyət  monolit,  daxilən  vahid  prosesdir  və 



millətin (xalqın) konkret tarixi ilə bağlıdır. Azərbaycan xalqının 

yaşarılılığının,  dligər  xalqlara  güclü  mədəni-tarixi  təsirinin 

başlıca mənbəyi onun çoxəsrlik inkişaf prosesi ərzində yaratdığı, 



 

 

46 



daim  zənginləşən  mədəniyyət  potensialındadır.  Mədəniyyət  ta-

rixçisinin vəzifəsi keçmişdə baş vermiş mədəni inkişaf prosesini 

öyrənməkdir. O, müasir mədəniyyət üçün xas olan keyfiyyətləri 

orta əsrlərin mədəni həyatına şamil etməməlidir. Mədəniyyət ta-

rixçisi müasir mədəni sistemlə keçmiş mədəniyyəti üzvi şəkildə 

əlaqələndirməlidir. Keçmiş mədəni proseslərə müasir meyarlarla 

yanaşmaq  arzuolunmaz  və  qeyri-elmi  mövqedir.  «Mühakimə 

etməməli, lakin anlamalı. Tarixçinin və xüsusilə XX əsrin sonu-

nun tarixçisinin devizi belədir».

123


 

Mədəniyyət  nəzəriyyəsi  və  mədəniyyət  tarixinin  metodo-

loji 

problemlərinin  təhlili,  həlli  olmadan  Azərbaycan 



mədəniyyətinin  çoxəsrlik  inkişaf  prosesini  elmi,  obyektiv 

surətdə  öyrənmək  qeyri-mümkündür.  Orta  əsrlərin  Azərbaycan 

mədəniyyəti  tam,  vahid  prosesin  müəyyən  mərhələsi  olduğu 

üçün bu mədəniyyətin tarixi köklərinin nəzərdən keçirilməsi də 

zəruridir.  Azərbaycan  mədəniyyətinin  inkişafında  İntibah 

mərhələsinin  xronoloji  hüdudları,  bu  İntibahın  başlıca 

xüsusiyyətləri  məsələləri  də  son  dövrün  elmi  mübahisələri  ob-

yektidir.  Göstərilən  problemlər  məcmusunun  həlli  xeyli 

dərəcədə  Azərbaycanın  mədəniyyət  tarixinin  konsepsiyasının 

işlənib hazırlanmasına yardım edə bilər. 

Mədəniyyət nəzəriyyəsi problemləri ilə ciddi şəkildə Qərbi 

Avropa tədqiqatçıları məşğul olmağa başlamışlar. «Mədəniyyət» 

(«kulğtura») anlayışını kulturoloji baxımdan, müasir mənada ilk 

dəfə  işlədən  tədqiqatçı  XVII  əsrdə  yaşamış  alman  hüquqşünası 

Samuel  Pufendorf  (1632-1694)  olmuşdur.

124


  O,  mədəniyyəti 

«insan fəaliyyətinin məcmusu» kimi başa düşürdü və qeyd edir-

di  ki,  mədəniyyət  ictimai  həyatın,  insanın  varlığı  ilə  bağlı  olan 

fenomendir.  Lakin  mədəniyyət  insan  fəaliyyəti  nəticələrinin 

bəsit məcmusu deyildir. O, özünün hər bir inkişaf mərhələsində 

konkret-tarixi məzmuna malik olan prosesdir. Təbiidir ki, XVII 

əsrdə  Qərbi  Avropada  elmin  inkişaf  səviyyəsi  sosioloji 

tədqiqatlarda  ictimai  hadisələrə  proses  kimi  (dəyişmədə, 

inkişafda  və  dinamikada  olan  faktlar  kimi)  yanaşmağa  imkan 

vermirdi.  XVIII  əsr  ərzində  Qərbi  Avropada  maarifçilik 

hərəkatının  görkəmli  nümayəndələri  (xüsusilə  Mari  Fransua 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə