Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə16/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   12   13   14   15   16   17   18   19   ...   143

 

 

47 



Arue-Volter və Johann Qottfrid Herder) tərəfindən ümumdünya 

tarixinin  universal  təcrübələri  yaradıldı.  Qərb  və  Şərq 

mədəniyyətlərinin  qarşılıqlı  təsiri,  varisliyi  problemləri 

qaldırıldı. Bu sahədə Johann Qottfrid Herderin (1744-1803) rolu 

böyük idi. Onun «Bəşəriyyət tarixinin fəlsəfəsinə dair ideyalar» 

(1784-1791) adlı əsərində bəşəriyyətin bütün tarixi inkişaf yolu-

nu nəzəri cəhətdən təhlil etmək cəhdi göstərildi.

125


 Y.Herder he-

sab  edirdi  ki,  tarixi  inkişaf  prosesinin  başlıca  mənbəyi 

mədəniyyətdir.  Herder  tarix  elminin  əsas  vəzifəsini 

mədəniyyətin  tədqiq  olunmasında  görürdü.  O,  dini  və  mənəvi 

yaradıcılığın  bütün  növlərini,  insanların  təsərrüfat  fəaliyyətini, 

ictimai  münasibətləri  mədəniyyətin  başlıca  elementləri  kimi 

tədqiq edirdi.

126


 Y.Herder qədim Şərq xalqlarının əski dövrlərdə 

yüksək mədəniyyətə malik olduqlarını sübut edir və etiraf edirdi 

ki,  elmi  biliklərin,  astronomiyanın  ilk  elementləri  məhz  Şərq 

ölkələrində  yaranmışdır.  O,  ərəb  (müsəlman)  mədəniyyətinin 

Qərbi Avropa mədəniyyətinə böyük təsirini xüsusilə qeyd edir-

di.


127

  Herder  mədəniyyətin  inkişafının  başlıca  əsasının 

şəhərlərdə olduğunu göstərirdi. 

XIX  əsrin  50-70-ci  illərində  Almaniya  tarixşünaslığında 

«mədəni-tarixi  istiqamət»  (məktəb)  meydana  gəldi  və  təşəkkül 

tapdı.  Bu  istiqamətə  mənsub  olan  tarixçiləri  mədəniyyətin 

inkişafı  tarixinə  xüsusi  maraq  və  siyasi  tarix  problemlərinə 

etinasızlıq  səciyyələndirirdi.

128

  Həmin  məktəbin  nümayəndələri 



«mədəniyyət»  anlayışına  cəmiyyətin  maddi  və  mənəvi 

dəyərlərinin  məcmusunu,  dini  inamları,  etik  idealları,  ənənələri 

daxil  edirdilər.  Tarixşünaslıqda  bu  istiqamətin  yaranması  təbii 

və qanunauyğun hal idi. «Mədəni-tarixi istiqamət» tarix elmində 

baş  verməkdə  olan  xüsusiləşmə  prosesinin  nəticəsi  idi. 

Tarixşünaslıqda «mədəni-tarixi istiqamət»in meydana gəlməsini 

adətən  Henrix  Rilin  (1854-1897)  adı  ilə  əlaqələndirirlər. 

Mədəniyyət  nəzəriyyəsi  və  mədəniyyət  tarixi  problemlərinin 

tədqiqində  Qustav  Fraytaqın  (1816-1895)  da  müəyyən  rolu 

olmuşdur.  Xarici  ölkələrin  mədəniyyət  tarixi  elmində  Yakob 

Bürkhardtın mövqeyi müstəsnadır. 50 il ərzində incəsənət tarix-

inin tədrisi ilə məşğul olmuş Yakob Burkhardt İtaliyada İntibah 




 

 

48 



(Renessans)  probleminin  ilk  tədqiqatçısı  idi.  O,  tarixşünaslıqda 

ilk  dəfə  olaraq  Avropa  mədəniyyətinin  təşəkkülünün  müəyyən 

və  tam  sxemini  vermişdir.

129


  Y.Burkhardt  «mədəniyyət» 

anlayışına maddi və mənəvi dəyərlərin məcmusunu daxil edirdi. 

Ümumiyyətlə,  Almaniya,  Fransa,  İngiltərə  tarixşünaslığında 

mədəniyyət  tarixi  nisbətən  müstəqil  sahəyə  çevrilmiş,  həmin 

ölkələrin  mədəni  inkişaf  tarixinə  dair  xeyli  elmi  əsər  nəşr 

olunmuşdur. 

Rusiyada  mədəniyyət  tarixinin  öyrənilməsi  prosesində 

mühüm  nəticələr  əldə  edilmişdir.  Hələ  XIX  əsrin  sonunda-XX 

əsrin  əvvəllərində  rus  tarixşünaslığında  orta  əsrlərin  ideya 

həyatının və mədəniyyətinin tədqiqi üzrə ixtisaslaşmış tarixçilər 

kütləsi  müəyyənləşməyə  başladı.

130


  Həmin  tarixçilər  arasında 

V.İ.Qeryenin yetirməsi olmuş M.S.Korelin (1855-1899) xüsusilə 

seçilirdi.  M.S.Korelin  Rusiyada  İtalyan  İntibahı  problemini 

tədqiq  etmiş  ilk  araşdırıcı  idi.  M.S.Korelin  «İtalyan  İntibahının 

oçerkləri»  adlı  əsəri  (1896)  ilə  Rusiyada  bu  problemin 

tədqiqinin  əsasını  qoymuşdur.  Qeyd  etmək  lazımdır  ki,  rus 

tarixçiləri əlverişli obyektiv və subyektiv səbəblərə görə öz milli 

mədəniyyətinin  araşdırılması  sahəsində  keçmiş  SSRİ-nin  başqa 

milli tarixçilərinə nisbətən xeyli irəli getmişlər. 

Azərbaycan  tarixşünaslığında  da  mədəniyyət  tarixinin 

inkişafına  güclü,  həyati  ehtiyac  və  obyektiv  zərurət  hiss 

olunmaqdadır. Azərbaycanda mədəniyyət problemlərinin tədqiqi 

istiqamətində  ilk  təşəbbüs  Heydər  Hüseynova  (1908-1950) 

məxsusdur.  İxtisasca  filosof  olmuş  H.Hüseynov  Azərbaycan 

mədəniyyətinin  məşhur  nümayəndələrinin  fəlsəfi  irsini  tədqiq 

etməyə  xüsusi  fikir  vermişdir.  O,  çoxəsrlik  Azərbaycan 

ədəbiyyatının  görkəmli  nümayəndələrinin  (Nizaminin,  Xaqani-

nin,  Nəsiminin,  Füzulinin)  eyni  zamanda  böyük  mütəfəkkir,  fi-

losof olduqlarını sübut etmişdir. Heydər Hüseynov «Azərbaycan 

fəlsəfəsi  tarixində  ilk  dəfə  olaraq  göstərdi  ki,  Azərbaycan 

fəlsəfəsi  əsrlər  ərzində  ədəbiyyatla  sıx  əlaqə  şəraitində  inkişaf 

etmişdir.  Azərbaycan  xalqının  fəlsəfi  fikri  çoxəsrlik  tarixi 

inkişaf  ərzində  yalnız  xüsusi  fəlsəfi  traktatlarda  deyil,  habelə 

ədəbi  əsərlərdə  izhar  olunmuşdur».

131

  Lakin  onun  başladığı 




 

 

49 



mühüm  işin  yerinə  yetirilməsində  uzunmüddətli  fasilə  yarandı. 

Son dövrdə Azərbaycan mədəniyyəti nəzəriyyəsi ilə məşğul olan 

ən  məhsuldar  tədqiqatçı  Z.Ə.Quluzadədir.  Onun  tədqiqat 

əsərləri


132

  mədəniyyət  nəzəriyyəsinin  və  mədəniyyət  tarixinin 

nəzəri 

problemlərinin 



tədqiqində 

mühüm 


nailiyyətdir. 

Z.Quluzadə  problemləri  fəlsəfi  baxımdan  nəzərdən  keçirmişdir. 

Onun  əsərlərində  Şərq  regionunun,  Azərbaycanın  mədəniyyəti 

(orta əsrlər dövrü) fəlsəfi ümumiləşdirmələr səviyyəsində tədqiq 

olunmuşdur. 

Kulturoloji  ədəbiyyatda  «mədəniyyət»  anlayışı,  bu 

anlayışın mahiyyəti, məzmunu, başlıca elementləri, tarixi tipləri 

haqqındakı fikirlər müxtəlifdir. Müasir kulturoloji tədqiqatlarda 

bu  anlayışın  250-dən  artıq  tərifi  vardır.

133


  Son  zamanlar  həmin 

anlayışa  verilmiş  təriflərin  sayı  daha  da  artmışdır.  Anlayışa 

verilmiş  təriflərin  çoxluğu,  tərif  vermiş  müəlliflərin  sayı  və 

təriflərin  artım  dinamikası  problemə  olan  sonsuz  marağın 

göstəricisidir. «Mədəniyyət» qədər çoxmənalı və geniş yayılmış 

digər  bir  anlayışı  təsəvvür  etmək  çətindir.

134

  Mədəniyyət 



insanın, 

cəmiyyətin, 

bəşəriyyətin 

ictimai-mütərəqqi 

fəaliyyətidir.  Bu  fəaliyyət  gerçəkliyin  və  şüurun  bütün 

sahələrində  vardır.  Həmin  fəaliyyət  maddi,  mənəvi  dəyərlərin 

yaradılmasının  və  «istehlakının»  dialektik  vəhdəti  formasında 

gedən  ziddiyyətli  prosesdir.  «Çox  məhdud  mənada  maddi  və 

mənəvi  mədəniyyəti  nəzərdə  tuturlar».

135


  «Mədəniyyət»  tarixi 

kateqoriyadır:  Onun  inkişafı  tarixi  şəraitin  dəyişməsindən 

asılıdır. 

Mədəniyyət nəzəriyyəsi sahəsində mübahisələr son 20 ildə 

daha  da  canlanmışdır.  Tədqiqatçıların  əksəriyyəti  mənəvi 

mədəniyyəti  ümumiyyətlə  mədəniyyətin  sinonimi  kimi  başa 

düşür.  Mədəniyyət  ictimai  prosesdir.  O,  insanın  meydana 

gəlməsi ilə yaranır, uzun inkişaf prosesində cəmiyyəti «müşayiət 

edir»  və  öz  inkişafında  müxtəlif  mərhələlərə  malikdir. 

Tədqiqatlardan birinin müəllifləri qeyd edirlər ki, «mədəniyyət» 

və  «incəsənət»  kimi  mürəkkəb,  çox  mənalı  anlayışlar 

ümumiyyətlə  konkret  tərifə  sıgmır.  Bu  anlayışların  mənasının 

tam  şəkildə  açılması  ehtimalı  çox  azdır

136


.  Maddi  və  mənəvi 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə